Month: January 2024

  • Öləndən sonra orqan bağışlanması üçün sənəd təsdiqləndi – FOTO

    Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.

    Şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:

    – ürək;

    – ağciyər (ürək-ağciyər kompleksi);

    – böyrəklər;

    – qaraciyər;

    – mədəaltı vəz;

    – mədə;

    – bağırsaqlar;
    Ətraflı

    – uşaqlıq;

    – yuxarı və aşağı ətraflar;

    – sümüklər;

    – dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri;

    – sümük iliyi;

    – gözün buynuz qişası;

    – kök hüceyrələri.

    Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.

    Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

  • Ötən gün ölkədə 10 kiloqramdan çox narkotik aşkarlanıb

    Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.

    Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

  • Турецкая лира обновила исторический минимум к доллару, упав до 30 лир за доллар

    Турецкая лира впервые упала до исторического минимума по отношению к доллару.

    Как свидетельствуют данные онлайн-торгов, курс лиры снизился до более 30 за единицу американской валюты.

    Биржевые торги в четверг начались с уровня 29,95 лиры за доллар, и сейчас он вырос до 30,004. Для населения и бизнеса в Турции это является своеобразным психологическим рубежом.

    Такой показатель является неокончательным, поскольку до закрытия торгов еще около шести часов. Не исключено, что по итогам биржевого дня лира сможет снова укрепиться, но однозначных прогнозов местные эксперты не дают. В то же время, ранее Центробанк Турции сообщал, что не намерен жестко влиять на валютные торги и проводить крупные интервенции в случае падения нацвалюты.

    Евро пока торгуется по 33,08 лиры.

    Источник: ТАСС

  • Türk lirəsi dollar qarşısında antirekordunu təzələdi

    Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.

    Məlumata görə, məzənnə 1 dollar üçün 30 lirədən çox olub. Cümə axşamı günü birja ticarəti 1 dollar üçün 29,95 lirədən başlayıb.

    Bu göstərici yekun deyil, çünki ticarətin bağlanmasına hələ təxminən altı saat qalıb. Ola bilər ki, ticarət gününün sonunda lirə yenidən möhkəmlənsin, lakin yerli ekspertlər dəqiq proqnozlar vermirlər.

    Hazırda avro 33,08 lirəyə satılır.

    Lirə manat qarşısında rekord şəkildə ucuzlaşıb. Bugünkü məzənnədə 1 lirə 0,05671 manat olub.

    Mənbə: TASS

  • DYP-dən piyadaların üzərinə su çiləyən sürücülərə XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların üzərinə su çiləyən sürücülərə xəbərdarlıq edib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    “Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar.

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir.

    Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”, – xəbərdarlıqda qeyd olunub.

  • Tanınmış meyxanaçı haqda yekun QƏRAR VERİLDİ

    Qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçı şikayətində barəsindəki azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.

    Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib. Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin olunmadığını elan edib.

    Cavid Sumqayıtlı haqda 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.

    Qeyd edək ki, Cavid Sumqayıtlı 2021-ci ilin oktyabrında həbs edilib.

  • 200 min manat kredit üçün kömək vəd etdiyi fermerin pullarını mənimsədi

    Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

    Yevlax Rayon Məhkəməsinin hökmü ilə Z.Əliyev iki il iki ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.

    İttihama görə, Zaman Əliyev özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə zərərçəkmiş Bayram Həsənovun (şərti) icarə müqaviləsi ilə istifadəsində olan Yevlax rayonunun Varvara kəndinin ərazisində yerləşən 138 ha torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmaq üçün adını demədiyi bankdan 200 000 manat məbləğində kredit götürməsinə köməklik göstərəcəyini yalandan vəd verib.

    Z.Əliyev bu yolla zərərçəkmişin ümumilikdə 6 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Zaman Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

  • Bakıda kişi güllələnib, qardaşı saxlanılıb

    Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Габалинском районе задержаны подозреваемые в наркоторговле и незаконном хранении оружия

    Сотрудники Габалинского районного отдела полиции провели несколько операций против лиц, подозреваемых в наркоторговле, а также незаконном хранении огнестрельного оружия и боеприпасов.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, в ходе мероприятия задержан житель Агдашского района Али Асадов. При личном досмотре у гражданина обнаружили марихуану и патроны для автомата.

    В продолжении мероприятий правоохранители изъяли спрятанные на территории района огнестрельное оружие, ружье с обрезанным стволом и прикладом, 100 патронов к автомату, магазин к автомату Калашникова, а также 155 г наркотиков.

    В результате другой операции был задержан житель города Расул Алмамедов, подозреваемый в торговле запрещенными веществами на территории района. В ходе личного досмотра у него также была обнаружена марихуана.

    В связи с данными фактами возбуждены уголовные дела. Решением суда в отношении обоих задержанных избрана мера пресечения в виде ареста.

  • Qəbələdə narkotiklərin dövriyyəsilə məşğul olan və odlu silah-sursat gizlədən şəxslər saxlanılıblar

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşəyararlı, lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq, eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

    Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub.

    Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.