Month: January 2024

  • 2 aya bu dieta ilə şəkərli diabetdən xilas oldu

    İngiltərəli Pol Dolbi 100 kq çəkidə idi və II tip diabetdən əziyyət çəkirdi. Yeni ildə qarşısına heç olmasa, 7 kq arıqlamağı məqsəd qoyan kişi radikal dieta ilə istəyinə çatır. Amma bununla yanaşı ağlına gəlmədiyi bir şəfanı da verdi.

    “Medicina” xəbər verir ki, 5 ildir insulin iynəsi vuran diabetikdə şəkər o həddə düşdü ki, artıq iynəyə ehtiyac qalmadı.
    Onun seçdiyi qidalanma rejimini Nyukasl universitetinin alimləri II tip diabet xəstələri üçün hazırlayıb.

    Bu dietada adi yeməkləri, qidaları faydalı içkilərə və sərhədsiz miqdarda tərəvəzə dəyişmək lazımdır.

    11 diabet xəstəsi üzərində təcrübədə dieta sayəsində xəstəliyin bütün simptomları 50% azalıb.

    Dietadan sonra xəstələrə insulin iynəsi lazım olmayıb. 3 aydan sonra 7 xəstədə demək olar, diabetdən əsər-əlamət qalmayıb.

  • Bu tarixdə Bakıya qar yağacaq – Xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
    Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var.

    Qərb küləyi 15-20 m/s, 13-14-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-də aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15 ° şaxta, gündüz 2-7° şaxta olacaq.

    Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

  • İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının fikirləri Türkiyənin TRT, Anadolu Agentliyi, İHA, NTV, “Haber Global”, ATV kimi nüfuzlu KİV-lərində geniş yayımlanıb.

    Anadolu agentliyində dərc olunan yazıda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi dövründə ən çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar apardığına dair ifadələri əks olunub: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.

    TRT-nin yayımladığı xəbərdə isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılmasının önəmi barədə fikri xüsusi vurğulanıb, dövlətimizin başçısının çıxışından sitatlar tamaşaçıların diqqətinə çatdırılıb. Məlumatda Prezident İlham Əliyevin “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik” ifadələrinə yer verilib. Məqalədə, həmçinin dövlətimizin başçısının fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqladığı bildirilib.

    “Haber Global”da yayımlanan informasiyada isə Prezident İlham Əliyevin Fransanın Ermənistanı müharibəyə hazırlaşdırması barədə sözləri diqqətə çatdırılıb: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır”. Xəbər dövlətimizin başçısının “Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi”, “Əsgərlərimiz böyük qəhrəmanlıq göstərdi”, “Bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”, “Zəngəzur dəhlizi açılmasa Ermənistan zərər çəkəcək”, “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır”, “Ciddi məsələ olarsa, ilk zəng edəcəyim şəxs Ərdoğandır” və “Azərbaycanlılar Qarabağa qayıdır” fikirlərindən ibarət alt başlıqlarla təqdim olunub. Bundan başqa, xəbərdə dövlətimizin başçısının Qarabağ Zəfəri, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağını ucaltması barədə fikirləri də diqqətə çatdırılıb.

    “Haber Global” televiziya kanalında da Azərbaycan Prezidentinin müsahibəsinə dair süjet yayımlanıb.

    “İhlas” xəbər agentliyi (İHA) dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi barədə xəbəri oxuculara Prezident İlham Əliyevin “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır” ifadəsindən ibarət sərlövhə ilə təqdim edib. Məqalədə bildirilir ki, Azərbaycan Prezidentinin Qarabağ məsələsində ədalətin Zəfər çalması barədə sözləri sitat gətirilib: “Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik… Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar… Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

    Yazıda Prezident Əliyevin Xankəndi və işğaldan azad edilən digər bölgələrimizdə Azərbaycan Bayrağını ucaltması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Fransanın bölgədə təxribatçı fəaliyyəti və Ermənistanın silahlandırılması, dövlətimizin başçısının Türkiyə Prezidenti ilə bağlı fikirlərinə də geniş yer verilib.

    “Star” qəzeti isə xəbəri “Əliyev: Ciddi məsələ olarsa, ilk zəng edəcəyim şəxs Ərdoğandır” sərlövhəsi ilə təqdim edib. Yazıda Prezident Əliyevin Vətən müharibəsi dövründə ən çox Türkiyə və Rusiya prezidentləri ilə danışıqlar aparması barədə fikrinə xüsusi yer verilib: “Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.





  • ВМС Ирана захватили танкер в Оманском заливе

    Военно-морские силы (ВМС) Ирана подтвердили, что по решению суда захватили нефтяной танкер в водах Оманского залива, сообщают иранские СМИ.

    Отмечается, что захваченное судно связано с США.

    Ранее в Министерстве судоходства и островной политики Греции сообщили о захвате танкера St Nikolas, связанного с греческой судоходной компанией Empire Navigation, в состав экипажа которого входят капитан-грек и 18 моряков-филиппинцев.

    Согласно информации, в прошлом танкер использовался для перевозок находящейся под международными санкциями иранской нефти, после чего был “конфискован и оштрафован США”.

    Источник: ТАСС

  • İran donanması Oman körfəzində neft tankerini ələ keçirdiyini təsdiqləyib

    İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.

    Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

    Bildirilir ki, ələ keçirilən gəmilər ABŞ ilə əlaqəlidir.

    Bundan əvvəl Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi “St Nikolas” tankerinin ələ keçirildiyini bildirmişdi. Məlumata görə, ölkənin “Empire Navigation” şirkəti ilə əlaqəli olan gəminin heyətində yunanıstanlı kapitan və 18 filippinli dənizçi var.

    Yunanıstanın “Efimerida ton Syntakton” qəzeti tankerin əvvəllər beynəlxalq sanksiyalar altında olan İran neftinin daşınması üçün istifadə edildiyini, sonralar ABŞ tərəfindən cərimələndiyini və müsadirə edildiyini yazıb.

  • Zidanın kiçik oğlu La Liqa klubunda çıxış edəcək

    “Real Madrid”in sabiq futbolçusu və baş məşqçi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan “Betis”in futbolçusu olacaq.

    18 yaşlı fransız futbolçu bir gün əvvəl atasının müşayiəti ilə yeni klubunda tibbi müayinədən keçib.

    Müdafiədə və yarımmüdafiədə sol cinahda çıxış edə bilən futbolçu ilə rəsmi müqavilə yanvarın 11-də imzalanacaq. Müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

    Qeyd edək ki, Elias “Real”ın akademiyasında çıxış edib. O, “Betis”dəki çıxışına gənclər komandası ilə başlayacaq.

  • Türkiyə Super Liqasında legioner limiti azaldılıb

    Türkiyə Super Liqasında əcnəbi futbolçularla bağlı yeni qayda tətbiq ediləcək.

    Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytında açıqlama yayıb.

    Qərara görə, 2024/25 mövsümündən etibarən transfer edilən əcnəbilərin sayı 14-dən 12-yə endiriləcək. 3 mövsümdən sonra bu rəqəm 11 olacaq.

    Digər bir qərara görə, qarşılaşma günü əcnəbi futbolçularla bağlı məhdudiyyət qoyulmayacaq. Əsas komanda siyahısına yazılacaq oyunçuların sayı 30-dan 26-ya endiriləcək.

  • Kabildə partlayış olub, azı 5 nəfər ölüb

    Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

    Partlayış Kabilin Dəşti Bərçi bölgəsində, xəzərilərin kompakt yaşadığı ərazidə baş verib.

    Partlayışın səbəbi bəlli deyil. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfərin öldüyü, xeyli yaralının olduğu bildirilir.

  • Əli Əsədov UNICEF-in regional direktoru ilə görüşüb

    Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.

    Hökumətdən verilən xəbərə görə, görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.

    Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

    Azərbaycanda uşaqların müdafiəsinin və uşaq hüquqlarının təmin olunmasının diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulduğu vurğulanıb.

    Bildirilib ki, 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.

    Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb.

    Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

  • Baydeni İranı gücləndirməkdə günahlandırdılar

    “ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini möhkəmləndirməyə imkan verib”.

    Bunu 2024-cü il prezident seçkisində respublikaçılardan namizəd olmaq istəyən Florida qubernatoru Ron Desantis deyib.

    “İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir… Problemin kökü Baydenin İrana qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları yönəlib”, – deyə Desantis bildirir.

    Siyasətçi debatda Respublikaçılar Partiyasından prezident seçkisində iştirak etmək niyyətində olan ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli ilə birlikdə iştirak edib.

    Mənbə: TASS