Month: January 2024

  • Ali məktəblərə hazırlaşanlara şad xəbər – Bu ildən… (VİDEO)

    Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir.

    Keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər.

    Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli “Xəzər Xəbər”ə bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.

    Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır.
    Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfəri saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Февральские фьючерсы на марку WTI подорожали на 0,96% – до 73,4 доллара за баррель, мартовские на Brent – на 0,75%, до 78,84 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətlərində artım müşahidə olunub.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,99% bahalaşaraq, bir barelinin qiyməti 73,42 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 0,77% bahalaşaraq, bir barelinin qiyməti 78,85 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Казахстане при обрушении здания кафе погибли два человека

    Два человека погибли, шесть пострадали при обрушении здания кафе из-за взрыва газовоздушной смеси в Уральске, Казахстан.

    Об этом сообщили в пресс-службе департамента по чрезвычайным ситуациям (ЧС) Западно-Казахстанской области.

    “На данный момент силами департамента по ЧС обнаружены и спасены из-под разрушенных конструкций шесть человек, пять из которых доставлены в медучреждения, один человек от госпитализации отказался. Также обнаружены двое погибших, их личности устанавливаются”, – говорится в сообщении.

    Представители департамента по ЧС и местной администрации проводят работы по разбору завалов.

  • Qazaxıstanda kafe binası uçdu: Ölənlər və yaralananlar var

    Qazaxıstanın Uralsk şəhərində kafenin yerləşdiyi bina çöküb. Hadisəyə qaz-hava qarışığının partlaması səbəb olub.

    Nəticədə iki nəfər ölüb, altı nəfər yaralanıb.

    Bu barədə Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidmətindən məlumat verilib.

    “Hazırda Fövqəladə Hallar Departamentinin qüvvələri tərəfindən dağılmış tikililərin altından altı nəfər tapılaraq çıxarılıb, onlardan beşi tibb müəssisələrinə çatdırılıb, bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib. Həmçinin iki nəfərin öldüyü məlum olub, onların şəxsiyyəti müəyyənləşdirilir”, – deyə məlumatda bildirilib.

    Dağıntıların təmizlənməsi istiqamətində işlər davam etdirilir.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,88 доллара (2,3%) и составила 82,07 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,88 ABŞ dolları, yaxud 2,3% artaraq 82,07 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • В Евлахе молодая женщина отравилась угарным газом

    В Евлахе зафиксирован случай отравления, сообщает Unikal.

    Жительница города Шалала Алиева (1990 г.р.) отравилась угарным газом в ванной комнате своего дома.

    Женщина была госпитализирована.

  • Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərləndi

    Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib.

    “Unikal”ın məlumatına görə, hadisə Yevlax şəhərində, Elbrus Məmmədov küçəsindəki evlərdən birində baş verib.

    Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halı pisləşən 1990-cı il təvəllüdlü şəhər sakini Şəlalə Səyyar qızı Əliyeva təcili xəstəxanaya çatdırılıb.