Month: January 2024

  • Naxçıvanda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb

    Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

    Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində VAZ-2106 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Həmin nəqliyyat vasitəsini idarə edən Elçin Kərimli narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

    E.Kərimli barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

  • Yol polisi qeyri-sabit ​hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

    Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib.

    İdarənin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır:

    “Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.

    Daxili İşlər Nazirliyinin BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir”, – deyə məlumatda bildirilib.

  • ФИФА оштрафовала Бразилию и Аргентину

    Международная федерация футбола (ФИФА) оштрафовала Бразильскую конфедерацию футбола (CBF) и Ассоциацию футбола Аргентины (AFA) за беспорядки перед игрой отборочного этапа чемпионата мира – 2026.

    Об этом сообщает официальный сайт ФИФА.

    Матч между сборными Бразилии и Аргентины прошел 22 ноября на стадионе “Маракана” в Рио-де-Жанейро и завершился победой гостей со счетом 1:0. Встреча началась с задержкой в полчаса из-за беспорядков на трибунах.

    Конфликт между болельщиками начался во время исполнения национальных гимнов. Бразильцы освистали гимн Аргентины, после чего начались столкновения, в которые вмешалась полиция. Несколько болельщиков из соображений безопасности выбежали на поле.

    Капитан сборной Аргентины Лионель Месси увел свою команду с поля, однако после урегулирования конфликта на трибунах матч стартовал.

    ФИФА оштрафовала аргентинскую сторону на 20 000 швейцарских франков (около 39 875 манатов – ред.). Кроме того, Аргентина наказана за дискриминирующее поведение болельщиков на домашних играх со сборными Эквадора (1:0) и Уругвая (0:2).

    Источник: gazeta.ru

  • FIFA Braziliya və Argentinanı cərimələyib

    Beynəlxalq Futbol Federasiyası (FİFA) Braziliya Futbol Konfederasiyası (CBF) və Argentina Futbol Assosiasiyasını (AFA) 2026-cı il dünya çempionatının seçmə oyunundan əvvəl baş verən iğtişaşlara görə cərimələyib.

    Məlumata görə, Braziliya və Argentina milli komandaları arasında noyabrın 22-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüş tribunalardakı iğtişaşlar səbəbindən yarım saat gecikmə ilə başlayıb.

    Azarkeşlər arasında münaqişə dövlət himnlərinin səsləndirilməsi zamanı başlayıb. Braziliyalılar Argentina himnini fitə basıblar, bundan sonra toqquşmalar başlayıb, polis müdaxilə edib.

    Argentina yığmasının kapitanı Lionel Messi komandasını meydandan kənarlaşdırıb, matç tribunada münaqişə həll olunduqdan sonra başlayıb.

    FIFA Braziliyanı “Marakana”da asayişi təmin etmədiyi üçün 50 000 İsveçrə frankı (100 000 manat), Argentinanı isə 20 min İsveçrə frankı (40 000 manat) məbləğində cərimələyib.

    Mənbə: gazeta.ru

  • Bakıda havanın temperaturu 0 dərəcədən aşağı olacaq – PROQNOZ

    Ölkə ərazisində yanvarın 14-nə olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var, axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcəyədək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

    Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Xankəndidə xeyli silah-sursat aşkarlanıb

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı aşkar olunaraq götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bundan başqa 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar da aşkar olunaraq götürülüb.

  • Azərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açdı: İzləyicilər etiraz etdilər – VİDEO

    Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açıb.

    Bu barədə görüntülər Baku.ws-də paylaşılıb.

    İddialara görə, hadisə 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

    Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

    Sözügedən videonu təqdim edirik:

  • Авария в Баку привела к затору

    На шоссе Баку – Сумгайыт перед международным автовокзалом в столице произошло дорожно-транспортное происшествие.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД.

    Было отмечено, что из-за аварии в направлении станции метро “20 Января” образовался затор.

  • Bakıda qəza sıxlığa səbəb oldu

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Məlumata görə, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

  • COP29 və daha iki sessiya ilə bağlı Təşkilat Komitəsi yaradıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

    Təşkilat Komitəsinin üzvləri:

    Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

    Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

    Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

    Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

    Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

    Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

    Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

    Sənədə görə, Təşkilat Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.