Month: February 2024

  • Генеральный секретарь ООН поздравил президента Ильхама Алиева

    Генеральный секретарь Организации Объединенных Наций Антонио Гутерриш направил президенту Азербайджана Ильхаму Алиеву поздравительное письмо.

    Как передает Median.Az, в письме говорится:

    “Ваше превосходительство.

    Передаю Вам поздравления по случаю переизбрания Президентом Азербайджанской Республики.

    Азербайджан, как страна, принимающая в 2024 году Конференцию Организации Объединенных Наций об изменении климата, сыграет особую роль в руководстве международными инициативами, связанными с климатическим кризисом.

    Я с нетерпением ожидаю дальнейшего развития сотрудничества между Организацией Объединенных Наций и Азербайджаном под Вашим руководством, в том числе установления долгосрочного мира и безопасности в регионе.

    Организация Объединенных Наций выражает готовность через свое представительство в Баку оказать поддержку Правительству и народу Азербайджана в достижении Целей устойчивого развития и усилении многосторонности.

    Ваше превосходительство, примите мое высочайшее почтение”.

  • BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri.

    Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.

    Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasını səbirsizliklə gözləyirəm.

    Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.

  • Bakıda avtomobil yanıb – VİDEO

    Bakının, Xətai rayonu, Babək prospektində avtomobil yanıb.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

    Belə ki, “Mercedes-Benz” markalı minik avtomobili anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

    Baş verən hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

    Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

    Həmin görüntüləri təqdim edirik:

  • AYNA sədri: “Bəzi daşıyıcılar biznesini axşam sürücüdən planı almaq üzərində qurub”

    “Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator var”.

    “Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

    Onun sözlərinə görə, bunlardan üç, dörd, bəlkə də beş operator həqiqətən də öz fəaliyyətini ciddi şəkildə qurub:

    “Həmin operatorların avtobusları şəhərdə digərlərindən fərqlənir. Digər daşıyıcılar isə sadəcə biznesini axşam sürücüdən planı almaq üzərində qurub ki, bunun da nəticəsində, dayanacaqda sürücülərin sərnişin üçün mübarizəsini görürük, intervalların qorunmamasını görürük. Hətta, belə avtobuslarda plan yerinə yetirildikdən sonra, avtobusu dayandıraraq, həmin günlük xidmətin dayandırılması da müşahidə edilir”.

  • Stoltenberq: “NATO Ukraynaya bir milyon PUA tədarük edəcək”

    “NATO üzvü olan bir qrup ölkə Ukraynaya bir milyon pilotsuz uçuş aparatı (PUA) tədarük etmək qərarına gəlib”.

    Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, NATO-nun 20 üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib.

    Mənbə: TASS

  • Азербайджанская спортсменка в десятый раз стала чемпионкой Европы

    Азербайджанская спортсменка Мария Стадник в 10-й раз стала чемпионкой Европы.

    Как сообщает Report, в финале континентального первенства, проходящего в столице Румынии Бухаресте, наша спортсменка, выступавшая в весовой категории 50 кг, встретилась с представительницей Турции Эвин Демирхан. Победив свою соперницу, М.Стадник завоевала золотую медаль

    Сегодня на решающий поединок выйдет еще одна наша спортсменка – Алена Колесник (59 кг). В финале она сразится с украинкой Алиной Филиппович.

    Отметим, что ранее сборная Азербайджана по греко-римской борьбе завоевала на чемпионате Европы три золотые, две серебряные и одну бронзовую медали. Первое место заняли Нихат Мамедли (60 кг), Мурад Мамедов (63 кг) и Хасрат Джафаров (67 кг), второе – Рашад Мамедов (55 кг) и Ульви  Ганизаде (72 кг), третье – Бека Канделаки (130 кг).

  • Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.

    Median.Az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

    Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

    Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

    Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

  • МИД Армении: Мы готовы ускорить процесс делимитации границ

    Армения готова ускорить процесс делимитации границ на основании письменных договоренностей двух стран в чешской Праге 2022 года.

    Об этом говорится в заявлении пресс-секретаря армянского МИД Ани Бадалян.

    “6 октября в Праге Азербайджан и Армения письменно договорились, что на основе Алматинской декларации от 1991 года признают территориальную целостность и суверенитет друг друга и что эта декларация станет политической основой процесса делимитации”, – сказала она.

    А.Бадалян также подчеркнула, что Армения подтверждает свою готовность ускорить процесс делимитации границы на основе этого соглашения.

  • İrəvan Bakı ilə sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır

    Ermənistan Azərbaycanla iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir.

    “Oktyabrın altısında Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu Bəyannaməni delimitasiya prosesinin siyasi əsası kimi qəbul edir. Biz bu saziş əsasında Azərbaycanla sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazır olduğumuzu təsdiq edirk”, – o qeyd edib.

    Mənbə: TASS

  • Azərbaycan paraatleti beynəlxalq turnirdə gümüş medal qazanıb

    Azərbaycan paraatleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2024 World Para Athletics Grand Prix” turnirində gümüş medal qazanıb.

    Median.Az xəbər verir ki, milli komandanın üzvü nüvə itələmə növündə ikinci yeri tutub.

    Paralimpiya çempionu F55 kateqoriyasında 10,92 metr nəticə göstərib.