Month: February 2024

  • Əsgərin ölümünə görə həbsdə olan şəxs şikayətini geri götürdü

    Ali Məhkəmədə Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında təqsirləndirilən Vaqif Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda baş verib.

    Belə ki, hadisə zamanı sabiq polis əməkdaşı V.Novruzov “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

    R.Alxasov dərhal xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Daha sonra V.Novruzov saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində altı ədəd müxtəlif markalı avtomat, iki tapança, səkkiz ədəd müxtəlif markalı tüfəng, yeddi ədəd qumbara, dörd alışdırıcı, 50 ədəd patron darağı, 1 770 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,32 доллара (1,53%) и составила 87,9 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları, yaxud 1,53% artaraq 87,90 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • В Шамкирском районе 17-летний юноша погиб от удара электрическим током

    В Шамкирском районе в результате несчастного случая погиб юноша.

    Как сообщает АПА, Гасан Гусейнов (2007 г.р.), взбираясь на фонарный столб, расположенный на дороге Зейем – Говлар, получил удар электрическим током, от которого скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Şəmkirdə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

    Şəmkirdə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

    APA xəbər verir ki, 2007-ci il təvəllüdlü Həsən Hüseynov Zəyəm-Qovlar yolunda yerləşən işıq dirəyinə çıxmaq istəyərkən 10 kilovatlıq elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Ярдымлинском районе задержаны пытавшиеся переправить в Баку 53 кг наркотиков – ФОТО

    В ходе проведенных сотрудниками отдела полиции Ярдымлинского района на территории села Дарьявар оперативных мероприятий по подозрению в незаконном обороте наркотических средств были задержаны жители Бейлаганского района Рамин Пашаев и Даянат Гулиев.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы МВД.

    Было отмечено, что во время осмотра автомобиля ВАЗ-21074, которым управлял Р.Пашаев, было обнаружено и изъято 42 кг марихуаны, 8 кг метамфетамина и 3 кг героина.

    Установлено, что задержанные приобрели наркотические средства, ввезенные контрабандой на территорию страны, для доставки их в Баку в обмен на деньги.

    В отношении указанных лиц решением суда избрана мера пресечения в виде ареста.

    По данному факту ведутся оперативно-следственные мероприятия.

  • Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər TUTULDULAR – FOTO

    Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar.

    R.Paşayevin idarə etdiyi VAZ-21074 markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • “Best Model of Turkey”in qurucusu Erkan Özerman vəfat edib

    Türkiyədə “Best Model of Turkey” və “Best Model of the World” gözəllik yarışmalarının qurucu prezidenti kimi tanınan məşhur prodüser və menecer Erkan Özerman vəfat edib.

    86 yaşında həlak olan iş adamının xeyli müddət xərçənglə mübarizə apardığı bildirilib. O, 2022-ci ildə mədəaltı vəzi xərçənginə tutulub və xəstəlik qaraciyərinə keçib.

    Özerman müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Mənbə: Haber Global

  • Tom Kruz rusiyalı sevgilisi ilə münasibətini açıqlayıb

    Hollivud aktyoru Tom Kruz rusiyalı keçmiş model Elsina Xayrova ilə münasibətlərini rəsmən açıqlayıb.

    Məlumata görə, 36 yaşlı Elsina Xayrova məşhur rusiyalı deputat Rinat Xayrovun qızı və brilyant oliqarxının keçmiş həyat yoldaşıdır.

    Qeyd edək ki, 61 yaşlı dünya ulduzu ilə Elsina münasibətlərinin məxfiliyini qorumaq istədikləri üçün birlikdə şəkil çəkdirmirdilər.

    Mənbə: gazeta.ru