Month: January 2024

  • Cəlilabadda qəza: xəsarət alanlar var

    Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

    Hadisə zamanı VAZ-2107 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb.

    Yaralılar rayon xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda yetkinlik yaşına çatmayanlara tütün memulatları satan şəxslər saxlanilib – FOTO

    Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.

    Bu barədə Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri Nihad Məmiyev, Ülvi Qasımov və Mənsum Bağırov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.

  • İranda fabrikdə güclü yanğın baş verib – VİDEO

    Tehranın Əndişe qəsəbəsində unolit istehsalı fabrikində güclü yanğın baş verib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Qeyd olunur ki, son zamanlar dron və raket istehsalı üçün material və avadanlıq istehsal edən və ya hökumətlə müqavilə bağlayan sex və zavodların əksəriyyətində yanğınlar baş verir.

  • Bakıda gecə saatlarında məktəb tikilir – VİDEO

    Bakıda yaşayış binasının sakinləri gecə saatlarında tikinti işinin aparılmasından narazıdırlar.

    Xırdalan şəhəri, Rəşid Behbudov küçəsi bina 62 sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.

    Sakin Araz Musayev bildirib ki, binanın arxasında yerləşən 8 nömrəli məktəbin tikintisi gecə saatlarında davam edir:

    “Məktəbi yay aylarında söküblər. Söküldüyü gündən yenidən tikintisinə başlanılıb. Tikinti gecə 1-2-3 radələrində başlayır. Artıq son həddəyik. Biz binanın arxasındakı binada yaşayırıq. Zəng vurub, polisə şikayət edirik. Polis gələndə iş dayanır. Hansı şirkət tərəfindən tikinti aparıldığı məlum deyil.

    Dünən yenə işə başladılar. Düşündüm ki, məsələni ictimailəşdirmək lazımdır. Bilsinlər ki, bu saatlarda iş aparmaq olmaz. Gecə 3-4 saat dayanmadan iş gedir. İnsanlara bu şəkildə əziyyət verməzlər. Biz kiminsə cəzalanmasını istəmirik. Sadəcə bu saatlarda işin getməsini istəmirik”.

  • “Turan Tovuz” braziliyalı hücumçu transfer edib

    “Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib.

    Premyer Liqa təmsilçisindən verilən məlumata görə, hücumçu Aleks De Souza Alkantara ilə 2,5 illik müqavilə bağlanıb.

    Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin “Boluspor” və Litvanın “Hegelman” klublarında da çıxış edib.

  • Azərbaycan XİN səfirliklərdə Prezident seçkisinə hazırlıqla bağlı görülən işləri açıqlayıb

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür.

    Bu barədə XİN-dən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

    Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

    Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00 aralığında seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Prezident seçkisi Azərbaycanın Çindəki səfirliyindən başlayaraq ABŞ-nin Los Anceles şəhərindəki Baş Konsulluqda tamamlanacaq.

  • 2034-cü ilə qədər İsrail Fələstinlə diplomatik əlaqələr qura bilər

    Yaxın Şərqdəki münaqişə səbəbindən münasibətləri kəskin şəkildə pisləşən İsrail və Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması planlarının hazırlanması və həyata keçirilməsi ilə paralel olaraq yaxın illərdə ikitərəfli əlaqələri normallaşdıra biləcək.

    Eyni zamanda, İsrail 2034-cü ilə qədər Fələstinlə diplomatik əlaqələr qura bilər.

    Median.Az “report”a istinadən xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, oxşar proqnozu Atlantik Şurada müsahibə verən ekspertlər veriblər.

    Qeyd edilib ki, sülhə olan ümidlər uzaq perspektiv kimi görünür və nəticədə bu, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli çağırışlarını canlandıra bilər:

    “300 respondentin 20 faizi hesab edir ki, İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması cəhdlər dəfələrlə uğursuzluğa düçar olandan sonra növbəti on il ərzində reallığa çevriləcək”.

    Ekspertlərin 60 faizi düşünür ki, yaxın onillikdə Qəzza zolağında münaqişə nəticəsində regionda yaranmış vəziyyətə baxmayaraq, hərtərəfli sülh sazişi formasında irəliləyiş mümkündür.

    Eyni zamanda, Vaşinqton analitik mərkəzinin apardığı araşdırmada hər beş iştirakçıdan biri İsrailin 2034-cü ilə qədər suveren Fələstin dövləti ilə diplomatik əlaqələr quracağına dair fikir bildirib.

  • Ağdam-Əsgəran yolundan son GÖRÜNTÜLƏR – VİDEO

    Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb.

    Bu barədə “AzTV Xəbər”in Ağdama ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib.

    Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib.

    O da bildirilib ki, Ağdamda şəhərdaxili avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. İnşa edilən şəhərdaxili yollarda öncə su, kanalizasiya, rabitə və qaz xəttləri çəkilir.

    Ətraflı süjetdə:

  • Bakı həbsxanasında daha bir məhkum öldü

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Qüdrət Abdullayev dünyasını dəyişib.

    Xatırladaq ki, son hadisə bu il beşinci məhkum ölümüdür.

  • Дмитрий Медведев: Размещение британских войск в Украине будет означать объявление войны РФ – ФОТО

    Размещение британского военного контингента в Украине будет означать объявление войны России.

    Об этом в своем Telegram-канале написал зампред Совета безопасности РФ Дмитрий Медведев, комментируя приезд премьера Великобритании Риши Сунака в Киев для подписания “исторического соглашения в сфере безопасности”.