Month: January 2024

  • Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Yaxın üç gün ərzində ölkədə güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s, 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-yə çatacağı gözlənilir.

    Yanvarın 3-4-də Azərbaycan rayonlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda qərb küləyinin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-yə çatacağı gözlənilir.

  • Həyatına son qoyan vəkil atasından nə gizlədirmiş? – VİDEO

    Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.

    O qeyd edib ki, oğlunun intiharına səbəb müstəntiqə verdiyi pulu geri ala bilməməsi olub:

    “İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.

    Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:

    “Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.

    Ətraflı videonu təqdim edirik:

  • Siyəzədəndə güclü külək evin damını uçurub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinə Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus evin dam örtüyünün güclü külək nəticəsində yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

  • Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib

    Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakının mərkəzində keçirilən bayram şənliklərində rekord miqdarda şəhər sakini və bir çox xarici ölkələrdən paytaxtımıza gələn qonaqlar iştirak ediblər.

    Yeni il ərəfəsində paytaxtın küçə, park və meydanları, əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib.

    Keçirilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura qatılaraq onu marağ ilə izləyiblər.

    Bayram günlərində xüsusi gücləndirilmiş iş rejimində çalışmış şəhərin kommunal xidmətlərinin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir . Nəticədə artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü. Yüz minlərlə insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edilmişdir.

    Dünyanın və Avropanın aparıcı dövlətlərinin iri şəhərləri ilə Bakını müqayisə edəndə böyük fərq nəzərə çarpır. Əgər Fransanın paytaxtı Parisdəki qalaq-qalaq zibil yığılması adi hala çevrilibsə, Nyu York şəhərində yeni il şənliyindən sonrakı vəziyyət daha acınacaqlı idi. Avropanın digər paytaxt şəhərlərində də vəziyyət heç də ürəkaçan olmayıb.

    Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfatı işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur.
    //apa

  • Gəncədə “F-1” qumbaraları aşkar edilib

    Gəncədə silah-sursat aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb.

    Həmin döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda bayram günü bıçaqlanma olub, yeniyetmə tutulub

    Dekabrın 31-də axşam saatlarında Qobu Park yaşayış sahəsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • İlon Maskdan 2024-cü il üçün “çılğınlıq” proqnozu

    Amerikalı milyarder, “Tesla” və “Space X” şirkətinin sahibi İlon Mask 2024-cü il üçün gözləntilərini açıqlayıb.

    Bu barədə o, sahibi olduğu “X” sosial şəbəkə hesabında yazıb.

    “Mənim proqnozum: 2024-cü il daha da çılğın olacaq”, – deyə Mask istifadəçilərdən birinin yeni ildə nə gözlənildiyi barədə yazısını şərh edərkən bildirib.

    Yeri gəlmişkən, qeyd edək ki, “Financial Times” 2024-cü ildə Maskın “X” sosial şəbəkəsinin iflasa uğrayacağını proqnozlaşdırıb. Qeyd edilir ki, biznesmen şirkət üzərində nəzarəti saxlamaq ümidi ilə reklamçılarla münaqişə fonunda müflis olduğunu elan edə bilər.

    Eyni zamanda, “Bloomberg” Maskın 2023-cü ildə 95,4 milyard dollar qazandığını və dünyanın ən zəngin 500 adamı siyahısında liderliyini qoruduğunu bildirib. Bunda ona “SpaceX” və “Tesla” şirkətlərinin uğurları kömək edib.

  • Vəkilin özünü yandırdığı yerdən FOTOlar

    Vəkil Zaur Məmmədovun özünü Vəkillər Kollegiyasının yanında yandrıması ilə bağlı məlumat vermişdik.

    Vəkilin yanmış cəsədi ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Median.Az APA-ya istinadən hadisə yerindən görüntüləri təqdim edir:






  • Azərbaycanda ət istehsalı nə qədər artıb?

    2023-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 571 milyon 300 min manat təşkil edib ki, onun da 5 milyard 728 milyon 800 min manatı heyvandarlıq, 5 milyard 842 milyon 500 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,8 faiz artıb.

    2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla, diri çəkidə 538 min 200 ton ət, 2 milyon 62 min 200 ton süd, 2 milyon 1200 ədəd yumurta, 15 min 100 ton yun, 357 ton barama istehsal olunub.

    2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 9,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.

  • Bakıda dilənçilik və avaralıqla məşğul olan 22 nəfər saxladı

    Bakıda dilənçilik və avaralıqla məşğul olan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 22 nəfər müəyyən olunaraq barələrində müvafiq tədbir görülüb.