Month: January 2024

  • ЦИК не зарегистрирует кандидатуры 10 человек из-за отсутствия необходимых документов

    Центральная избирательная комиссия (ЦИК) утвердила выдвижение кандидатур 17 человек на предстоящих президентских выборах, однако 10 из них не представили в комиссию необходимые для регистрации кандидатуры документы в срок.

    Согласно полученной Report информации, их кандидатуры не будут зарегистрированы.

    Срок подачи в ЦИК документов, необходимых для регистрации кандидата в президенты, истек в 18:00 8 января этого года.

    Однако 10 из 17 утвержденных ЦИК кандидатов не представили в срок подписные листы и другие документы, предусмотренные законодательством.

    Напомним, свои кандидатуры на предстоящие 7 февраля внеочередные президентские выборы выдвинули 17 человек.

  • 10 nəfərin prezidentliyə namizədliyi qeydə alınmayacaq – SƏBƏB

    Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədiyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

    “Report”un əldə etdiyi məlumata görə, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq.

    Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər.

    Xatırladaq ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

    Qeyd edək ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.

    Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

    MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

    Bakı Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən V.V.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, V.V. 2021-ci il sentyabrın ortasından 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində paytaxt ərazisində yerləşən mənzillərin birində iki qadınla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Daha sonra V.V. polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Февральские фьючерсы на марку WTI подешевели на 0,25% – до 70,59 доллара за баррель, а мартовские на Brent – на 0,04%, до 76,09 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,25% ucuzlaşaraq, bir barelinin qiyməti 70,59 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 0,04% ucuzlaşaraq, bir barelinin qiyməti 76,09 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • ЦИК обнародовал список мест для постоянных встреч с избирателями

    Обнародован список выделенных для встреч с избирателями мест в рамках предвыборных кампаний на внеочередных выборах президента Азербайджана.

    Cоответствующий список представила Центральная избирательная комиссия (ЦИК).

    Согласно документу, размещенному на официальном сайте учреждения, по 125 избирательным округам в городах и районах для предвыборной кампании выделено в общей сложности 278 мест: 139 открытых и 139 закрытых помещений.

    Также созданы условия для встреч с избирателями в селе Агалы Зангиланского района, городах Шуша и Лачын, селе Забух Лачынского района.

    Встречи могут проводить все кандидаты на равных условиях и без оплаты.

    Отметим, что внеочередные президентские выборы в Азербайджане назначены на 7 февраля 2024 года. Выборы впервые будут проводиться также на освобожденных от оккупации территориях Азербайджана.

  • Seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin SİYAHISI açıqlanıb

    Növbədənkənar prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub.

    Иununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

    Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, şəhər və rayonlarda 125 seçki dairəsi üzrə daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

    Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

    MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

    Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir.

  • Şağan sakinlərindən ŞİKAYƏT: “Uşaqlar məktəbə gedə bilmirlər” – VİDEO

    “Xəzər rayonunun Şağan qəsəbəsində avtobusların da keçdiyi yol kanalizasiya xəttinin düzgün işləməməsi nəticəsində pis vəziyyətdədir. Bu ərazidə bizim torpaq sahəmiz var, həmin sahəni isə vaxtaşırı su basır və çox əziyyət çəkirik”.

    Bu problemlə üzləşən sakinlərdən biri Kamran Alışzadə “Qafqazinfo”ya bildirib ki, təxminən 100 metri əhatə edən ərazidə son 4 ildir vaxtaşırı subasma halları müşahidə edilir.

    Heybətqulu Məmmədbəyli küçəsində yaşanan problem sakinlərin, xüsusilə də məktəblilərin gəlib-gedərkən çətinliklə üzləşməsinə səbəb olur.

    Şikayətçinin sözlərinə görə, rəsmi qurumlara müraciət edilsə də, problemin aradan qalxması üçün dövlətin ayrıca pul ayırması lazım olduğu bildirilib.

    Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, həmin ərazidə yığılan yağış sularının kənarlaşdırılması üçün mütəmadi olaraq zəruri tədbirlərin görülməsi təmin olunsa da, bu, yetərli olmur:

    “Yığılan su Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən diametri 500 mm olan yağış suyu şəbəkəsinə axıdılır. Lakin suyun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir”.

    Açıqlamada deyilir ki, problem perspektiv layihəyə əsasən həll oluna bilər: “Problemin əsaslı həlli layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür”.

    “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə gələcəkdə həmin ərazidə layihələrin icrasının planlaşdırıldığını qeyd edib:

    “Şağan qəsəbəsi ərazisində kanalizasiya şəbəkəsinin inşası işlərinin icrası Cəmiyyətin tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçiriləcək”.

  • Ölkəyə 29 kiloqram narkotik maddə gətirən “balıqçı” saxlanıldı – VİDEO

    Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlum olduğu kimi, narkotacirlər mürəkkəb relyef şəraitindən və digər üsullardan istifadə edərək narkotikləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməyə cəhdlər edirlər. Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb.

    Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib.

    R.Nağıyev ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu ərazisindən keçən hissəsində qarşılayaraq Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Число жертв землетрясений в Японии увеличилось до 202

    Спасатели во вторник обнаружили тела еще 22 погибших в результате серии землетрясений, которые произошли в районе полуострова Ното на побережье Японского моря. Таким образом, как следует из данных властей префектуры Исикава, число жертв возросло до 202.

    Ранее сообщалось о 180 погибших. По меньшей мере 102 человека по-прежнему числятся в списке пропавших, экстренные службы не могут связаться, чтобы подтвердить их местоположение. По последним данным, число пострадавших составляет 565. В пунктах эвакуации продолжают находиться порядка 28 000 жителей районов, затронутых землетрясениями.

    Больше всего от ударов стихии пострадала префектура Исикава: там полностью или частично разрушены по крайней мере 1 370 домов, пожары уничтожили более 300 построек.