Month: February 2024

  • Türkiyə səfiri: Bizim olan nə varsa, Azərbaycanındır

    Bizim olan nə varsa, Azərbaycanındır.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.

    O, Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayla görüşdüyünü bildirib.

    Səfir qonağa görülən işlər barədə məlumat verib.

    Qeyd edək ki, Ş.Alpay Azərbaycanda rəsmi səfərdədir.

  • МИД РФ: Армения застопорила работу по открытию региональных коммуникаций на Южном Кавказе

    Работа по открытию региональных коммуникаций на Южном Кавказе застопорилась из-за позиции армянских коллег.

    Как передает Report, об этом официальный представитель МИД России Мария Захарова заявила сегодня в ходе брифинга, отвечая на вопрос Baku.tv.

    “Мы знаем, что власти Армении говорили о готовности к открытию региональных коммуникаций на основе принципа суверенитета и в рамках равенства и взаимности. Азербайджан, собственно говоря, не отказывался от подобного подхода. Данная тематика ранее в деталях обговаривалась в формате трехсторонней рабочей группы под сопредседательством вице-премьеров России, Азербайджана и Армении. К сожалению, сейчас эта работа застопорилась ввиду позиции армянских коллег”, – сказала Захарова.

  • Rusiya XİN Ermənistanı ittiham edib

    Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb.

    Median.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib.

    O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”.

  • “Bandotdel”dən SİLSİLƏ ƏMƏLİYYATLAR: 12 nəfər saxlanıldı – VİDEO

    Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşlarının son bir neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.

    Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Əlövsət Əlif oğlu Həsənov, 1984-cü il təvəllüdlü Əhməd Sabir oğlu Babayev və 1985-ci il təvəllüdlü Elşad İbrahim oğlu Hacıyev ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb.

    “Report” bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

    Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.

    Qobu Park yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.

    Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.

    Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

    “Vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə agentlik bəyan edib.

    2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.

  • В Лачын и село Забух возвращается очередная группа бывших вынужденных переселенцев – ФОТО

    В заново отстроенное село Забух Лачынского района и в восстановленный город Лачын отправилась очередная группа бывших вынужденных переселенцев.

    Как сообщает Report, жители города и села, ранее временно расселенные в общежитиях, санаториях, детских лагерях, недостроенных и административных зданиях в различных районах республики, отправились в Лачынский район из жилого комплекса Qobu Park – 3 в Гарадагском районе Баку.

    На данном этапе в село Забух возвращаются 4 семьи (11 человек), а в город Лачын – 20 семей (78 человек).

    Благодаря Победе, одержанной доблестной азербайджанской армией под руководством Президента, победоносного Верховного главнокомандующего Ильхама Алиева, бывшие вынужденные переселенцы получили возможность добровольно, безопасно и достойно вернуться к родному очагу спустя 30 лет.

    Возвращающиеся в свои дома жители выразили признательность Президенту, победоносному Верховному главнокомандующему Ильхаму Алиеву, Первому вице-президенту Мехрибан Алиевой за всестороннюю государственную заботу, а также доблестной азербайджанской армии, героическим солдатам и офицерам, освободившим наши земли от оккупации.

    Отметим, что до сих пор в город Лачын обеспечено возвращение 451 семьи (1 705 человек), а в село Забух – 211 семей (808 человек).

  • Növbəti köç karvanı Laçına çatıb – YENİLƏNİB + FOTO

    Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib. Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.

    Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.

    Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.

    Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

    ***

    Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

    “Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.

    Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.

    Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

    Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).

  • Ağalının körpə sakinləri: İlk addımlarını doğma yurdda atacaqlar – FOTO

    Zəngilan rayonunun Ağalı kəndində doğulan və orada böyüyəcək artıq 6 körpə var. Onlar ilk addımlarını orada da atacaq, ilk sözlərini Ağalıda deyəcək və böyüyəcəklər.

    Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova AzVision.az-a açıqlamasında bildirib ki, Ağalının körpə sakinlərindən 2-si qız, 4-ü oğlandır.

    “Ağalıda xəstəxana olmadığı üçün körpələrdən ikisi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında, digərləri Bakı şəhərində dünyaya gəliblər. Hamısı indi Ağalı kəndində böyüyür. Onlardan biri də bizim balaca qızımız Rüqəyyadır.

    Eyni zamanda ana olmağa hazırlaşan üç qadın var ki, onlardan biri səhhəti ilə əlaqədar Bakıdadır”.

    Ağalının 6 körpəsinin şəkillərini təqdim edirik:


    ​Ağalının ilk körpə sakini Fidan


    2-ci doğulan körpə Uğur


    3-cü körpə Turan


    4-cü körpə Aqil


    5-ci körpə Rüqəyya


    6-cı körpə Rəvan

  • Ukraynada artilleriya zərbələri azərbaycanlıların evlərinə düşdü – VİDEO

    Ukraynada müharibə davam edir.

    Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

    O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Slavyansk, Çasov Yar şəhərləri Rusiya ordusunun hava hücumuna məruz qalıb.

    Həmçinin qeyd edilib ki, Donetsklə yanaşı, Xerson, Zaporojye, Dnepropetrovsk və Odessa vilayətlərinə də hücum olub.

    “Ukrayna müharibəsində yaya doğru vəziyyət daha da gərginləşir. Ukrayna rəhbərliyinin açıqlamasına görə, yaz aylarında Rusiya tərəfindən ciddi hücumlar gözlənilir. Lakin Ukraynanın da bu hücumlara hazırlaşdığı və əks-hücum əməliyyatı planlaşdırdığı deyilir”, – jurnalist əlavə edib.

    O da bildirilib ki, son on gündə Donetsk vilayətində Çasav Yar, Konstantinovka və Toretsk şəhərlərində dörd azərbaycanlının evi artilleriya zərbələri nəticəsində dağılıb.

  • Qəza şəraiti yaradan “Porsche” sürücüsü qoçuluq edib yolu kəsdi – VİDEO

    Masazır dairəsində sürücü yol hərəkət qaydasını kobud şəkildə pozub.

    Avtosfer.az xəbər verir ki, hadisə fevralın 27-də baş verib.

    Belə ki, 99-OT-777 qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının keçilməsi qaydasını pozaraq qəza şəraiti yaradıb.

    Görüntünü qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman o, bundan qəzəblənərək yolu kəsib. Avtomobildən düşən sürücü haqsız olduğu halda mübahisə etməyə başlayıb.

    Görüntünü qeydə alan sürücünün sözlərinə görə, mübahisənin sonunda o, “sən bilmirsən, hələ mən kiməm” deyərək ərazidən uzaqlaşıb.

    Sözügedən videonu təqdim edirik: