Month: Fevral 2024

  • Bu marşrut xətti ləğv olundu

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.

    AYNA-dan bildirilib ki, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.

    Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.

  • Sərnişinlərin NƏZƏRİNƏ: Bir marşrut xəttinin istismarı dayandırılır

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.

    AYNA-dan bildirilib ki, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.

    Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.

  • İsmayıllıda avtomat aşkarlanıb

    İsmayıllıda avtomat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

  • Şəkidə avtomobil qadını vuraraq öldürüb

    Şəkidə avtomobil 68 yaşlı qadını vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Masallıda 16 yaşında ərə verilən qızın toyundan görüntülər – VİDEO

    Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.

    Sözügedən görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.

    Videoda 16 yaşlı qızın toy mərasimindən görüntülər əks olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.

    Ətraflı süjetdə:

  • İsrailin Baş naziri İlham Əliyevi təbrik edib

    İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib.

    Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm.

    Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm”.

  • Məktəblərdə iş dəftərlərinin ödənişsiz olması müzakirə edilir – RƏSMİ

    “Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

    Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:

    “Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.

  • Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnaməyə münasibət bildirib.

    O, bununla bağlı yerli mətbuatın sualına cavab olaraq danışıb.

    “Ölkəmizə qarşı müddəaların əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” qətiyyətlə pisləyir və rədd edirik.

    Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.

    Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.

    Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.

    Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək”, – XİN rəsmisi qeyd edib.

    Qeyd edək ki, Avropa Parlamentinin plenar sessiyasında, qurumun Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı məruzəçi Devid Mak Alister tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat” qəbul edilib. Hesabatda, Azərbaycana qarşı bir sıra iddialar səslənib.

  • Bakıda evdə yanğın: Bir nəfərin meyiti tapıldı

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

    Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Tramp bir ştatda ilkin seçkilərdən kənarlaşdırıldı

    ABŞ-nin İllinoys ştatının məhkəməsi keçmiş prezident Donald Trampı ştatda Respublikaçılar Partiyasının ilkin seçkilərindən kənarlaşdırmaq qərarına gəlib.

    Bu barədə İllinoys ştatının məhkəməsindən məlumat verilib.

    Dairə hakimi ştatın seçki komissiyasına Trampın martın 19-da keçiriləcək praymerizdən (ilkin seçkilərdən) kənarlaşdırılması barədə göstəriş verib.

    Eyni zamanda bildirilib ki, qərarın icrası mümkün apellyasiya şikayəti ilə bağlı martın 1-nə qədər dayandırılıb.

    Mənbə: NEWS.ru