Month: January 2024

  • Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

    Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

    Bu barədə “Report”a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

    O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

    Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

  • Əhaliyə verilən zəif heyvanlarla bağlı AÇIQLAMA

    İl ərzində 80 minə başa yaxın heyvan idxal edirik.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

    O qeyd edib ki, təəssüflər olsun ki, 99 faiz halda uğurlu zərflərin təqdim edilməsi sosial şəbəkələrdə yayılmır.

    “Amma uğurlu olanlar paylaşılmır. Təbii ki, bu qədər böyük sayda heyvan içində zəifləri ola bilər”, – deyə o bildirib.

  • Elgiz Elzanı tənqid etdi: “Yasın yas geyimi olar”

    Elgiz Əkbər Aygün Bəylərlə vida mərasimə qeyri adi papaqla gələn Əməkdar artist Elza Seyidcahanı tənqid edib.

    “Gündəmə gəlmək istəmirsənsə, başına belə papaq qoyub yasa getmə” deyən aparıcıya əməkdar artistdən cavab gecikməyib.

    ARB-də “Elgizlə izlə” verilişinə qonaq olan Seyidcahan “Mənim başımda həmişə papaq olacaq. Çünki mənim qiryətim, namusum, sənətim elə papaqdır. Başıma papaq qoymasam da, məni papaqlı görəcəksən. Çünki mən elə başı papaqlılardanam” deyə bildirib.

    Elgiz Əkbər isə “Yasın yas geyimi olar” deyərək əməkdar artistlə razılaşmayıb.
    //azxeber

  • По поручению Мехрибан Алиевой официальные лица посетили пациентов, госпитализированных в КМЦ

    По поручению Первого вице-президента Азербайджана Мехрибан Алиевой помощник главы государства Анар Алакбаров и министр здравоохранения Теймур Мусаев посетили пациентов Клинического медицинского центра (КМЦ).

    Как сообщает АПА, они ознакомились с состоянием здоровья пациентов, пострадавших от пожара в перинатальном центре, дали поручения об оказании необходимой помощи.

    До этого официальные лица побывали в Республиканском перинатальном центре.

    Напомним, 9 января в Республиканском перинатальном центре произошел пожар. После происшествия были обнаружены тела четырех младенцев.

  • Mehriban Əliyevanın tapşırığı ilə rəsmilər KTM-ə yerləşdirilən xəstələrə baş çəkiblər

    Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Kliniki Tibbi Mərkəzdə (KTM) yerləşdirilən xəstələrə baş çəkiblər.

    APA xəbər verir ki, onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.

    Bundan öncə onlar Respublika Perinatal Mərkəzində olublar.

    Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.

  • Завершился официальный визит в Азербайджан президента ОАЭ – ФОТО

    9 января завершился официальный визит в Азербайджанскую Республику президента Объединенных Арабских Эмиратов шейха Мухаммеда бен Заида Аль Нахайяна.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Объединенных Арабских Эмиратов шейха Мухаммеда бен Заида Аль Нахайяна провожали первый заместитель премьер-министра Азербайджанской Республики Ягуб Эйюбов, заместитель министра иностранных дел Ялчин Рафиев и другие официальные лица.

  • BƏƏ prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı – FOTO

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.

  • На проспекте Зии Буниятова произошло ДТП, образовался затор

    На проспекте Зии Буниятова в Наримановском районе Баку произошло дорожно-транспортное происшествие.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД.

    Было отмечено, что в результате аварии в направлении станции метро “20 Января” образовался транспортный затор. Сотрудники ЦИУТ проинформировали дорожную полицию.

    Ведутся работы по устранению затора.

  • Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb

    Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Xəbərə görə, nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

  • Baş nazirdən dövlət satınalmaları ilə bağlı MÜHÜM QƏRARLAR

    “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilib. 

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

    Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

    Bundan başqa, Baş nazir “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”nı və “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamənin və elektron satınalmanın keçirilməsi Qaydaları”nı da təsdiq edib. 
    Baş nazirin qərarı ilə “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları” da təsdiq edilib.

    Eyni zamanda, Əli Əsədovun imzaladığı qərarlarla “Satınalma güzəştinin tətbiqi Qaydası”, Çərçivə sazişinin, təklif sorğusunun və sadə satınalma müqaviləsinin nümunəvi forması, Uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın forması,  “Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun Forması”, “Satınalma planının formasının, habelə satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodlarının və onlardan istifadə Qaydası”, “Ehtimal olunan qiymətin hesablanması Qaydası” və “Şərtlər toplusunun nümunəvi forması” da təsdiqlənib.

    Bu Qərarlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.