Month: February 2024

  • Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

    Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

    Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Sizin rəhbərliyinizlə bundan sonra da möhkəmləndirilməsi istiqamətində Kubanın qətiyyətli mövqeyini bir daha ifadə edirəm.

    Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    * * * * *

    Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm.

    Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram.

    Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir.

    Sizə cansağlığı, Azərbaycan Respublikasına daimi inkişaf arzu edirəm”.

  • Azərbaycanda 15 yaşlı qız erkən nikahın qurbanı olub – FOTO

    Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.

    Median.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.

    O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma başlanılıb:

    “Əlavə məlumat veriləcək”.//oxu.az

  • Dünya şöhrətli ulduzun bütün konsertlərini təxirə saldı – FOTO

    Məşhur müğənni Adel bir müddət musiqiyə ara verdiyini açıqlayıb.

    O, bu barədə şəxsi bloqunda paylaşım edib.

    Müğənni bildirib ki, çıxışlardan əvvəl tam bərpa oluna bilməyib. Sonuncu konsert zamanı sənətçi özünü pis hiss edib.

    Səhhətinin pisləşməsi Adelin səsinə də təsir edib və buna görə də bütün konsertlərini təxirə salıb.

  • Фонд развития предпринимательства выделил льготный кредит для стимулирования местного производства – ФОТО

    Фонд развития предпринимательства при Министерстве экономики Азербайджана предоставил очередной льготный кредит.

    Об этом сообщил глава экономического ведомства Микаил Джаббаров в своем аккаунте в соцсети Х.

    “Фонд выделил предпринимателю Фариду Багирову льготный кредит в размере 120 000 манатов на проект по производству влажных салфеток”, – говорится в публикации.

  • Azərbaycanda nəm salfet istehsalına 120 min manat güzəştli kredit ayrılıb – FOTO

    İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.

    Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    O qeyd edib ki, bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb.


  • Roma Papası xəstəxanaya yerləşdirilib

    Roma Papası Fransisk müayinə olunmaq üçün Romadakı xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, çərşənbə günü 87 yaşlı pontifik xəstə olduğunu bildirərək həftəlik qəbulunu təxirə salmışdı.

    “Əziz qardaşlar və bacılar, mən hələ də bir az xəstəyəm, özümü soyuğa vermişəm”, – deyə Papa bildirmişdi.

    Mənbə: TRT Russian

  • Qara dənizdə Türkiyə gəmisinə raket düşdü – FOTO

    Türkiyənin “Kuruoğlu-3” quru yük gəmisinə Xerson limanında iki raket düşüb.

    Bu barədə “Kuruoğlu” dənizçilik şirkətindən məlumat verilib.

    “Şirkətimizə məxsus, Türkiyə bayrağı altında üzən “MV Kuruoğlu-3” gəmisi 22.02.2022-ci il tarixində yük boşaltmaq məqsədilə limana yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən iki ildir, limanda qalıb.

    27.02.2024-cü il tarixində Rusiya tərəfindən atıldığını güman etdiyimiz iki raket gəmimizə düşüb və ona su dolmağa başlayıb. Gəmimiz kəndirlərin köməyilə estakadaya bərkidilib. Kəndirlər hər an qopa və gəmimiz bata bilər”, – deyə şirkətdən qeyd edilib.

    Qara dənizdə təhlükə səbəbindən aylarla evlərinə qayıda bilməyən türkiyəli dənizçilər var. Rusiyanın hücumundan sonra Ukrayna limanlarında qalan 12 türk gəmisi iki ilə yaxındır ki, geri qayıdacağı günü gözləyir.


    Mənbə: Haber Global

  • В МИД России прокомментировали возможный визит Зеленского в Армению

    Визит президента Украины Владимира Зеленского в Армению должны подтверждать в первую очередь дипломатические ведомства Армении и Украины.

    Как передает Median.Az, об этом официальный представитель МИД РФ Мария Захарова заявила сегодня на брифинге, отвечая на вопрос News.ru.

    “Это в первую очередь должны комментировать два государства”, – сказала она.

    23 февраля армянское издание Factor TV со ссылкой на собственные источники сообщило о подготовке визита Зеленского в Армению. Сроки визита еще не определены, но он, предположительно, намечен на март.

  • Rusiya XİN Zelenskinin Ermənistana mümkün səfərinə münasibət bildirib

    Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik qurumları tərəfindən təsdiqlənməlidir.

    Median.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

    “İlk növbədə, bu iki dövlət buna münasibət bildirməlidir”, – o vurğulayıb.

    Xatırladaq ki, fevralın 23-də Ermənistanın “Faktor TV” nəşri mənbələrinə istinadən V.Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb. Bildirilmişdi ki, səfərin vaxtı hələ müəyyən edilməyib, lakin güman ki, bu, mart ayında baş tutacaq.

  • Bakıda fantastik qiymətə ev satılır – FOTO

    Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb.

    Median.Az xəbər verir ki, Səbail rayonunda yerləşən, 315 kvadratmetr olan mənzil dörd otaqdan ibarətdir.

    “Ağıllı ev” strukturu ilə təmir edilən mənzil 8 milyon manata alıcılara təklif edilib.