Month: Fevral 2024

  • Şamaxıda 28 il əvvəl ölən adamın adına cərimə gəlib – İDDİA (VİDEO)

    28 il əvvəl dünyasını dəyişən şəxsin “avtomobili radara düşüb”.

    Sözügedən hadisə Şamaxıda qeydə alınıb.

    Belə ki, Şamaxı rayon sakini Rauf Şükürova gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Əliabbas Şükürov Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib.

    R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb:

    “Bu maşın mənim, babamın olmadığı halda niyə cərimə ödəməliyəm?”

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücü tərəfindən yolverilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.

    Ətraflı süjetdə:

  • Çingiz Mustafayevin şəhid olduğu yerdən yeni GÖRÜNTÜLƏR – VİDEO

    Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olduğu yerdən yeni görüntülər yayılıb.

    Görüntülər Mirşahin Ağayevin REAL TV-də yayımlanan süjetində yer alıb.

    Əsgərandan lentə alınan kadrları təqdim edirik:

  • Ermənistanda Rusiya abidəsini təhqir edən şəxs saxlanılıb

    Mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə İrəvanda ucaldılmış abidəni təhqir edən şəxs saxlanılaraq Ermənistan İstintaq Komitəsinə təhvil verilib.

    Bu barədə ölkənin daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

    “Mühasirədə olan Leninqrad uşaqlarının abidəsini təhqir edən şəxs saxlanılıb. O, Ermənistan İstintaq Komitəsinə təhvil verilib”, – Sarkisyan bildirib.

    Xatırladaq ki, yanvarın 30-da “TikTok” sosial şəbəkəsində istifadəçisi Samvel Şirinyanın abidəni təhqir etdiyini əks etdirən kadrlar yayımlanıb. Ermənistan İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb.

    Mənbə: TASS

  • Kadırovun 24 yaşlı qızı yüksək vəzifəyə təyin edildi

    Çeçenistan rəhbərinin qızı 24 yaşlı Xədijat Kadırova respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

    Bu barədə regional parlamentin sədri Maqomed Daudov məlumat verib.

    “Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaci Kadırovun nəvəsi, Çeçenistan Respublikasının başçısı və hökumətinin administrasiyasının rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Xadijat Ramzanovna zəhmətkeşliyi, qətiyyəti və qarşıya qoyulan vəzifələrin həllinə məsuliyyətli münasibəti ilə seçilir”, – deyə o yazıb.

    Xatırladaq ki, 2020-ci ildə Çeçenistan rəhbərinin qızı Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri təyin edilib.

    Mənbə: TASS

  • Qubada 14 yaşlı qız dəm qazından ölüb

    Qubanın Hacıhüseynli kənd sakini 14 yaşlı Ayna Vəlixanova dəm qazından zəhərlənib.

    Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Vəlixanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Bi-2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər

    İsrail konsulu “Bi-2” rok qrupunun baraban ifaçısı, iki gitara ifaçısı, klavişli alətlər ifaçısı və aranjimançısının İsrailə deportasiyası ilə bağlı Tailandın immiqrasiya orqanları ilə razılaşıb.

    Musiqiçilərin yaxın ətrafındakılarının verdikləri məlumata görə, Aleksandr Uman ( “Bi-2”nin Şurası) barəsində də İsrailə deportasiya ilə bağlı razılaşmaq mümkün olub.

    Bundan əvvəl qrupun təsisçisi Yeqor Bortnik (“Bi-2”nin Lyovası, Rusiyadakı xarici agentlərin reyestrinə daxil edilib) İsrailə deportasiya edilib.

    “Konsul musiqi qrupunun bütün üzvlərinin Tailanddan İsrailə deportasiyası ilə bağlı razılığa gələ bilib. Onlar artıq qeydiyyat məntəqəsindən keçiblər və yola düşməyə hazırlaşırlar. Hazırda onlar təyyarədədirlər, hər şey qaydasındadır”, – deyə məlumatda bildirilir.

    Mənbə: TASS

  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.