Month: February 2024

  • Bakıda fəaliyyət göstərən avtobusların 50 faizdən çoxu dəyişməlidir

    “Hazırda Bakıda iki min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 50 faizi dəyişməlidir”.

    Median.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

    Onun sözlərinə görə, marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb:

    “Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını və sıxlığın əmələ gəlməsini müşahidə edirik. Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil”.

    A.Rzayev əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 180 marşrut xətti fəaliyyət göstərir ki, pik saatlarda bu xətlərin təxminən 20-dən çoxunda yüklənmə 90 faizdən çox olur:

    “Bu da, həmin marşrutlarda səhər və axşam saatlarında kifayət qədər sıxlıq yaranmasına səbəb olur”.//report.az

  • İran Culfa-Naxçıvan dəmir yolu xəttinin bərpasını istəyir – FOTO

    İranın Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Məcid Kiani Naxçıvan Muxtar Respublikasına səfəri zamanı İranın baş konsulu ilə görüşüb. O, Culfa-Naxçıvan dəmir yolu xəttinin yenidən açılması üçün İran Xarici İşlər Nazirliyindən kömək istəyib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Məcid Kiani İranın Naxçıvandakı Baş Konsulluğunun mövcud dəmir yolu imkanlarından istifadə ilə bağlı diskurs yaratmaqda təsirli rol oynaya biləcəyini deyib.

    “İran və Azərbaycan arasında çoxillik əlaqələri nəzərə alaraq, iki ölkə arasında ticarətin inkişaf edəcəyi gözlənilir. Bununla əlaqədar Araz Azad İqtisadi Zonasının məhsulları Naxçıvan və Azərbaycan bazarına əvvəlkindən daha çox çıxarılmalıdır”, – deyə o vurğulayıb.

    Onun sözlərinə görə, Araz Azad İqtisadi Zonasının 2013-cü ildən başlayaraq son 10 aya qədər Azərbaycana ixrac həcmi 105 milyon dollar olub.

    “Bu illər ərzində Azərbaycan sözügedən iqtisadi zonanın ikinci ixrac istiqaməti kimi tanınıb”, – deyə Kiani qeyd edib.

  • Azərbaycanın Avropa çempionu: “Rəqibim təcrübəli idi”

    “Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Nihat Məmmədli Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.

    60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı zədə səbəbindən yarışa istədiyi kimi hazırlaşa bilmədiyini söyləyib:

    “Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Müəyyən çətinliklər olsa da, həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik”.

    Onun sözlərinə görə, finalın ağır keçəcəyi əvvəldən bəlli idi:

    “Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qalib gəldim. Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.

    Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını üç qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.

  • Число жертв схода оползня на Филиппинах достигло 90

    Число погибших в результате схода оползня в провинции Давао-де-Оро на юге Филиппин увеличилось до 90, еще 37 человек числятся пропавшими без вести.

    12 февраля сообщалось о 68 погибших. Тогда пропавшим без вести числился 51 человек.

    Руководитель кризисного штаба золотодобывающей компании Apex Mining Фердинанд Добли заявил, что поисковая операция была приостановлена из-за неустойчивого грунта и угрозы новых оползней. В спасении людей и ликвидации последствий стихии были задействованы Вооруженные силы Филиппин, которые также оказывали гуманитарную помощь населению. В операции на начальном этапе на территории площадью около 9 га участвовали сотни человек и тяжелая техника.

    Несколько тысяч жителей были вынуждены покинуть свои дома после схода оползня и находятся сейчас в эвакуационных центрах.

    Оползень высотой от 30 до 50 м сошел в Давао-де-Оро 6 февраля, накрыв более 50 домов и несколько автобусов с 86 сотрудниками Apex Mining. Последний выживший был обнаружен 9 февраля, спасатели тогда вытащили из-под завалов трехлетнюю девочку, которая провела под массой горной породы и земли около 60 часов.

    Источник: ТАСС

  • Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

    Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a çatıb, daha 37 nəfər isə hələ də itkin sayılır.

    Qeyd edək ki, fevralın 12-də 68 ölüm halı qeydə alınıb. Həmin vaxt 51 nəfər itkin düşənlər siyahısına salınmışdı.

    “Apex Mining” qızıl mədən şirkətinin böhran qərargahının rəhbəri Ferdinand Dobley bildirib ki, qeyri-sabit torpaq və yeni sürüşmə təhlükəsi səbəbindən axtarış əməliyyatı dayandırılıb. Filippinin Silahlı Qüvvələri insanların xilas edilməsi və fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub və bununla da əhaliyə humanitar yardım göstərilib. İlkin əməliyyata təxminən doqquz hektar ərazidə yüzlərlə insan və ağır texnika cəlb olunub.

    Mənbə: TASS

  • Masallı sakinlərinin NƏZƏRİNƏ: Bəzi kəndlərdə qaz olmayacaq

    Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    “Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır”, – deyə qurumdan bildirilib.

  • Əhməd Əhmədov dəlidirmi?

    Qan Turalı yazır…

    Beş nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayət ölkə gündəminə bomba kimi düşdü. Hələ də insanlar bu cinayətin təsiri altındadır. Media qurbanların yaxınlarını (eləcə də şübhəlinin) tapıb, onları danışdırır. Ortaya çıxan bilik qırıntıları ilə hadisəni anlamağa, mənalandırmağa çalışır. Ancaq bu o qədər də sadə deyildir.

    Bu kimi qəddar cinayətlərdən bəhs edən bir serial var: Mindhunter. Netflix istehsalı olan bu serialda iki FBİ agenti bu cür dəhşətli cinayətlər törətmiş insanlarla sorğular aparır, cinayət psixologiyasını çözməyə, cinayətkarın psixoloji profilini çıxartmağa çalışır. Serialdan göründüyü kimi bu heç də asan deyil. Bir faktı da əlavə etmək lazımdır. Serialın ssenarisi “Mind Hunter: Inside FBI’s Elite Serial Crime Unit” kitabı əsasında qələmə alınmışdır və bu kitab təxəyyül məhsulu deyildir, sənədlidir.

    Hər şeydən qabaq xalqın reaksiyasını anlamaq lazımdır. Bəli, adi şüur üçün (Hegel buna sağlam zəka deyirdi) belə bir cinayəti anlamaq, mənalandırmaq heç də asan deyildir. İnsan övladı adi zamanlarda belə konspirologiya nəzəriyyələrinə, hər cür xürafata və yalana inanmağa meyllidir. Stres anlarında isə insanların bu cür meyli artır, çünki stres sağlam düşünmə mexanizmlərini zədələyir. Bu barədə elmi tədqiqatlar da mövcuddur. Stresli anlarda ortaya atılan hər cür iddia özünə müştəri tapır. Misal üçün, şübhəli qismində saxlanılan Əhməd Əhmədovun psixoloji problemlərinin olması məsələsi…

    Adi şüur Əhməd Əhmədovun psixoloji problemlərinin olması barədə deyilənləri onun cinayət törətməsi üçün əsaslı hesab edir. Əlbəttə, bəzi psixoloji xəstələr bu cür qətllər törədə bilərlər. Ancaq, psixikası sağlam olan insanlar da bu cür qətl törədə bilər. Bu mənada qətlləri birmənalı şəkildə psixoloji problemlərlə əsaslandırmaq çətindir.

    Bundan əlavə, şübhəlinin cinayəti son dərəcə soyuqqanlılıqla törətməsi, cinayətin iki ayrı evdə baş verməsi, qatilin bütün bunları planlaşdıraraq icra etməsi heç də ani bir hərəkətlə, bir anlıq qəzəblə izah oluna bilməz. Affekt halı bu qədər uzun müddətdə, Şıxlinski küçəsindən Yeni Günəşliyə gedəcək qədər davam edə bilməz.

    Əhməd Əhmədovun məhkəmə aparılarkən çəkilən görüntüləri də onun törətdiyi əməlin fərqində olduğunu, nəticələrini əvvəlcədən bildiyini göstərir. Şübhəli şəxs heç də peşman görünmür.

    Şübhəli şəxsin psixoloji problemlərinin olması barədə deyilənlər də onun qohumlarının sözlərinə əsaslanır. Qohumlar əlbəttə ki, psixiatr deyillər, adi bir adamın rəyi heç bir halda mötəbər sayıla bilməz.

    Əhməd Əhmədovun ailəsindən ayrı yaşaması, taksi fəaliyyəti ilə məşğul olması  da onun müstəqil halda həyat fəaliyyətini davam etdirə bildiyini göstərir. Bütün bunlara əsasən onun psixikasının ağır vəziyyətdə olmadığı nəticəsini çıxartmaq mümkündür.

    Bir sözlə, bu cinayət son dərəcə mürəkkəb bir cinayətdir və belə bəsit səbəblərlə izah oluna bilməz. Qeyd etdiyimiz məsələlər də nəzəri məsələlərdir, gerçəklik hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində ortaya çıxacaqdır.

  • Bədii filmlərin çəkilişləri üçün yaranmış borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək

    Bədii filmlərin çəkilişləri üçün yaranmış bütün borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək.

    Bu barədə Kino Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edilib.

    “Mədəniyyət nazirinin əmri ilə, nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Kino Agentliyi tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib. Bir daha bildiririk ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, – məlumatda qeyd olunub.

  • Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü baş tutacaq

    Bu ilin martında Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü baş tutacaq.

    Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib.

    Tərəflər, həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar.

    Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

  • Nazirlik və Penitensiar xidmətdən birgə ƏMƏLİYYAT: Avtomat silah aşkarlandı

    Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə Balakəndə əməliyyat-axtarış tədbiri keçirilib.

    Penitensiar xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və bir ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.