Month: January 2024

  • Fransada Makronun qohumuna hücum edən yeniyetmə cəzalandırıldı

    Fransa məhkəməsi 2023-cü ilin mayında Fransanın birinci xanımı Bricit Makronun qardaşı oğlu Jan-Batist Tronyeyə hücumda iştirak edən 16 yaşlı qızı 105 saat ictimai iş cəzasına məhkum edib.

    Məlumata görə, adı açıqlanmayan qız Tronyeni təpiklədiyini etiraf edib. O, özünün də ondan oxşar zərbə aldığını da bildirib.

    Bundan əvvəl Amiens məhkəməsi (Hauts-de-France departamenti, Fransanın şimalı) 2023-cü ilin mayında Bricit Makronun böyük qardaşı oğluna hücum edən iki kişini bir il bir il üç ay həbs cəzasına məhkum etmişdi. Hadisə pensiya islahatına qarşı etiraz aksiyası zamanı baş verib.

    Mənbə: TASS

  • Elbay Qasımzadə: “Tramvayı bərpa etmək istiqamətində dövlət tərəfindən addımlar atılır”

    “Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır”.

    Bunu AZƏRTAC-a “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

    Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb. Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır.

    “Bu, düzgün siyasət olmaqla yanaşı, özünü tam doğruldur. Həmçinin, şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?” – deyə E.Qasımzadə əlavə edib.

    Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsində təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi:

    “Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.

    E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş Planının əvvəlki redaksiyalarında da olub.

    “Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaq. Bu, əslində, böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, – deyə Elbay Qasımzadə əlavə edib.

    Bakının Baş Planı təsdiq edildikdən sonra ən çox müzakirə olunan mövzulardan olan paytaxtda tramvay nəqliyyatının bərpasına da toxunan E.Qasımzadə Baş Planda qeyd olunan qərarın lehinə olduğunu açıqlayıb:

    “Əslində, etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi, Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.

    Paytaxtın Baş Planında yer alan yaşıllaşdırma planlarına da toxunan Azərbaycan Memarlar İttifaqının sədri Bakının yaşıllaşdırılması proqramının 1971-ci ildə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən Azərbaycan Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı ilə planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Bakıda yaşıllıqların artırılması sahəsində son 50 ildə çox böyük işlər görülüb.

    “Çox təəssüf ki, bəzi yaşıllıq massivlərində ağaclar qırılıb, tikililər aparılıb. Amma Bakının yaşıllaşdırılması problemi bu gün dövlət başçısının diqqət mərkəzindədir. Son bir neçə ildə bir neçə böyük yaşıllıq sahələri yarandı. Nümunə olaraq Füzuli küçəsi boyu Mərkəzi Park, Dənizkənarı Bulvarın genişlənməsi və s. Gələcəkdə bulvarın uzunluğu 21 kilometrə qədər çatdırılacaq və Baş Planda bu, əlbəttə ki, nəzərdə tutulub. Ümumiyyətlə, Baş Planda Bakının bir sıra yenidənqurmaya məruz qalacaq ərazilərində də yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Yəni Baş Plan konkret tikililərin aparılması üçün olan sənəd deyil. Baş Plan şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən, istiqamətlərini göstərən və ən vacib problemlərin həllini təklif edən bir sənəddir. Bu plan 2040-cı ilədək olan müddətə tərtib olunub. Bu müddətə isə 16 il qalıb. Bu müddətdə ola bilər ki, hansısa yeni fikirlər, təkliflər yarana bilər. Bu o demək deyil ki, o fikirləri biz saxlamalı və yalnız 2040-cı ildən sonra tətbiq etməliyik. Biz şəhərin xeyrinə olan hər bir sağlam təklifi və fikri istifadə etməli, vaxtında yerinə yetirməliyik”, – deyə Elbay Qasımzadə vurğulayıb.

  • Rusiyanın “qara siyahı”ya saldığı Moldova rəsmilərinin adları məlum olub

    Rusiya 10-dan çox Moldova rəsmisinin və jurnalistlərinin ölkəyə girişini qadağan edib.

    Bunu Moldova Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov bildirib.

    Onun sözlərinə görə, Rusiya Federasiyasına girişi qadağan olunanlar arasında Moldova prezident aparatının rəhbəri, Ali Təhlükəsizlik Şurasının üzvü Adrian Belutsel, prezidentin xarici işlər və strateji kommunikasiyalar üzrə müşaviri Olqa Roşka, Moldova hökumətinin baş katibi Artur Mija, Audiovizual Məhsullar Şurasının üzvü Ruslan Mixalevski, Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Aleksandr Manoli, həmçinin bir sıra telekanalların, xəbər agentliklərinin və portalların jurnalistlərinin adları var.

    Qeyd edək ki, dünən Moldovanın səfiri Rusiya XİN-ə çağırılıb və ona rəsmi Moskvanın Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı etirazı bildirilib, RF ərazisinə girişə “stop” qoyulmuş Moldova rəsmilərinin siyahısı təqdim edilib.

    ///Apa

  • АПБА: В праздничные дни случаев отравления метиловым спиртом не зарегистрировано

    В праздничные дни в Азербайджане не было зарегистрировано случаев отравления метиловым спиртом.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    В структуре заявили, что в праздничные дни в ряде СМИ распространилась информация о якобы имевших место случаях отравления поддельным алкоголем.

    Агентство провело соответствующее расследование, в результате которого выяснилось, что отравления произошли вследствие чрезмерного употребления алкоголя.

    В АПБА заявили, что в праздничные дни не было зарегистрировано случаев отравления метиловым спиртом, и никаких обращений в связи с этим в агентство не поступало.

  • AQTA: “Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb”

    Bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi “ekspert”lərin şərhləri yayılıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA tərəfindən sözügedən məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bununla əlaqədar bildirilir ki, mediada haqqında bəhs olunan hallar metil spirtindən baş verən zəhərlənmə deyil, spirtli içkinin yüksək miqdarda qəbulu zamanı bədəndə toksiki təzahürlərin üzə çıxması nəticəsində meydana gəlib. Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb və bununla bağlı agentliyə hər hansı bir müraciət daxil olmayıb.

    “Əlavə olaraq qeyd edirik ki, ölkəyə idxal edilən, eyni zamanda, daxili bazar üçün satışı nəzərdə tutulan spirtli içkilər agentlik tərəfindən müvafiq laboratoriya müayinələrə cəlb olunur, həmin məhsulların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə analizləri aparılır.

    Bundan başqa, AQTA tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində daimi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyətə dövri olaraq məlumatlar təqdim olunur.

    İstehlakçılarda qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələr yarandıqda bu barədə konkret faktlarla agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunur.

  • В Баку жильцы многоэтажки устали чинить лифт – ВИДЕО

    Жильцы девятиэтажного дома на улице Назима Исмайылова в Сабунчинском районе Баку жалуются на неисправный лифт.

    По словам жильцов первого блока, несколько раз в неделю лифт выходит из строя, а это усложняет им жизнь.

    Граждане говорят, что им приходится самим вызывать мастера и платить за ремонт.

    Подробнее – в сюжете ATV.

  • Çoxmərtəbəli binanın sakinləri liftdən şikayətçidirlər – VİDEO

    Sabunçu rayonu, Nazim İsmayılov küçəsində yerləşən doqquzmərtəbəli binanın sakinləri liftdən şikayətçidirlər.

    Birinci blokda qalan sakinlər deyirlər ki, lift 2-3 gündən bir xarab olur. Bu isə onların yaşayışını çətinləşdirir.

    Bina sakinləri bildirirlər ki, hər dəfə özləri pul verib, usta çağırırlar.

    Daha ətraflı ATV-nin süjetində:

  • Bakıda qaz borularının yaxınlığında güclü yanğın – VİDEO

    Sabunçu rayonunda güclü yanğın başlayıb.

    Hadisə rayonun Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində qeydə alınıb.

    Belə ki, güclü yanğın qaz borularının yaxınlığındakı ərazi yazır.

  • İranda daha bir azyaşlı intihar edib – FOTO

    İranın Yasuc şəhərində 11 yaşlı məktəbli qız Yəsna Şucayi əmisinin arvadına məktub yazdıqdan sonra həyatına son qoyub.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, məktubunda “Mən həyatdan bezdim” sözlərini yazan azyaşlı maddi və ailə problemləri zəminində intihar edib.

    Qeyd edək ki, bu həftə ərzində 14 yaşlı Mina Sadiqi adlı daha bir məktəbli qız da intihar edib. Şahidlərin sözlərinə görə, həmin qızın cansız bədəni tapılarkən saçları qırxılmış və ağ paltar geyindirilimiş vəziyyətdə olub.

    Xatırladaq ki, İranın bəzi əyalətlərində saç qırxmaq üsulu, ümumiyyətlə, üsyankar qızları cəzalandırmaq üçün istifadə edilir.

  • Röya Ayxan: “Aygün Bəylər xətrimə dəymişdi” – VİDEO

    “Mən Aygün Bəyləri çox dərindən tanımırdım”.

    Bu sözləri Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylər haqqında danışarkən deyib.

    “Bu haqda çox danışmaq istəmirəm. O, adam mənim xətrimə dəymişdi, ondan küsmüşdüm. Amma bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var. Sabah nə olacağını bilmək olmaz. Ona görə nə könül qıraq, nə də kiminsə pis enerjisini içimizdə daşıyaq. Mən çox istəyərdim ki, o çox yaşasın. Çünki onun balası var”.

    Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Aygün Bəylər efirdə Röya Ayxanı təhqir etmişdi. Röya Ayxan bu səbəbdən onu məhkəməyə vermişdi.

    Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.