Month: January 2024

  • Əli Əsədov Aleksey Overçukla görüşüb

    Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

    Median.Az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələləri və birgə layihələrin icrasının gedişi müzakirə olunub.

    Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.//report.az

  • Dunya Miyatoviç: “Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır”

    “Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün işə başlayan qış sessiyası zamanı bildirib.

    “Mən Qarabağa səfərim zamanı gözəl və barışığa böyük ehtiyacı olan təbiət gördüm. Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin”, – komissar deyib.

    D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əsasında sülhün bərpası üçün çalışmalıdır.

    “Beynəlxalq təşkilatlarin fəaliyyəti yalnız o zaman effektiv olar ki, hər iki tərəf əməkdaşlıq etsin və sülh üzərində birgə işləsin”, – komissar əlavə edib.

  • ФРГ и Франция призвали Сербию применить санкции против России

    Послы Германии Анке Конрад и Франции Пьер Кошар в Сербии призвали местные власти определить вступление в ЕС как национальный приоритет и подтвердить свою приверженность европейской безопасности путем присоединения к санкциям против России.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на авторскую статью европейских дипломатов, опубликованную в газете “Политика”.

    “На январь 2024 года приходится 10-я годовщина с начала открытия переговоров о вступлении Сербии в ЕС. Мы понимаем, что сроки могут показаться вам долгими, это так, но это сложный процесс, и мы призываем власти, все политические и социальные силы и всех граждан Сербии определить для себя цель по вступлению в ЕС как национальный приоритет”, – заявили послы.

    “Участие Сербии в общей безопасности Европы уже значимо, и мы приветствуем это. Мы призываем ее подтвердить эту положительную динамику, продолжая поддерживать Украину и применив [антироссийские] санкции”, – отмечается в материале Конрад и Кошара.

    Президент Сербии Александар Вучич неоднократно подчеркивал, что страна будет выстраивать самостоятельную политику, продолжать путь в ЕС и сохранять традиционно дружественные отношения с Россией и Китаем, несмотря на недовольство других. Он уточнял, что Белград не намерен вводить санкции против России или постоянно выступать с заявлениями против Москвы и Пекина.

  • Almaniya və Fransa Serbiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb

    Almaniyanın və Fransanın Serbiyadakı səfirləri Anke Konradla Pyer Koşar yerli hakimiyyət orqanlarını Aİ üzvlüyünü milli prioritet etməyə və Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıblar.

    Median.Az xəbər verir ki, bu barədə “Politika” qəzeti məlumat yayıb.

    “2024-cü ilin yanvarında Serbiyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 10 illiyi tamam olur. Biz başa düşürük ki, vaxt çərçivəsi sizə uzun görünə bilər, bu, mürəkkəb prosesdir və biz hakimiyyət orqanlarına, hamıya səslənirik. Siyasi qüvvələr və Serbiyanın hər bir vətəndaşı milli prioritet kimi Aİ-yə daxil olmaq məqsədini özləri üçün müəyyən etsinlər”, – səfirlər bildiriblər.

    Serbiya Prezidenti Aleksandar Vuçiç dəfələrlə vurğulayıb ki, ölkə müstəqil siyasət quracaq, başqalarının narazılığına baxmayaraq, Rusiya və Çinlə ənənəvi dostluq münasibətlərini davam etdirəcək. Onun sözlərinə görə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Moskva və Pekinə qarşı davamlı bəyanatlar vermək niyyətində deyil.

  • В Великобритании начали кампанию вакцинации против кори из-за крупной вспышки

    Новая кампания вакцинации против кори стартовала в Великобритании после крупнейшей с 1990-х годов вспышки заболевания в одном из регионов.

    Как передает Median.Az, об этом сообщают зарубежные СМИ со ссылкой на английскую службу здравоохранения (NHS England).

    Ранее сообщалось, что самая крупная с 1990-х годов вспышка кори была зафиксирована в британском регионе Западный Мидленд, объявлена чрезвычайная ситуация национального масштаба. Агентство по здравоохранению Великобритании (UKHSA) предупредило о риске новых вспышек из-за низкого охвата населения иммунизацией.

    “Миллионы родителей и опекунов призываются записать своих детей на пропущенную вакцинацию против кори, паротита и краснухи (MMR) в рамках нового масштабного стремления NHS защитить детей от серьезного недомогания, поскольку случаи кори продолжают расти по всей стране”, – говорится в документе.

    Отмечается, что данная кампания будет направлена на тех людей, которые ранее пропустили вакцинацию или не успели получить одну из двух доз прививки.

  • Britaniya qızılcaya qarşı peyvənd kampaniyasına başlayır

    Böyük Britaniya böyük epidemiya fonunda qızılcaya qarşı peyvənd kampaniyasına başlayır.

    Median.Az xəbər verir ki, bu barədə xarici KİV-lər İngiltərənin səhiyyə xidmətinə (NHS England) istinadən məlumat yayıb.

    Daha əvvəl bildirilib ki, 1990-cı illərdən indiyədək ən böyük qızılca epidemiyası Britaniyanın Qərbi Midlend bölgəsində qeydə alınıb və ölkədə fövqəladə vəziyyət elan edilib.

    Qeyd olunur ki, bu kampaniya əvvəllər peyvənddən yayınan və ya peyvəndin iki dozasından birini qəbul etməyən şəxslərə yönəldiləcək.

  • Həzi Aslanovun 114 illiyi qeyd olunub – FOTO

    Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ulu öndər Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.

    Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Polkovnik A.Qurbani Həzi Aslanovun mənalı həyatı, qəhrəmanlığı və İkinci Dünya müharibəsindəki xidmətlərindən danışarıq vurğulayıb ki, onun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.

    Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanov istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

  • Abşeronda zibillər daşınmır – FOTO/VİDEO

    Abşeron rayonunda zibillər daşınmır.

    Bu barədə oxu.az-a ərazidəki sakinlər bildiriblər.

    Qeyd edilib ki, rayonun Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində zibil tullantıları qalaqlanıb.

    Antisanitar vəziyyət nəticəsində sakinlər ərazidən rahat keçə bilmirlər.

    Eyni zamanda, “AAAF Park” yaşayış kompleksinin də qarşısındakı zibillər daşınmır.

    Sakinlər qeyd ediblər ki, ərazidə zibil qutuları kifayət qədər olmadığı üçün antisanitar vəziyyət yaranıb.

    Qeyd edək ki, əvvəllər ərazidə zibil qutuları olsa da, sonradan yığışdırılıb.

  • Утверждена дата проведения мини-турнира серии FIFA в Баку

    Утверждена дата проведения в Баку мини-турнира серии FIFA в этом году.

    По информации, полученной АЗЕРТАДЖ, первенство начнется 22 марта.

    В этот день сборная Азербайджана встретится с командой Монголии, а сборная Болгарии – с командой Танзании. Через три дня, 25 марта, азербайджанские футболисты сыграют с болгарами, а Танзания – с Монголией.

    Следует отметить, что серии FIFA – это новый проект Международной федерации футбола, согласно которому вместо официальных товарищеских матчей в календаре будет организован мини-турнир. В нем примут участие национальные сборные из разных конфедераций.

  • FIFA-nın Bakıda təşkil edəcəyi turnirin tarixi dəqiqləşib

    Bu il Bakıda keçiriləcək “FIFA series” turnirinin tarixi dəqiqləşib.

    AZƏRTAC-ın əldə etdiyi məlumata görə, miniturnir martın 22-də start götürəcək.

    Turnirdə iki oyun günü nəzərdə tutulub. Martın 22-də Azərbaycan millisi Monqolustanla, Bolqarıstan yığması Tanzaniya ilə üz-üzə gələcək.

    Üç gün sonra isə yığmamız Bolqarıstanı, Tanzaniya isə Monqolustanı sınağa çəkəcək.

    Qeyd edək ki, “FIFA series” ali futbol qurumunun yeni layihəsidir. Miniturnir təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə təşkil olunacaq və orada fərqli konfederasiyalardan A milli komandalar iştirak edəcəklər.