Month: February 2024

  • В Баку под видом телятины продают мясо буйвола? – ВИДЕО

    В соцсетях продают мясо буйвола, преподнося его как телятину.

    Сотрудник Baku TV посетил место продажи данного продукта.

    Вначале продавец не упомянул, что это буйволиное мясо. Однако после получения соответствующих сертификатов он признал, что это действительно так.

    В Агентстве продовольственной безопасности Азербайджана (АПБА) сообщили, что по данному факту начата проверка. Было отмечено, что граждане при покупке мяса и мясопродуктов должны требовать у продавца документ о происхождении продукции и быть внимательными в этом вопросе.

    Подробнее – в сюжете:

  • Bakıda camış əti dana əti adı ilə satılır? – İDDİA (VİDEO)

    Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır. Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar.

    Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub.

    Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti olduğunu etiraf ediblər.

    Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

    Qeyd edilib ki, vətəndaşlar ət və ət məhsulları alarkən satıcıdan mənşə sənədini tələb etsinlər və bu məsələdə diqqətli olsunlar.

    Ətraflı süjetdə:

  • Bakıda törədilən dəhşətli qətl rəsmi qurumu hərəkətə keçirdi: AYNA-dan mühüm tapşırıq

    Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin hadisədən sonra taksi sürücülərinin narkoloji testə göndərildiyi bildirilir.

    Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verilib.

    Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
    Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Ə.Əhmədov aşağıdakı maşın ilə taksi sürücüsü kimi fəaliyyət göstərib.

  • Арестован бывший крупный чиновник Нахчыванской АР

    В Бакинском военном суде рассмотрено ходатайство об избрании меры пресечения в отношении экс-начальника Государственной службы по мобилизации и призыву на военную службу Нахчыванской Автономной Республики Мирзы Джалилова по продолжающемуся в Службе государственной безопасности Азербайджанской Республики уголовному делу.

    Ему предъявлено обвинение в получении взятки в крупном размере от отдельных лиц в период его пребывания на посту.

    На процессе под председательством судьи Бакинского военного суда Рафига Аббасова в отношении М.Джалилова была избрана мера пресечения в виде ареста сроком на 3 месяца и 20 дней.

    Отметим, что ранее он также занимал должность начальника Нахчыванского городского управления полиции.

  • Naxçıvanda sabiq xidmət rəisi həbs edildi

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi Mirzə Xəlil oğlu Cəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.

    O, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

    Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.

  • Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

    Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Ukraynada çətənə leqallaşdırılır

    Ukrayna Prezidenti Volodimir Zelenski çətənə (kannabis) cinsindən olan bitkilərin tibbi, sənaye məqsədləri üçün dövriyyəsinin, onlarla bağlı elmi və elmi-texniki fəaliyyətin tənzimlənməsi haqqında qanunu imzalayıb.

    Bu barədə Ali Radanın saytında məlumat verilib.

    Qeyd olunub ki, belə məhsullar müharibə nəticəsində yaranan travmatik stress pozğunluqları zamanı təsirlidir.

    Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.

  • Bu ayın pensiyalarının yeni artımla birgə ödənişi yekunlaşıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

    Fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

    Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib.

  • Московский суд заочно арестовал Алексея Панина по делу о призывах к терроризму

    Гагаринский суд Москвы заочно арестовал актера Алексея Панина (признан в РФ иноагентом) по делу о призывах к терроризму.

    Об этом сообщили в пресс-службе суда.

    “Постановлением Гагаринского районного суда города Москвы избран заочный арест в отношении Панина Алексея Вячеславовича, обвиняемого в совершении преступления, предусмотренного ч. 2 ст. 205.2 УК РФ (Публичные призывы к осуществлению террористической деятельности, публичное оправдание или пропаганда терроризма с использованием сети Интернет), сроком на два месяца с момента его экстрадиции на территорию РФ либо с момента фактического задержания на территории РФ”, – сказали в пресс-службе.

    Источник: ТАСС

  • Rusiyanın məşhur aktyoruna həbs hökmü çıxarıldı

    Rusiyanın məşhur aktyoru Aleksey Paninə məhkəmə həbs hökmü çıxarıb.

    Panin terror fəaliyyətinə açıq çağırışlarda, terrorçuluğa ictimai bəraət qazandırmaqda və təbliğatda (Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin ikinci hissəsi) ittiham olunur.

    Qeyd edək ki, aktyor hazırda Rusiyada yaşamır. O, bu yaxınlarda Hollivud filminin sınağına dəvət olunduğunu bildirib.

    Mənbə: TASS