Month: January 2024

  • В Сумгайыте обнаружено тело 63-летнего мужчины

    В Сумгайыте обнаружено тело мужчины.

    Как передает Report, случай зафиксирован в дачном массиве “Гурд дереси”.

    Согласно информации, Гияз Буниятов (1961 г.р.) был найден мертвым в своем доме.

    Отмечается, что тело мужчины передано по назначению.

    По данному факту в Сумгайытской городской прокуратуре проводится расследование.

  • Sumqayıtda evdən kişi meyiti tapılıb

    Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.

    “Report” xəbər verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

    Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Максима Галкина не пустили на Бали

    Артиста Максима Галкина не пустили на индонезийский остров Бали, где он планировал провести концерт. Об этом сообщает российская журналистка Анна Монгайт в своем Telegram-канале.

    По ее данным, Галкин должен был выступить на Бали в рамках своего концертного тура “Прекрасное недалеко”. Но артиста не пустили в Индонезию, несмотря на наличие у него гастрольной визы и документов. Галкину сообщили, что его паспорт попал в некий черный список, уточнила Монгайт.

    “Галкина депортировали, не объяснив причину. Как рассказал мой источник, в настоящее время он ждет в аэропорту Денпасара самолет в Вену (откуда он прибыл в Индонезию катарскими авиалиниями)”, – отметила журналистка.

    Выступление Максима Галкина на Бали планировалось 27 января. Как указывалось в афише, стоимость билета на концерт артиста варьировалась от 800 000 индонезийских рупий (около 86 манатов – ред.) до 2,5 млн рупий (около 265 манатов – ред.)

    Источник: aif.ru

  • Maksim Qalkin deportasiya edildi

    Rusiyalı artist Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.

    Bu barədə jurnalist Anna Monqayt özünün “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, Qalkin “Prekrasnoye nedaleko” adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi. Amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən “qara siyahı”da olduğu barədə məlumat verilib.

    “Qalkin səbəbi izah edilmədən deportasiya edilib. Mənə verilən məlumata görə, o, hazırda Denpasar hava limanında Vyanaya (Qətər Hava Yolları ilə İndoneziyaya gəldiyi yerə) təyyarə reysi gözləyir”, – jurnalist qeyd edib.

    Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi (təxminən 86 manat) ilə 2,5 milyon rupi (təxminən 265 manat) arasında dəyişir.

    Mənbə: aif.ru

  • Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi prosedurunda YENİLİK

    Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edib.

    APA-nın xəbərinə görə, qaydaya əsasən, Fərdi Reabilitasiya Proqramında reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya DOST mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir.

    Göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nümayəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər.

    Dəyişikliyə əsasən, qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya vətəndaş tərəfindən təmin ediləcək.

  • Astarada ana və qızı dəm qazından boğularaq ölüblər – FOTO

    Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüblər.

    APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Penser kəndində baş verib.

    Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası – 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.

    Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəzza zolağında ölənlərin sayı 26 mini KEÇDİ

    İsraillə Fələstin arasında Qəzza zolağında baş verən qarşıdurma nəticəsində 26 min 83 nəfər həlak olub.

    Median.Az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

  • Stəkanı 20 manata olan eşşək südü qızılcanın dərmanıdır? – Həkimdən açıqlama

    Stəkanı 20 manata satılan, qədimdən nənələrin öskürək dərmanı eşşək südü qızılca və göyöskürək epidemiyasında yenidən aktuallaşıb.

    Sosial şəbəkələrdə analar eşşək südü axtarır, dərmanların yox, məhz bu südün uşağa kömək etdiyini yazır. Həkimlər bunu qəti tövsiyə etməsə də fakt faktlığında qalır.

    Eşşək südü həqiqətənmi uşaq xəstəliklərinin qənimidir?

    Median.Az xəbər verir ki, medicina.az-a açıqlamasında tanınmış həkim Seyfəddin Əsəd eşşək südünün faydası və təsirindən danışıb.

    “Eşşək südünün tərkibini, özəlliyini, təsir mexanizmini hələ öyrənməyiblər. Amma göyöskürəyi çox yaxşı kəsir. Bu xəstəlikdə nə içirsən faydalı olmur, xəstəyə əziyyət verir. Qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. Qızılcada da çox yaxşı təsir edir. İnək südü bişirilib, qaynadılıb verilməlidir ki, brüselyoz keçməsin, amma eşşək südü çiy verilir. Yəni onun tərkibi o qədər keyfiyyətlidir ki, qaynatmağa ehtiyac yoxdur. Eşşək südü ana südünə də tərkibcə yaxındır. Bütün mövcud südlərin içində çox güclüdür. Bu süd qiymətlidir, 2 günə kəsilməyən öskürəyi kəsir”.

    Həkim bildirib ki, Avropada, qonşu Türkiyədə eşşək təsərrüfatları var. Bu heyvanın əti də, südü də faydalıdır. Bizdə də bu sahə artırılmalıdır.

    “Almaniyada Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Azərbaycanda eşşək və at əti qanunla qadağan deyil. Sadəcə qanunsuz satanları tuturlar, qoymurlar. Türkiyədə araşdırın, nə qədər eşşək təsərrüfatı var. Satırlar, yeyirlər, heç kim də xəstələnmir. Bildiyim qədəri ilə Bakı ətrafında, Qaradağda onun təsərrüfatını yaratmışdılar, çox təəssüf ki, oju yığışdırdılar. Özü də aiddiyatı olmayan qurumlar, adamlar mübarizə apardılar. İndi dünyanı epidemiyalar cənginə alıb, görürsüz, nə qədər xəstə, uşaqlar da ölür, əgər bu dərmandırsa, bunu artırmaq lazımdır, qadağan etmək yox. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər də içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur”.

  • Azərbaycan fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

    Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” turnirində dünya çempionatına vəsiqə qazanıb.

    Median.Az  xəbər verir ki, idmançı yarışda 128,27 xalla ikinci yeri tutub.

    Səbinə Əliyeva 2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

  • Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

    Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    Yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.

    Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.

    Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.