Month: January 2024

  • Həmyerlilərimiz itkin düşdü: Ukraynada SON VƏZİYYƏT – VİDEO

    Ukraynada müharibə davam edir.

    Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

    O bildirib ki, Xarkov, Donetsk, Xerson və Zaporojye vilayətlərində Rusiya Ordusu ilə Ukrayna Silahlı Qüvvələri arasında bir gecədə 90-a qədər ağır döyüş gedib.

    “Xarkovun Kupyansk şəhəri istiqamətində vəziyyət daha gərgindir. Bura Rusiya ilə sərhəddə yerləşdiyi üçün strateji ərazi hesab olunur”, – deyə jurnalist əlavə edib. M.Aslanov Ukraynada itkin düşən daha iki azərbaycanlı barədə də məlumat verib.

    “Onlar kiçik sahibkarlıqla məşğul olan 47 yaşlı Asif Dadaşov və onun 30 yaşlı yaxın qohumu Kamal Bidzinovdur. Həmyerlilərimizlə son əlaqə Rusiya ordusuna məxsus postda olub”, – deyə o bildirib.

    Ətraflı süjetdə:

  • Hikmət Hacıyev Mövlut Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.

    “Report”un məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb.

    Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:

    “Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

    Bundan başqa H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən “Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, – yazıb.

  • Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT

    Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident baş verib.

    Publika.az-ın məlumatına görə, kənd sakini, 1982-ci il təvəllüdlü Qədir Qədirov sərxoş halda qəbiristanlığa gedərək oradakı daş sexinin əməkdaşına məxsus “Mercedes” markalı avtomobili atəşə tutub. Nəticədə avtomobilə 1605 manat dəyərində ziyan dəyib.

    Q.Qədirov saxlanılıb. Ondan “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli yivsiz odlu ov silahı götürülüb.

    Araşdırmalar zamanı məlum olub ki, bir neçə ay əvvəl Qədirin atası vəfat edib.

    O, Nizaməddin adlı ustaya atasının məzarı üçün başdaşı sifariş verib. Usta ona 40 mərasiminədək daşı təhvil verəcəyini bildirib. 40 günün tamam olmasına 5 gün qalmış Qədir sərxoş halda ustaya zəng edib və daşı yerinə qoymasını tələb edib. O, daha sonra silah götürərək qəbiristanlığa gedib və Nizaməddinə məxsus olduğunu düşündüyü avtomobilə 2 dəfə atəş açıb.

    Sonradan məlum olub ki, avtomobil başqa ustaya məxsus imiş.

    Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Rayon məhkəməsinin 18.01.2024-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • Zaporojye AES-də nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (AES) böyük nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, nüvə qəzası təhlükəsinin real olduğunu bildirib.

    R. Qrossinin sözlərinə görə, nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət qeyri-sabitdir:

    “Zaporojye AES uzun müddətdir atəşə tutulmasa da, bölgədə, bəzən isə obyektin bilavasitə yaxınlığında əhəmiyyətli hərbi əməliyyatlar davam edir. Əməkdaşlarımız stansiyanın yaxınlığından uçan raketlərin bu obyektlərin fiziki təhlükəsizliyi üçün təhdid olduğunu bildirirlər”.

    Qeyd edək ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır.

  • Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ödənişli parkinqlə bağlı şikayətinə CAVAB

    Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib. Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:

    “Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”.

    Qeyd edək ki, musiqiçi şikayətini bu cümlələrlə ifadə etmişdi: “Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.

  • Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi AÇIQLANDI

    2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 48 978 milyon manat təşkil edib.

    “APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 39 115 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 milyon manatı POS-terminallar, 70.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib.

    Ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə, elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6% artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 24 170.5 milyon manat, elektron ticarətin həcmi 18 333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 milyon manat təşkil edib.

    Qeyd edək ki, 2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müayisədə 24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.

    Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq əməliyyatlar həyata keçirilib.

  • Премьер Грузии: Тбилиси с оптимизмом следит за диалогом Баку и Еревана

    Грузия всегда была сторонницей долгосрочного мира и стабильности в регионе и готова внести свой вклад в это дело.

    Об этом премьер-министр Грузии Ираклий Гарибашвили заявил на совместной пресс-конференции с армянским коллегой Николом Пашиняном.

    “Мы всегда готовы внести вклад в установление долгосрочного мира и считаем, что это выгодно странам региона. С большим оптимизмом следим за диалогом между Баку и Ереваном. Надеемся, что стороны в скором времени оформят мирное соглашение”, – сказал Гарибашвили.

    Источник: Sputnik Армения

  • Qaribaşvili: “Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh sazişi imzalayacaq”

    “Gürcüstan həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olub və bu məsələyə öz töhfəsini verməyə hazırdır”.

    Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

    “Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq. İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, – o vurğulayıb.

  • Kəlbəcərdə pulemyot, avtomat və əl qumbaraları tapılıb

    Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisində pulemyot, avtomat və əl qumbaraları tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.

    Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda anbarda yanğın olub

    Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 170 kvadratmetr olan anbarın içərisində 50 kvadratmetr sahədə yığılan su qızdırıcıları və kombi aparatları yanıb. Anbarın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.