Month: January 2024

  • Bakı həbsxanasında məhkum ölüb

    Bakı həbsxanasında məhkum ölüb.

    Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Burada saxlanılan Elmar Elfəddin oğlu Musayev dünyasını dəyişib.

    Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

  • Qazaxıstanda bir sıra Rusiya telekanallarının yayımı dayandırıldı

    Qazaxıstanda ödənişli peyk televiziyası operatoru TVCOM Rusiyanın bir sıra telekanallarının yayımını dayandırıb.

    Operatorun tədricən xarici xəbər kanallarının sayını azaltmaq və onları əyləncə kanalları, həmçinin Qazaxıstan kanalları ilə əvəz etmək istədiyi qeyd olunub.

    Yayımı dayandırılan kanallar arasında “Birinci Kanal MDB”, “Kino Evi”, “Telekafe”, “Kino Evi Premium”, “Karusel” və s. kanallar var.

    Mənbə: news.ru

  • Külək güclənib, Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb – FAKTİKİ HAVA

    Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

    Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 10 dərəcəyədək, aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

  • Traktor kanala aşdı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.

  • Azərbaycanın tanınmış məşqçisi vəfat etdi

    Azərbaycanın əməkdar cüdo məşqçisi Viktor Kuznetsov vəfat edib.
     
    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

    Qeyd edək ki, ölkəmizin ilk cüdo məşqçilərindən olan Viktor Kuznetsov 1946-cı ildə anadan olub. Onun tələbələri SSRİ birinciliklərində, Azərbaycan çempionatlarında və beynəlxalq yarışlarda müxtəlif mükafatlar əldə ediblər.
     
    V. Kuznetsov Rusiyada qadınlardan ibarət yığmanın baş məşqçisi, həmçinin, bu ölkədə Cüdo və Sumo Federasiyasının baş katibi olaraq çalışıb.  

  • Türkiyə ilk yumurta partiyasını Rusiyaya tədarük etdi

    Türkiyə Rusiyaya 316,8 min ədəd yumurta (19,36 ton) həcmində ilk partiyanı tədarük edib.

    Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

    Departamentdən verilən məlumata görə, yanvarın 3-də Rusiya ərazisində sonrakı satış üçün Yaraq-Kazmalar keçid məntəqəsindən türk yumurtasının ilk partiyası gətirilib.

    Rosselxoznadzor daha əvvəl Türkiyənin 21 müəssisəsinə yumurta idxalına icazə verib.

    Rusiya 2024-cü il yanvarın 1-dən tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtası üçün idxal rüsumunu sıfırlayıb. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq.

    Qətnamənin məqsədi Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirmək olub.

    2024-cü il yanvarın 1-dən iyunun 30-dək Kənd Təsərrüfatı Nazirliyi yumurta tədarükçülərinə təqdim edilməsi qaydaları hökumət tərəfindən təsdiq edilən xüsusi sənədlər verəcək.

    Rosstatın məlumatına görə, 2023-cü ilin noyabr ayında Rusiyada toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb. Federal Antiinhisar Xidməti (FAS) və Baş Prokurorluq qiymət yoxlamasına qoşulub.
    //qaynarinfo

  • Böyük sərvətə sahib olanlar: Azərbaycanda kimlər milyonçu hesab edilir?

    Türkiyədə ən böyük sərvətə sahib olan 100 şəxsin adı açıqlanıb. “Economist” jurnalının araşdırmasına görə, siyahıda ilk 9 yer son reytinq cədvəli ilə eyni olub. Birinci yeri 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və “Koç Holding” tutub. Siyahının növbəti pillələrini tutuanlar bundan az məbləğə sahib olan ailə və şəxslərdir.

    Məlum olduğu kimi, hər il müxtəlif məşhur nəşrlər dünya və ayrı-ayrı ölkələrin zəngin insanları haqqında reytinq hazırlayırlar. Azərbaycanda isə bunun statistikası aparılmır. Dövlət Statistika Komitəsinin (DSK) rəsmi saytında bununla bağlı heç bir statistik göstəriciyə rast gəlinmir.

    Maraqlıdır, Azərbaycanda kimlər varlı hesab edilir və bunun statistikasını aparmaq mümkündürmü?

    İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışarkən belə bir statistikanın aparılmasının vergilərlə tənzimləndiyini deyib:

    “Azərbaycanda rəsmi milyonçu yoxdur. Yəni ölkədə bu cür siyahılar tərtib olunmur. Çünki bu, vergilərlə ölçülür. Türkiyədə o ailələrin aktivləri hesablanarkən leqal mənbələrə əsaslanaraq onların daşınan, daşınmaz əmlakları, səhmləri, şirkətləri və ödədikləri vergilər hesablanır. Azərbaycanda belə bir sistem yoxdur, bizdə rəsmi milyonçular olmadığına görə, elə bir siyahı və reytinqlər hazırlamaq mümkün deyil”.

  • Deputat banklardan pul qazanmağın yollarını göstərdi – DETALLAR

    Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib.

    Bu barədə deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib.

    İqtisadçı deputat sözügedən məsələ ilə bağlı detalları açıqlayıb: “Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır. Yəni, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq.

    Misal üçün: əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manatdır. Yəni, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur”.

    V.Bayramov ardınca bildirib: “Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımızın vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda – xarici bankın Azərbaycan Respublikasındakı filialında – milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu, o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, onun illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq”. Millət vəkili hesab edir ki, vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı ki, vəsait bir deyil, iki bankda yerləşdirilsin: “Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə, vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə, depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”.

  • İranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatdı

    İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.

    Bu barədə İRİB məlumat yayıb.

    Ölənlərin sayı 103 nəfər təşkil edir.

    Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.

    Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.

    Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.//report

  • В Нахчыванской АР четыре члена одной семьи отравились салатом

    В праздничные дни в Нахчыванской Автономной Республике (НАР) зафиксировано восемь случаев отравления.

    Как сообщили в Министерстве здравоохранения НАР, четверо из пострадавших являются членами одной семьи – они отравились салатом.

    Согласно информации, другие отравления произошли от маринованных огурцов, смешанной пищи, мясных блюд, хранившихся в тепле.

    Двум пациентам было назначено стационарное, шестерым – после оказания первой помощи амбулаторное лечение.

    На данный момент состояние всех отравившихся оценивается как нормальное.