Month: January 2024

  • Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

    Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.

    Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.

    Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.

    Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

    İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Eyni zamanda Prezident İlham Əliyev latviyalı həmkarına təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızı
    səmimi-qəlbdən təbrik edirəm.

    Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.

    Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq.

    Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • İngiltərə millisinin keçmiş baş məşqçisi ağır xəstə olduğunu açıqladı: “Az ömrüm qalıb”

    İngiltərə futbol millisinin sabiq baş məşqçisi Sven-Qoran Eriksson xərçəng xəstəsi olduğunu və xəstəliyin sonuncu mərhələsində olduğunu açıqlayıb.

    Eriksson maksimum bir il ömrünün qaldığını deyib.

    “Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Çoxları bunun xərçəng olduğunu təxmin edir və bu həqiqətən belədir. Bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda bir il ömrüm var, ən pis halda isə bundan daha az”, – deyə o bildirib.

    75 yaşlı mütəxəssis son olaraq ölkənin üçüncü divizionunda çıxış edən İsveçin “Karlstad” klubunda idman direktoru vəzifəsində çalışıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

    O, məşqçilik karyerası ərzində İsveçin “Göteborq”, Portuqaliyanın “Benfika”, İtaliyanın “Roma”, “Latsio” və “Sampdoriya”, İngiltərənin “Lester” və “Mançester Siti” klublarında çalışıb. Həmçinin İngiltərə, Kot-d’İvuar və Filippin milli komandalarına rəhbərlik edib.

    Erikssonun rəhbərliyi altında İngiltərə yığması 2004-cü il Avropa Çempionatında, eləcə də 2002 və 2006-cı il Dünya Çempionatlarında iştirak edib.

    Mənbə: “Sveriges Radio”

  • Qışda sağlamlığınız üçün bu meyvələri yeyin

    Mütəxəssislər immuniteti gücləndirmək üçün qışda istehlak edilməli olan ən faydalı üç meyvənin adını açıqlayıb.

    Median.Az bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Nar

    Tərkibində çoxlu miqdarda C vitamini var. Soyuqdəymə və infeksiyalardan qoruyur. Bu vitamin qan damarlarını gücləndirmək üçün də faydalıdır. Nar dənələrində nikotinik turşu da var ki, bu da gözün yorğunluğunu azaldır və həddindən artıq gərginlikdən qoruyur.

    Xurma

    Bu meyvə yığılmış stressi aradan qaldırmağa və dünyaya müsbət baxışla baxmağa kömək edəcək təbii antidepresandır. Bundan əlavə, xurmanın tərkibində çoxlu miqdarda yod var. Mərkəzi sinir sisteminə və qalxanabənzər vəzinə müsbət təsir göstərir. Xurma görmə qabiliyyətini yaxşılaşdırır.

    Naringi

    Bu meyvə insan orqanizmində piylərin yandırılması prosesinə müsbət təsir göstərir. Naringi qabıqları həzm prosesinə kömək edir və iştahı stimullaşdırır. Onları həlim şəklində istifadə etmək tövsiyə olunur: qabıqların üzərinə qaynar su tökün və təxminən beş dəqiqə odda saxlayın, sonra sərin için.

  • Скончалась заслуженный деятель науки Азербайджана Солмаз Исрафилбейли – ФОТО

    Заслуженный деятель науки Азербайджана, кавалер ордена “Шохрат” Солмаз Исрафилбейли скончалась в возрасте 96 лет.

    Информацию распространило Министерство здравоохранения.

    Солмаз Исрафилбейли родилась 13 марта 1928 года в Баку. Доктор медицинских наук, профессор, заслуженный деятель науки работала заведующим кафедрой акушерства и гинекологии в Институте усовершенствования врачей, в 1982-89 гг. являлась главным акушером-гинекологом Азербайджана, председателем Общества акушеров-гинекологов республики.

    Она автор 165 научных статей и трех монографий.

  • Azərbaycanlı tibb alimi vəfat edib – FOTO

    Azərbaycanın görkəmli tibb alimi, Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim Solmaz Hüseyn qızı İsrafilbəyli vəfat edib.

    Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.


    Solmaz İsrafilbəyli 1928-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

    Həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başlayıb və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (DHTİ) bazasında mamalıq və ginekologiya ixtisası üzrə aspiranturaya daxil olub.

    1960-cı ildə “Nisbi göstərişlər əsasında aparılan qeysəriyyə kəsiyi əməliyyatı məsələsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

    S.İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyib. 1978-ci ildə isə “professor” elmi adı alıb.

    O, DHTİ-nin Mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik edib və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirib.

    İndiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən üç monoqrafiyanın müəllifidir. İndiyə qədər S.İsrafilbəylinin rəhbərliyi altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və üç doktorluq dissertasiyası işlənilərək müdafiə edilib.

    O, 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilib, 1982-89-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirib. 1987-ci ildə ona tibb elminin və səhiyyənin inkişafında rolu nəzərə alınaraq, “Əməkdar elm xadimi” fəxri adı verilib, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

  • Aygün Bəylər və Nigar Camalın dueti üç gündə trendə düşdü – VİDEO

    Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub.

    Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb.

    Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb.

    “YouTube”da 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda “TikTok”da da trendə düşüb.

    Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var.

    Xatırladaq ki, Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanada yanvarın 7-də vəfat edib.
    //oxu.az

  • Bakıda fransız casusun ifşasının yeni DETALLARI

    Azərbaycanda iki fransız diplomatın “persona non grata” elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü casus qalmaqalına dair yeni təfərrüat məlum olub.

    Fransanın “L’Opinion” nəşri xəbər verir ki, əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu.

    Lakin daha sonra məlum olub ki, artıq ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan bu “diplomatlar”la əlaqəsi olub.

    Nəşrdə o da qeyd olunub ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M.Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb:

    “Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı – “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”.
    Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib: “Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”.

    “Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, – məqalə müəllifi əlavə edib.

    Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib: “Lakin bundan imtina edildiyinə görə, onların hər ikisi ölkədən çıxarılıb”.

    “Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər. Onların kimliyi açıqlanmayıb. Amma bir məsələ dəqiqdir: ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib, amma o, DGSE agenti olmayıb”, – “L’Opinion” nəşrində qeyd edilib.

  • Əfqanıstanda güclü zəlzələ baş verdi

    Əfqanıstanda güclü zəlzələ baş verib.

    EMSC-nin (Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi)nin yaydığı məlumata görə, Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələ baş verib.

    Zəlzələ saat 12:20-də yerin 201 km dərinliyində baş verib.
    //azxeber

  • Азербайджан отправил очередную партию гумпомощи Украине

    В соответствии с распоряжением Президента Азербайджана от 17 июля 2023 года, очередная партия электрооборудования, предназначенного для оказания гуманитарной помощи народу Украины, отправлена из Сумгайытского технологического парка.

    Об этом сообщили в Министерстве энергетики.

    “Автоколонна, состоящая из 25 грузовых фур, везет в Украину более 67 000 м электрокабелей и 22 комплекта трансформаторов”, – отметили в ведомстве.

    Напомним, что предыдущие партии гуманитарной помощи на общую сумму 7,6 млн долларов были отправлены в Украину 30 октября, 21 ноября и 8 декабря 2023 года.

  • Azərbaycan humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərib

    Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.

    Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.

    Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.