Month: January 2024

  • Bakıda qadınlara qənim kəsilən kişi TUTULDU

    Bakıda altı qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar.

    Daxil İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı Metropolitenində və Səbail rayonu ərazisində altı qadının ciblərindən və çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş Rəfail Bəkirov və yeniyetmə qardaşı müəyyən olunaraq tutulublar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Армении солдат застрелил офицера

    В Армении солдат во время несения службы застрелил офицера.

    Как сообщают армянские СМИ, инцидент произошел рано утром 9 января.

    Солдат, несущий службу на посту в одной из воинских частей при Минобороны Армении, дислоцированной в Басаркечярском районе, застрелил офицера из табельного оружия.

    Детали инцидента расследуются.

  • Ermənistanda əsgər postda zabiti güllələyib öldürdü

    Ermənistanda əsgər xidmət zamanı zabiti güllələyib.

    Ermənistan mətbuatının məlumatına görə, hadisə yanvarın 9-da səhər saatlarında baş verib.

    Qeyd olunur ki, Basarkeçər rayonundakı hərbi hissələrdən birində çağırışçı Karen Karapetyan ona təhkim edilmiş odlu silahdan istifadə edərək, zabitlərdən birinə ölümcül atəş açıb.

    Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.

  • Azad edilmiş ərazilərdə neçə nəfər işlə təmin edilib?

    Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 1 293 min nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94,4 min nəfər – 73 faiz əmək qabiliyyətli şəxsin 19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə ixtisassızdır.

    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

    O bildirib ki, köç etmiş 4 691 nəfərdən əmək qabiliyyətli olanlar 3 116 nəfər, iqtisadi fəal olanlar 1 934 nəfər, 0-14 yaşda olanlar 1 123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1 138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36,5 faizidir.

    M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

  • Tələbə bacısını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

    Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

    Xatırladaq ki, İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.

  • Ombudsman: “ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini azadlıqların vəziyyətinə dair hesabatı qərəzlidir”

    Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) ABŞ Dövlət Departamentinin hazırladığı dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli sayır.

    Ombudsman açıqlamasında Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslərin sülh və mehribanlıq şəraitində yaşadıqlarını bildirib:

    “Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanıb və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir.

    Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik”.

    Ombudsman hesabatda Azərbaycanla bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edib, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib sayıb:

    “Bununla yanaşı, hesabatda qeyd edilənlərin əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, o cümlədən hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha çatdırmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir”.

    “Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmin edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq. Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir”, – o vurğulayıb.

  • Cəbrayıl, Xankəndi və Xocalıda silah-sursat aşkar edilib – VİDEO

    Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən üç avtomat, bir pulemyot, bir qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

    Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan üç ov silahını da polis əməkdaşlarına təhvil verib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə yanvarın 8-də Xankəndi şəhəri ərazisində bir ədəd qumbaraatan, bir ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, iki ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7 277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları, Xocalı şəhəri ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd qumbaraatan, iki ədəd snayper, 10 ədəd qumbara, bir ədəd tüfəng, 23 300 ədəd patron, 23 ədəd patron darağı və iki ədəd patron qatarı aşkar olunaraq götürülüb.

  • Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək – AÇIQLAMA

    “Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib.

    “Son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb.

    Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək”, – deyə Z.Nuriyev əlavə edib.

  • Состоялась встреча президентов Азербайджана и ОАЭ в расширенном составе

    9 января состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Объединенных Арабских Эмиратов (ОАЭ) шейхом Мухаммедом бен Заидом Аль Нахайяном в расширенном составе.

    Как сообщает АЗЕРТАДЖ, во встрече приняли участие брат президента ОАЭ, вице-президент Объединенных Арабских Эмиратов, заместитель премьер-министра, глава Высшего совета при президенте шейх Мансур бен Заид Аль Нахайян, брат президента Объединенных Арабских Эмиратов, министр иностранных дел Объединенных Арабских Эмиратов шейх Абдалла бен Заид Аль Нахайян, сын президента Объединенных Арабских Эмиратов шейх Хамдан бен Мухаммед Аль Нахайян.

  • Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib – YENİLƏNİB

    Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

    Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

    Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb.

    Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

    * * * * *

    Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.