Month: February 2024

  • Hər səhər 3 zeytun çiyidi udun – Faydası

    Zeytunun özü ilə yanaşı, toxumu da çox faydalıdır.

    Zeytun çiyidləri qurudaraq və ya üyüdərək müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz.
    Zeytun çiyidini udmaqla mədə yanmalarını azalda, bağırsaqlarınızı gücləndirə və qəbizliyi aradan qaldıra bilərsiniz.

    Səhər yeməyində udulmuş 2-3 zeytun toxumu sellülozu həll edən fermenti aktivləşdirərək həzm sistemini gücləndirir.

    Xora və qastrit kimi mədə problemlərinə yaxşı gəlir. Hemoroid və prostatın qarşısını alır. Xüsusilə kişilərin yeməsi tövsiyə olunur.
    //Bakupost

  • Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edildi

    Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

    Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərlər:

    Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

  • “Bitcoin” 2021-ci ildən bəri ilk dəfə 59 min dolları ötdü

    “Bitcoin”in qiyməti 59 min dolları keçib. Bu, 20 noyabr 2021-ci ildən bəri ilk dəfə baş verib.

    Bu barədə Qaynarinfo “CoinDesk” xidmətinin məlumatlarına istinadən xəbər verir.

    “Bitcoin”in qiyməti fevralın 25-də kəskin artmağa başlayıb. O zaman qiymət 51 min dollardan çox olub. Bakı vaxtı ilə saat 17:15-ə olan məlumata görə, bitcoin 59,8 min dollardır.

    “Bloomberg”in qeyd etdiyi kimi, bu tendensiya birja ticarəti fondları vasitəsilə investor tələbi ilə gücləndirilib.

    Bundan əlavə, proqram şirkəti “MicroStrategy” bu yaxınlarda 155 milyon dollara təxminən 3000 bitcoin alıb. Hazırda şirkət təxminən 10 milyard dollar dəyərində “Bitcoin”lərə sahibdir.

  • Fətəli Axundzadə vəzifəsindən azad edildi

    Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

    Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.

  • 3 kq qoza görə 1 ay həbsdə yatacaq

    Qax şəhərində vətəndaşa məxsus evinin həyətində qoz oğurlayan şəxs həbs edilib.

    1976-cı il təvəllüdlü Qormaz Əsədullayev (ad-soyad şərti) Xalmağa İsmayılovaya məxsus evin həyətindən dəyəri 15 manat 3 kq olan qoz oğurlayıb.

    Zərərçəkmiş şəxs Qorxmazın onun həyətindən qurudulmuş ət də oğurladığını da iddia edib və ondan şikayətçi olduğunu bildirib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətə həbs cəzası verib.
    //qaynarinfo

  • Adel səhhətinə görə səhnəni tərk edir

    Müğənni Adel pərəstişkarlarına səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq səhnəni tərk etdiyini bildirib.

    Ulduz müğənni bu barədə “Instagram”da yazıb.

    Adel bildirib ki, Las-Veqasda keçiriləcək konsertlərinin vaxtını dəyişdirməli olub. Onun sözlərinə görə, səs tellərinə mənfi təsir göstərən xəstəlikdən tam sağala bilməyib.

    “Çıxışıma davam etməzdən əvvəl tam sağalmaq şansım yox idi və indi yenidən xəstəyəm. Təəssüf ki, bu mənim səsimə təsir etdi. Buna görə də, həkimlərin göstərişinə əsasən, yaxşı dincəlməkdən başqa yolum yoxdur”, deyə Adel izah edib.

    Sentyabrın sonunda müğənni Las-Veqasdakı növbəti konsertində mümkün toy haqqında danışıb. Adel artıq evli olduğunu, ərinin qonaqlar arasında yer aldığını qeyd edib. O, ərinin adını açıqlamayıb. Amma məlumdur ki, müğənni bir neçə ildir basketbol agenti Riş Paulla görüşür. Noyabrda jurnalistlər sənətçinin gizli şəkildə evləndiyini təsdiqləyiblər.

  • Litva ölkədə yaşayan 18 min belarusu yoxlayacaq

    Litvanın Miqrasiya Departamenti 2022-ci ildə məhdudiyyətlər tətbiq olunana qədər ölkəyə gələn 18 mindən çox belarusunu yoxlamağı planlaşdırır.

    Bu barədə LRT məlumat yayıb.

    Məlumatlarını yoxlamağı planlaşdırdıqları belaruslar ölkəyə yeni gələn vətəndaşlarla eyni sorğu vərəqini doldurmalı olacaqlar.

    “Biz əlavə sorğu vərəqəsini təqdim etməzdən əvvəl işləmək əsasında yaşamaq icazəsi almış bütün Belarus vətəndaşlarını yoxlamağa başlayacağıq”, Miqrasiya Departamentinin rəhbəri Evelina Qudzinskayte ELTA xəbər agentliyinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, Litvada 18 minə yaxın belə belaruslu var və onların yaşayış icazəsi hələ də qüvvədədir. Əgər şəxs haqqında mənfi məlumat aşkar edilərsə, Miqrasiya Departamenti Dövlət Təhlükəsizliyi İdarəsinə (DTİ) müraciət edir.

    “Əgər şəxs anketə cavab vermirsə, bu, onun əleyhinə yozulacaq. Əgər şəxs cavab verərsə, o zaman cavabları qiymətləndiriləcək. Mənfi məlumat aşkar edilərsə, DTİ ilə məsləhətləşəcəyik. Əgər DTİ şəxsin dövlət təhlükəsizliyinə təhlükə yaratdığı qənaətinə gələrsə, yaşayış icazəsi ləğv ediləcək”, deyə Qudzinskaite izah edib.

    Xatırladaq ki, 2022-ci ilin noyabrından Litvaya daxil olan rusiyalılar və belaruslulardan Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı fikirlərini bildirmək üçün xüsusi anket doldurmaq tələb olunur. O vaxtdan bəri 1644 Belarus və 397 Rusiya vətəndaşı Litvanın milli təhlükəsizliyinə təhdid hesab edilib və onlara yaşamaq icazəsi verilməyib.

    Litva hökuməti martın 1-dən Belarusla sərhəddəki “Lavorişkes” və “Rayqardas”sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Litva hakimiyyəti iddia edir ki, bu addım milli təhlükəsizlik, qaçaqmalçılıq və beynəlxalq sanksiyaların pozulması problemlərinin həllinə yönəlib.
    //qaynarinfo

  • Qurban Qurbanov: “Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu”

    “Qarabağ”a gələndə klubun prezidenti Abdulbari Gözəl mənə “Heydər Əliyevə söz vermişdim ki, bu komandanı Avropada tanıtdıracağam” demişdi. Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. Biz vəzifəmizə bu motivasiya ilə başladıq. İlk ildə çempionluq qazana bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA Avropa Liqasında pley-off-a qədər irəlilədik. Bu o vaxt üçün böyük uğur idi”.

    Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə açıqlamasında deyib.

    Qurbanov Avropa Liqasının pley-off mərhələsinə yüksəldikləri zaman prezident İlham Əliyevin zəng edərək təbrik etməsinin ona əlavə motivasiya verdiyini vurğulayıb.

    “Qarabağ” adının azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini xatırladan baş məşqçis “Qarabağ” adını yaşatmaq üçün rəhbərliklə birlikdə yaxşı işlədik və Allaha şükürlər olsun ki, bu gün nəticəsini görürük. Məsuliyyət hissi və ürəklə çalışırıq”, deyib.

    Təcrübəli çalışdırıcı komandadakı əcnəbi futbolçulara “Qarabağ” adının vacibliyini izah etdiklərini bildirib:

    “Əsas motivasiyamız komandamızın adının “Qarabağ” olmasıdır. 2-ci Qarabağ müharibəsindəki qələbəmizdən sonra əcnəbi futbolçularımız adımızın əhəmiyyətini daha yaxşı anladılar”.

    Bir vaxtlar Qarabağdakı işğalçı rejimin “paytaxt” adlandırdığı Xankəndidə şəhər stadionunda MOİK komandası ilə Azərbaycan kubokunun oyununu keçirdiklərini xatırladan Qurbanov “Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mihriban Əliyeva da matça baxıblar. Şəhid övladları da orda idi. Unudulmaz gün oldu”, deyib.

    Xankəndindəki oyunun işğaldan azad edilmiş rayonlarda keçiriləcək oyunların başlanğıcı olduğunu bildirən baş məşqçis Ağdamda da stadionun tikiləcəyini, komandanın doğma şəhərə qayıdacağını vurğulayıb.

    Qurban Qurbanov “Qarabağ”a Türkiyədən də böyük marağın olduğunu bildirib:

    “Bir azərbaycanlı, bir türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm, Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq. Sevincimizdə də, pis günümüzdə də bir yerdəyik. Türk xalqına böyük hörmətim və güvənim var. Onlar bizi öz komandaları kimi görürlər. Bir çox türk azarkeş səfər oyunlarımızda bizi dəstəkləyir”.

    Avropa Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçisi “Bayer”ə rəqin olduqlarını xatırladan Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını və Leverkuzen klubunun tanıdıqları rəqib olduğunu bildirib:

    “Qrup matçlarında üz-üzə gəlmişik. Hər iki oyunda məğlub olduq. Onlar Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsi böyük fayda verəcək. Güclü rəqiblər olsalar da, biz püşkdən razıyıq. Yenidən möhtəşəm komandaya qarşı oynayacağıq və oyunçularım o möhtəşəm futbolu, sürəti və dinamizmi yenidən hiss edəcəklər. Azarkeşlər də oyundan həzz alacaqlar. Məğlub ola bilərik, amma mübarizəsiz meydanı tərk edə bilmərik”.
    //qaynarinfo

  • “Lufthansa”nın texniki işçiləri 3 günlük tətilə başladı

    “Lufthans”nın texniki işçiləri Almaniyada 3 günlük tətilə başlayıb və bu tətil başlamazdan bir neçə saat əvvəl elan edilib.

    Bu barədə DW məlumat yayıb.

    Çərşənbə günü səhər Almaniyanın “Lufthansa” şirkətinin texniki heyəti yerüstü işçilərin maaşı ilə bağlı mübahisəyə görə 3 günlük tətil edib. Tətil başlamasına cəmi 12 saat qalmış elan olunub. Akiyada 25 minə qədər işçi iştirak edə bilər.

    Ver.di həmkarlar ittifaqı bildirib ki, tətil planlaşdırıldığı kimi səhər saat 6:00-da başlamasına baxmayaraq, sərnişin reyslərinə təsir etməsi gözlənilmir. Təşkilat “Lufthansa Technik”, “Lufthansa Aviation Training” və “Lufthansa Technical Training” işçilərini çərşənbə səhərindən etibarən 3 günlük tətilə çıxmağa çağırıb.

    Ver.di həmkarlar ittifaqı “Lufthansa” yerüstü işçilərinin maaşlarının 12,5 faiz artırılmasını tələb edir (lakin ayda 500 avrodan az olmayaraq). Bundan əlavə, Ver.di inflyasiyanı kompensasiya etmək üçün işçilərə 3000 avro məbləğində birdəfəlik ödənişlər tələb edir.

    “Lufthansa”tətili “anlaşılmaz və tamamilə yersiz eskalasiya” kimi tənqid edib. Şirkət iddia edir ki, həmkarkar ittifaqına güclü təklif verilib.

    “Keçən cümə axşamı “Lufthansa” həmkarlar ittifaqına doğru daha bir böyük addım atdı və yeni, daha da yaxşı təklif təqdim etdi”, deyə aviaşirkətin sözçüsü bildirib.
    //qaynarinfo.az

  • Navalnı martın 1-də Moskvada dəfn olunacaq

    Həbsdə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Moskvadakı Borisov qəbiristanlığında dəfn olunacaq.

    Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.

    Onun sözlərinə görə, dəfn mərasimi martın 1-də saat 14.00-da Maryinodakı kilsədə keçiriləcək.

    Xatırladaq ki, fevralın 16-da Rusiya Federasiyasının Federal Penitensiar Xidməti rusiyalı müxalifətçi Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında öldüyü barədə məlumat yayıb. Navalnının həbsdə olduğu koloniyanın nümayəndələri siyasətçinin anasına onun qəfil ölüm sindromundan öldüyünü bildiriblər.

    Navalnı 2021-ci ilin əvvəlindən həbsdə olub. 2023-cü ilin avqustunda Moskva Şəhər Məhkəməsi siyasətçini “ekstremizm” işi üzrə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edib.