Month: January 2024

  • Qəbələdə qüllə aşıb: Tikiliyə ziyan dəyib – VİDEO

    “Aztelekom” MMC yə məxsus qüllə küləyin təsirindən aşaraq tikilinin üzərinə düşüb.

    Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələnin Mıxlıqovaq kəndində baş verib.

    Orada elektronika avadanlıqlarının təmiri ilə məşğul olan kənd sakini Yalçın Babayev deyib ki, bir həftə əvvəl qüllənin aşması nəticəsində tikilinin içərisindəki avadanlıqlar da yararsız hala düşüb. Lakin hələ də məsələ ilə maraqlanan yoxdur.

    Mıxlıqovaq kənd sakinləri hadisəyə səbəb kimi qüllənin dayağının pis olmasını göstərirlər.

    Məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirilib ki, dekabrın 27-də güclü külək nəticəsində Qəbələnin Mıxlıqovaq kəndində rabitə qülləsi aşaraq Yalçın Babayevə məxsus tikiliyə ziyan vurub. Qurum vətəndaşa dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər aparır. Tikili bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılacaq.

    Daha ətraflı süjetdə:

  • Это считалось невозможным: спустя 34 года удалось пройти Tetris – ФОТО/ВИДЕО

    Легендарной головоломке “Тетрис” (Tetris), изобретенной и разработанной советским программистом Алексеем Пажитновым (первая коммерческая версия игры была выпущена американской компанией Spectrum HoloByte в 1987 г.), в 2024 году исполнится 40 лет, но лишь недавно одному упорному геймеру удалось наконец пройти игру.

    Достижение покорилось 13-летнему американскому игроку Уиллису Гибсону, известному под ником Blue Scuti. Недавно он смог сломать NES-версию Tetris (вышла в 1989 году), что раньше удавалось лишь ИИ.

    Речь идет о достижении так называемого экрана-убийцы (kill screen) – состояния в классических (старых) видеоиграх, в котором они становятся непроходимыми. В случае с Tetris на консоли NES геймплей зависает намертво. “Боже мой, – воскликнул Blue Scuti несколько раз по достижении заветного экрана-убийцы в Tetris. – Да! Сейчас потеряю сознание. Не чувствую своих пальцев, не чувствую своих рук”.

    Баг настиг Blue Scuti на 157-м уровне (переход на следующий происходит после зачистки десяти рядов) – до 2011 года игроки не могли пройти дальше даже 29-го ранга: скорость падения блоков делала продвижение практически невозможным. Успех Blue Scuti стал возможен благодаря развитию нетрадиционных техник оперирования контроллером NES. Первый прорыв случился в 2016 году и получил название hypertapping, а второй (rolling) произошел в 2020-м.

    Блогер aGameScout допускает, что на достигнутом геймеры не остановятся: в Tetris теоретически можно достичь 255-го уровня (если избежать всех экранов-убийц), по прохождении которого игра начинается заново.


  • 13 yaşlı uşaq mümkünsüzü etdi: “Tetris”i tamamladı – FOTO/VİDEO

    Oklahomadan (ABŞ) olan 13 yaşlı Uillis Gibson dünyada bir ilkə imza atıb: “Tetris”i tamamlayıb. Bu qeyri-mümkün hesab olunurdu.

    Strimer 1989 NES versiyasında 157-ci səviyyəyə çatıb. 34 il ərzində yeniyetmədən başqa bu, ancaq süni intellektə müyəssər olub. Adi oyunçular isə blokların çox sürətlə düşdüyü 29-cu səviyyədə “kəsiliblər”.

    Yeri gəlmişkən, bu, yeniyetmənin “Tetris”də üçüncü dünya rekordudur.


  • В Сумгайыте пропала девочка-подросток

    В 7-8-12 микрорайоне города Сумгайыт пропала девочка-подросток.

    Как сообщает Report, вчера местная жительница Захра Мамедова (2008 г.р.) ушла из дома и больше не вернулась.

    По данному факту ведется расследование.

  • Sumqayıtda gənc qız itkin düşüb

    Sumqayıtda 15 yaşlı gənc qız itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə ötən gün baş verib.

    Şəhər sakini, 2008-ci il təvəllüdlü Zəhra Nurlan qızı Məmmədova 7-8-12 məhəllədə yaşadığı evdən heç bir söz demədən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • В Сумгайыте обнаружено тело 61-летнего мужчины

    В Сумгайыте, в жилом массиве “Котедж” обнаружено тело мужчины без признаков насильственной смерти, сообщает Report.

    Житель города Алихан Бахшалиев (1963 г.р.) найден мертвым в своем доме.

    По данному факту в Сумгайытской городской прокуратуре ведется расследование.

  • Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb

    Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə “Kotec” yaşayış massivində qeydə alınıb.

    Şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Ələmdar oğlu Baxşəliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycan İrana başsağlığı verdi

    Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

    Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

    Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

  • İranda matəm elan edildi

    Bu gün İranda xeyli insanın ölümü və yaralanması ilə nəticələnən partlayışla əlaqədar ölkədə matəm elan edilib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir.

    Xatırladaq ki, bu gün İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu ərazidəki terrorda ölənlərin sayı 103 nəfərə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.

    Q. Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

  • Fransadakı soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər

    Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

    Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından ölkənin Xarici İşlər Nazirliyinə, parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

    Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinə ziddir.