Month: January 2024

  • В Сумгайыте в доме обнаружено тело 63-летнего мужчины

    В одном из домов жилого массива “Гурд дереси” в Сумгайыте обнаружено тело 63-летнего мужчины.

    Как сообщает местное бюро Report, было установлено, что тело принадлежит Гиязу Дильгам оглу Буниятову (1961 г.р.).

    Труп был передан по назначению.

    По факту в Сумгайытской городской прокуратуре ведется расследование.

  • Sumqayıtda evdən 63 yaşlı kişinin meyiti tapılıb

    Sumqayıt şəhərində evdən 63 yaşlı kişinin meyiti tapılıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

    Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

    Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2002-ci il təvəllüdlü E.Rzayeva, 1986-cı il təvəllüdlü M.Adıgözəlova və 1989-cu il təvəllüdlü T.Nəbiyev yaralanıb.

    Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda pulunu “təkərdən çıxardan” üç qadın: “Qaqaş” deyib çağırırlar” – VİDEO

    “İşimi o qədər sevirəm ki, qaldırdığım təkərin çəkisini hiss etmirəm. İşsiz olanda passivləşirəm, darıxıram”.

    Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində təkər ustası Ülviyyə Əliyeva deyib.

    Əvvəllər şatış meneceri, mühafizəçi kimi çalışan Ülviyyə xanım iki ildən çoxdur ki, təkər təmirçisi kimi fəaliyyət göstərir. Təkər ustası bu sahədə çalışdığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:

    “Təkər təmirini öyrənmək üçün altı ay təlimə getdim. Öyrəndikdən sonra fəaliyyətə başladıq və ilk gündən tanındım”. Ü.Əliyeva işi ilə bağlı hər hansı çətinliyinin olmadığını da vurğulayıb:

    “Mən idmançıyam, qaydasız döyüşlə məşğul olmuşam. Nə çətinliyim ola bilər ki?!”.

    Ətraflı süjetdə:

  • Deputat: “AŞPA-da belə bir addımın atılması Azərbaycanı ciddi təzyiq altında saxlamağa cəhd etməkdir” – FOTO

    “Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə söylənən arqumentlərin hamısı bəhanədir”.

    Bunu oxu.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

    Onun sözlərinə görə, əsas səbəb ölkəmizin daxili və xarici siyasət məsələlərində sərbəst hərəkət etməsidir:

    “Azərbaycan suverən hüquqlarını daima qoruyur və heç bir ölkənin təsiri altında fəaliyyət göstərmir. Ölkəmiz özünün milli maraqlarına uyğun olaraq hərəkət edir və şübhəsiz ki, bu da Avropanın bəzi siyasi dairələrini heç də razı salmır. Bəzi ölkələr Azərbaycana qarşı qərəzli siyasətini gizlətmirlər. Bunlardan biri də Fransadır.


    AŞPA çoxdandır bir neçə ölkənin təsiri altındadır. Təsadüfi deyil ki, səsvermədə bir çox ölkələrin nümayəndə heyəti iştirak etmədi. Çünki onlar ölkəmiz əleyhinə səs vermək istəmirlər. Amma Avropa strukturlarından da çox asılı olduqları üçün lehinə də səs verə bilmədilər”.

    Deputat bildirib ki, fevralın 7-də ölkəmizdə növbədənkənar keçiriləcək prezident seçkisinə AŞPA tərəfindən nümayəndə dəvət edilməməsi ilə bağlı onların narazılıq etməsi qəribədir:

    “Azərbaycanın kimi dəvət edib-etməməsi öz hüququndadır. Müşahidəçilər olmadan da xaricdən siyasi qüvvələr seçkiləri onlayn və ya media vasitəsilə izləyə bilərlər. Belə bir narazılığı bildirməkdə məqsəd Azərbaycanı ciddi təzyiq altında saxlamağa cəhd etməkdir. AŞPA-da nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etməklə böyük səhvə yol verdilər və ölkəmizlə körpüləri təmiz yandırdılar.

    Sözsüz ki, müəyyən dövrdən sonra Azərbaycan əleyhinə gedənlər ölkə rəhbərliyinə çıxaraq, əlaqələrin bərpa edilməsini xahiş edəcəklər. Çünki ölkəmizi itirməklə Şərq dünyasına təsirlərin azalması deməkdir. AŞPA-nın Azərbaycanla münasibətlərini korlaması regionda təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. Azərbaycan da suverən hüquqlarına uyğun olaraq, AŞPA ilə bundan sonrakı münasibətlərini hərtərəfli qiymətləndirmə hüququna malikdir”.

  • Bakıda həlli görünməyən ictimai nəqliyyat PROBLEMİ: “Avtobusun dolu, yaxud boş getməsinin…”

    “İctimai nəqliyyatda həll olunması gərəkən əsas problemlərdən biri də gecikmələrdir”.

    Bu fikirləri Bakıda ictimai nəqliyyatın fəaliyyətində effektivliyin artırılmasının vacibliyi haqda danışan ekspert Ərşad Hüseynov açıqlamasında deyib.


    Onun sözlərinə görə, bu sahədə işlək sistemin yaradılması üçün dövlətin nəqliyyatla bağlı xüsusi siyasətinə ehtiyac var:

    “Bakı şəhərinin təqdim olunan Baş planına baxsaq, möhtəşəm mənzərə ilə qarşılaşarıq. Bakının sandığımız qədər kiçik şəhər olmadığını nəzərə almaq lazımdır. Belə olduğu təqdirdə isə nəqliyyatla bağlı problemlərin aradan qaldırılmasının asan olmayacağı üzə çıxır.

    Məsələn, dünyanın seçilən şəhərlərindən olan Berlin və Londonun sahəsinə nəzər yetirsək, onlar Bakıdan daha kiçikdir. İctimai nəqliyyatın əsas problemi iqtisadi məsələlərdir. Dünya praktikasına baxsaq, heç bir şəhərdə ictimai nəqliyyatın iqtisadi gəlir əldə etmək, yaxud öz-özünü maliyyələşdirmək öhdəliyinin olmadığını görərik.

    Hətta Avropada bir neçə şəhərdə gediş haqqı belə tələb olunmur. Çünki ictimai nəqliyyatın öz-özünü maliyyələşdirdiyi halda gediş haqqının əlçatan olmayacağını anlayırlar. Əlavə olaraq, Bakıda ictimai nəqliyyatda həll olunması gərəkən əsas problemlərdən biri də gecikmələrdir. Düzdür, buna səbəb tıxaclardır. Ancaq bu hal ölkə iqtisadiyyatına ciddi zərər vurur.

    Hər bir çalışanın işə gecikməsi arzuedilməzdir. İctimai nəqliyyatın gecikməsi dövlətin problemidir. Zəruri investisiya ayıraraq bu problemi aradan qaldırmaq lazımdır. O halda əvvəlkindən daha çox qazanc əldə etmək mümkündür.

    Həmçinin yenə dünya praktikasına nəzər yetirsək, ictimai nəqliyyatda istifadə olunan bir avtobusun gündəlik neçə reys etdiyi əsas götürülür. Yəni avtobusun dolu, yaxud boş getməsinin fərqi yoxdur. Əgər bu rəqəm artıq olarsa, reyslərin sayı azaldılır, yaxud azdırsa, çoxaldılır. Azərbaycanda isə bu göstərici avtobusların reys sayı ilə yox, daşınan sərnişinlərin sayı ilə müəyyənləşir. Bu, düzgün prinsip deyil”.//yenicag.az

  • Azərbaycanda çörək ucuzlaşa bilər? – ARAŞDIRMA

    Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb.

    Bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar.

    2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23% azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə Azərbaycan daha ucuz buğda alıb.

    Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4 % azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb.

    İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır.

    Bununla belə, nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çörəyin strateji məhsul olduğunu nəzərə alaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi məhsulun topdansatış qiymətləri Dövlət Xidmətinin internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət üçün Dövlət Xidməti istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görür.

    Bəs ucuzlaşma tendensiyası davam edə, çörək bu il daha aşağı qiymətə satıla bilərmi? “Report” bu suala cavab tapmağa çalışıb.

    Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşumuza qarşı bir sıra sanksiyalar tətbiq edilib, bu ölkədə istehsal olunan buğdanın xarici bazarlara çıxışına məhdudiyyət qoyulub: “Odur ki, Rusiya buğdası ucuzlaşıb. Böyük ehtimalla qiymət yaxın vaxtlarda artmayacaq, hətta bir qədər də azala bilər. Əksinə ucuzlaşma tendensiyası davam etsə, bu amil Azərbaycanda çörəyin istehsalında nəzərə alınmalıdır”.

    Bundan başqa, onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərmana əsasən ölkədə ərzaqlıq buğda istehsalı getdikcə artır. Bu da ölkədə çörəyin ucuzlaşmasını stimullaşdıra bilər.

    İqtisadçı-ekspert Xaliq Məmmədov da Rusiyadan idxal olunan buğdanın bir qədər də ucuzlaşacağını istisna etmir: “Amma bu, tezliklə olmayacaq. Hələ ki, yerli un istehsalçılarının anbarlarında buğda var, emal edilən taxıl məhsulları bazarda sabit qiymətə satılır. Rusiyada ucuzlaşma davamlı olarsa və Azərbaycanda anbarlar yeni qiymətlə doldurularsa, bu halda çörək bir qədər də ucuzlaşa bilər”.

  • Грузия и Армения ускорят делимитацию государственной границы

    Власти Грузии и Армении договорились ускорить процесс делимитации государственной границы. Об этом заявил армянский премьер-министр Никол Пашинян на брифинге по итогам переговоров со своим грузинским коллегой Ираклием Гарибашвили.

    “В ходе переговоров с премьером Гарибашвили мы решили дать задание ведомствам предпринять действенные шаги, чтобы довести до конца дело делимитации грузино-армянской границы”, – сказал Пашинян.

    Отметим, что общая протяженность сухопутной госграницы Грузии составляет 1 839 км, 224 км из которых – граница с Арменией.

    Грузия и Армения занимаются делимитацией границы после распада СССР.

    Источник: ТАСС

  • Gürcüstan və Ermənistan dövlət sərhədinin delimitasiyasını sürətləndirəcəklər

    “Gürcüstan və Ermənistan hakimiyyəti dövlət sərhədinin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirdiyi brifinqdə deyib.

    “Baş nazir Qaribaşvili ilə danışıqlar zamanı biz idarələrə Gürcüstan-Ermənistan sərhədinin delimitasiyasını başa çatdırmaq üçün təsirli addımlar atmaq barədə göstəriş vermək qərarına gəldik”, – Paşinyan bildirib.

    Qeyd edək ki, Gürcüstanın quru sərhədinin ümumi uzunluğu 1839 km-dir ki, bunun da 224 km-i Ermənistanla sərhəddir. Gürcüstan və Ermənistan SSRİ-nin dağılmasından sonra sərhədin delimitasiyası ilə məşğuldurlar.

    Mənbə: TASS

  • FHN BDU-nu məhkəməyə verdi – ŞOK SƏBƏB

    Bakı Dövlət Universitetinə (BDU) cərimə protokolu yazılıb.

    İqtisadiyyat.az-ın məlumatına görə, universitet barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

    Buna səbəb isə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi iddiasıdır.

    Məhkəmə işi Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 268-ci maddəsində radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması hallarına görə cərimə nəzərdə tutulub. 268.0.1-ci maddəsində deyilir ki, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.