Month: February 2024

  • Prezident: “Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm”

    “Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.

    Dövlətimizin başçısı prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

  • “Brilyant əl” filminin aktrisası həyatını itirdi – FOTO

    “Brilyant əl” filmində fahişə obrazını canlandıran aktrisa Viktoriya Ostrovskaya dünyasını dəyişib.

    Tanınmış aktrisanın ölümü barədə Andrey Malaxov öz teleqram kanalında yazıb.

    Onun ölümünün səbəbi və şəraiti hələlik məlum deyil.

    Qeyd edək ki, Viktoriya Qriqoryevna Ostrovskaya 1938-ci ildə anadan olub. O, Qorki adına Dnepropetrovsk Akademik Rus Dram Teatrında və Sızran Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

    Sonra otuz ildən çox Rusiya Dövlət Kitabxanasının incəsənət şöbəsində kitabxanaçı, uzun illər Moskvadakı sağlamlıq mərkəzlərindən birində aerobika üzrə təlimatçı işləyib.

  • Футболиста “Спартака” Промеса приговорили к шести годам тюрьмы за контрабанду наркотиков

    Суд в Амстердаме признал нападающего московского футбольного клуба “Спартак” Квинси Промеса виновным по делу о контрабанде наркотиков.

    Суд избрал меру пресечения в виде шести лет лишения свободы.

    Преступление произошло в конце января 2020 года в порту Антверпена. Контрабандистам удалось выгрузить партию из 650 кг кокаина и перевезти ее в ангар недалеко от порта. Таможня перехватила другую партию, весом более 712 кг, на том же судне. Доказательства против подозреваемых в основном состоят из большого количества перехваченных сообщений.

    Источник: De Telegraaf

  • Niderlandlı hücumçuya hökm oxundu

    Amsterdam məhkəməsi Moskvanın (Rusiya) “Spartak” futbol klubunun hücumçusu Kvinsi Promesi narkotik qaçaqmalçılığında təqsirli bilib. Məhkəmə altı il müddətinə həbs qətimkan tədbiri seçib.

    Bildirilir ki, cinayət 2020-ci il yanvarın sonunda Antverpen limanında baş verib. Qaçaqmalçılar 650 kq kokain yükünü limanın yaxınlığındakı anqara daşımağa nail olublar. Gömrük isə eyni gəmidə çəkisi 712 kq-dan çox olan başqa bir yükü ələ keçirə bilib.

    Bundan əvvəl futbolçu qohumunu bıçaqladığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, Promesin ümumi həbs cəzası 7,5 il olub.

    Kvensi özü məhkəmə iclasında iştirak etməyib, Niderland prokurorluğu onun ekstradisiyasına icazə ala bilməyib. Hazırda futbolçu “Spartak”la BƏƏ-dədir.

    Mənbə: Championat.com

  • Ucuz xalçalarla gələn təhlükə: Mütəxəssislərdən ciddi xəbərdarlıq – VİDEO

    Sosial şəbəkələrdə qiyməti 5 manatdan başlayan xalçalar reklam olunur. Lakin bu xalçaların hansı materialdan hazırlandığı və keyfiyyəti barədə məlumat verilmir.

    Satıcı Fəryad Nuralinin sözlərinə görə, sözügedən xalçalar Türkiyə və Özbəkistan istehsalıdır:

    “Normal keyfiyyətdə olan xalçaların qiyməti 80 manatdan başlayır. Sosial şəbəkələrdə reklam olunan həmin xalçalar kiçikölçülü, sintetik və kimyəvi tərkiblidir”.

    Həkim Abbas Bağırov isə deyir ki, bu xalçalardan istifadə orqanizmə mənfi təsir göstərir:

    “Həm allergik reaksiyaları artırır, həm də aşağı ətraf venalarının genişlənməsinə səbəb olur. Xroniki yorğunluğa, ayaqda dəri xəstəliklərinin fəallaşmasına və sağalmasının uzanmasına gətirib çıxarır”.

    Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

  • Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI

    Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

    Əmrə əsasən, mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

  • Подозреваемый в жестоком убийстве своей семьи мужчина арестован – ВИДЕО

    Подозреваемый в жестоком убийстве пяти членов своей семьи, в том числе двух малолетних детей, 25-летний Ахмед Ахмедов арестован на четыре месяца.

    Как сообщает Report, решение об избрании меры пресечения было вынесено на заседании Хатаинского районного суда под председательством судьи Бахтияра Мамедова.

    Напомним, информация об убийстве Мехмана (1972 г.р), Бике (1977 г.р.) и их сына Мухаммеда (2015 г.р.) Ахмедовых поступила в полицию 13 февраля около 16:30. В качестве подозреваемого был задержан их другой сын Ахмед Ахмедов (1999 г.р.).

    Впоследствии выяснилось, что до этого была убита сестра задержанного – Эльмира Ахмедова (1997 г.р.) и ее малолетняя дочь.

    По данному факту в прокуратуре Хатаинского района возбуждено уголовное дело по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) и 120.2.7 (убийство двух или более лиц) УК АР.

  • Bakıda ailə üzvlərini öldürməkdə şübhəli bilinən şəxslə bağlı QƏRAR – VİDEO

    Ötən gün Bakıda beş nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    “Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.

    Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Ильхам Алиев подписал распоряжение об исполнении полномочий членов Кабинета министров

    Президент Ильхам Алиев подписал распоряжение об исполнении полномочий членов Кабинета министров Азербайджанской Республики.

    Об этом сообщает President.az.

    Учитывая уход в отставку Кабинета министров в соответствии со статьей 116 Конституции Азербайджанской Республики, глава государства этим распоряжением возложил исполнение полномочий членов Кабмина на прежний состав правительства до формирования нового.

    Настоящий документ вступает в силу со дня его подписания.

  • İlham Əliyevdən Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.