Month: January 2024

  • Qan təzyiqinin azalmasının üç əsas səbəbi müəyyən edilib

    Qan təzyiqi yemək yeyərkən, bədən mövqeyini dəyişərkən, həmçinin uzun müddət dayandıqdan sonra kəskin şəkildə düşə bilər.

    Bu barədə rusiyalı kardioloq Olqa Bokeriya danışıb.

    Bədənin vəziyyətinin dəyişməsi nəticəsində qan təzyiqinin kəskin azalması ortostatik hipotenziya adlanır, adətən fiziki fəaliyyətə uyğunlaşmayan, çox hərəkət etməyən yaşlı və ya gənclərdə müşahidə olunur.

    Yeməkdən sonra qan təzyiqi ən çox ilkin qan təzyiqi yüksək olan və ya avtonom sinir sisteminin xəstəlikləri olan xəstələrdə düşür.

    “Kiçik, az karbohidratlı yeməklər yemək, bol su içmək və alkoqoldan qaçmaq adətən problemi həll edir”, – deyə mütəxəssis qeyd edib.

    Kardioloq qan təzyiqinin kəskin düşməsinin digər səbəbi kimi uzun müddət ayaq üstə durmağı göstərib. Bu tip hipotenziya nevrogen adlanır. Adətən uşaqlarda və gənclərdə olur. Bəzi hallarda aşağı təzyiq problemi beyin və ürək arasında əlaqənin pozulması səbəbindən baş verir.

    Olqa Bokeriya qanda stress hormonunun səviyyəsini necə azaltmağın mümkünlüyündən də danışıb. Həkim qeyd edib ki, toxunma orqanizmə faydalı təsir göstərir və qanda kortizol səviyyəsini azaltmağa kömək edir, oksitosinin ifrazını stimullaşdırır.

    Mənbə: gazeta.ru

  • KİV: Ağ ev Konqresdən F-16-ların Türkiyəyə satışına icazə verməsini istəyib

    Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışına ümumilikdə 20 milyard dollara razılıq verilməsini istəyib.

    “Reuters”in mənbələrinə görə, bu barədə ABŞ rəhbərliyinin qanunvericilərə göndərdiyi məktubda deyilir.

    Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel çərşənbə günü bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O vurğulayıb ki, bu məsələdə əsas rol Konqresə həvalə olunub.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqini ABŞ Konqresinin Ankaraya F-16-lar satması ilə bağlı qərarı ilə əlaqələndirir. Bir neçə il öncə Türkiyə ABŞ-dən mövcud qırıcıları üçün 40 F-16 və 80 “Block 70” təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Entoni Blinkenin daha öncə dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarüklərin Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirilməsini tələb edirlər.

    Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Macarıstan parlamenti İsveçin müraciətinə hələ səs verməmiş yeganə müttəfiq ölkə olaraq qalıb.

  • Qəfildən müəyyən olundu: Yer kürəsinin yaxınlığından asteroid keçəcək

    Bir neçə gündən sonra Yer və Ayın yaxınlığından asteroid keçəcək.

    Səma cismi keçən həftə kəşf edilib. Onun bu qədər gec müəyyən olunması elm adamlarını təəccübləndirib və narahat edib.

    Hesablamalara görə, asteroid planetimizin yanından şənbə günü yanvarın 27-də keçəcək.

    Səma cisminin diametri təxminən 25 metrdir.

    Kosmik standartlara görə, asteroidin planetimizin kifayət qədər yaxınından keçəcəyinə baxmayaraq, tədqiqatçılar onun heç bir təhlükə yaratmayacağını bildirirlər.

    Mənbə: Focus.ua

  • Варданяну продлили меру пресечения

    Продлена мера пресечения в виде ареста в отношении Рубена Варданяна, российского миллиардера, отказавшегося от гражданства Российской Федерации и принявшего гражданство Армении, занимавшего “должность” “государственного министра” так называемой “Нагорно-Карабахской республики”.

    Как сообщает Qafqazinfo, Сабаильский районный суд вынес решение по уголовному делу, возбужденному Службой государственной безопасности Азербайджана, согласно которому, срок содержания Р.Варданяна под стражей продлен на 4 месяца.

    Отметим, Рубен Варданян был задержан 27 сентября на пограничном пропускном пункте “Лачын”. На основании собранных доказательств выявлены обоснованные подозрения в совершении гражданином Республики Армения Рубеном Карленовичем Варданяном (1968 г.р.) преступлений, предусмотренных статьями 214-1 (финансирование терроризма), 279.3 (создание не предусмотренных законодательством АР вооруженных формирований или групп, а также участие в их создании и деятельности) и 318.1 (пересечение охраняемой государственной границы АР без установленных документов или вне контрольно-пропускного пункта государственной границы) Уголовного кодекса Азербайджана.

  • Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadıldı

    Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

    Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti 4 ay uzadılıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Səhiyyə Nazirliyinin “Elektron Resept” linki istifadəyə verilib – FOTO

    Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron Resept” linki istifadəyə verilib.

    Nazirlikdən verilən məlumata görə, istifadəyə verilən “Elektron Resept” sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb.

    Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.

    Eyni zamanda, linkdə yerləşdirilən QR-kodlar (İOS və Android) vasitəsi ilə mobil cihazlardan istifadə edərək “Elektron Resept” sisteminə daxil olmaq mümkündür.

    Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.


  • Bakıda qəza sıxlığa səbəb oldu

    Paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündə yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, nəticədə də qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

    Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

  • “Qırmızı kitab”a düşmüş quşu satan şəxs cəzalandırıldı

    Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
     
    DİN-dən verilən məlumata görə, yanvarın 24-də Hacıqabul rayonu ərazisində keçirilən belə tədbir zamanı Padar qəsəbəsində yaşayan Asif Emnalıyevin adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz olaraq tutub həyətində saxlaması və satışı ilə məşğul olması müəyyən edilib.

    Bildirilib ki, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
     
    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Valideynlərin DİQQƏTİNƏ! Uşağınızda bu simptomlar varsa…

    COVID-19-dan sağalmış uşaqlarda daxili orqanlara təsir edən multisistem iltihablı post-Covid sindromu (PCS) inkişaf edə bilər.
     
    Xəstəlik tez-tez digər təhlükəli patologiyalar, məsələn, meningit və ya vaskulit kimi maskalanır.
     
    Uşaqlarda PCS simptomları: qızdırma, hərarətin 40 dərəcəyə qədər yüksəlməsi, əsəbilik, yuxusuzluq, zəiflik, əzələ ağrıları.
     
    Xəstəliyin ciddi bir əlaməti, geniş daxili iltihab səbəbiylə gözlərdə skleradır.
     
    Mütəxəssislər qeyd edib ki, artıq çəkiyə meylli 10-12 yaşlı uşaqlar risk altındadır.

    Eyni zamanda, COVID-19-dan sonra uşaqda PCS-nin olub-olmamasını əvvəlcədən müəyyən etmək mümkün deyil.
     
    Çünki uşaqlar tez-tez xəstəliyi asimptomatik və ya çox yüngül formada keçirirlər.
     
    Mütəxəssislərin qənaətinə görə, vaksinasiya uşaqda ağırlaşmaların qarşısını almağa kömək edir.
     
    Qeyd olunur ki, simptomun altı ay davam etdiyinə və 12 aya qədər davam edə biləcəyinə dair sübutlar var. (BAKU.WS)

  • Göygöldə 36 yaşlı qadın intihar edib

    Göygöldə 36 yaşlı qadın intihar edib.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Kifayət Sakit qızı evin damında özünü asıb.

    İntiharın səbəbləri hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.