Month: February 2024

  • Ruhəngiz Musəvi: “Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?”

    “Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm. Onlardan ləzzət almıram. Adətən Rusiya filmlərini izləyirəm. Melodram, real hadisələrdən qaynaqlanan filmləri. Bir də retro filmlərimizə baxıram. Düzdür, arabir komediya filmlərini də izləyirəm. Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu. İndikilər biabırçılıqdır. Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Mən köhnə illərlə, o xatirələrlə yaşayıram. Nə var idisə o illərdə var idi. Söhbət təkcə filmlərdən getmir. Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm”

    Bunu moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:

    “O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi. “Baladadaşın ilk məhəbbəti” filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib. Həmin filmə sənət gözü ilə baxırlar. Heç kim ona pis gözlə baxmayıb. Bu rola görə tənqidlərə tuş gəlməmişəm. Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik. Bu filmdir, sənətdir. Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq. Yeniyetmə vaxtlarım idi. İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar. Baxıram əsəbləşirəm. Bunların hamısı sənət adına ləkədir. Heyf sənətdən. Gör səhnəyə kimlər gəlib?! Yaxşıları çıxmaq şərtilə əlbəttə ki… Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər. Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar. Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı. İndi biabırçılıqdır. O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında. Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər. Nə məcburdur ki, efirə çıxırsınız? Allah onsuz da ruzinizi verib də. Ac qalmısınız?! Bir az səbriniz olsun, gözünüz doysun. Əriniz qazanır, uşağınız qazanır. Sənət olan yerdə bunlar artıq şeylərdir. O vaxt baldızımın toyunda idim. Hələ ana olmamışdım, hamilə idim. Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur”, – deyə sənətkar bildirib.

    Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.

    “Biz gözəl vaxtda yaşamışıq. Sənətin əlçatmaz vaxtlarını görmüşük. O vaxtlar hər müğənni efirə çıxa bilməzdi. İndi toy müğənniləri özlərini efirdə reklam edirlər. Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün. Tamaşaçını, dinləyicini bezdirmək olmaz. Məni çox dəvət edirlər. Xoşlamıram tez-tez efirə çıxım. Nə vaxt efirə baxırsan, eyni müğənniləri görürsən. Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana. Mən efirdə özümü əsl qadın kimi aparıram. Oturuşumu, yerişimi bilirəm. Artıq şeylər nəyə lazımdır? Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız. Efir xəstələridir, camaat bezib. Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar.

    Sənət olmayanda hər şey önə çıxır. Sənət artıq getdi. Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm. 1972-ci ildən peşəkar səhnədəyəm. Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. 1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. 1976-cı ildə dünya səyahətinə çıxan gəmidə “Azərbaycan gözəli” seçilmişəm. Mən çıxıb bunları heç danışmıram. Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq.

    Sizə bir faktı da danışıb. Böyük bəstəkarımız Oqtay Kazımi məni “Dan ulduzu” ansamblına, Rəşid Behbudovun Mahnı Teatrına gətirib. Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. Onun “Məhəbbətim” mahnısını mən heç vaxt oxumamışam. Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. Bütün “Dan ulduzu” ansamblının mahnıları Aybəniz xanımdadır. Bu mahnı da “Dan ulduzu” ansamblı ilə ifa olunub. Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. Mən o mahnını yazdırdım, ifa etdim. Aybəniz xanım mənə zəng edib dedi ki, Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir. Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. Əsas da mən sevilirəm. Bundan artıq mənə heç nə lazım deyil. Heç kimin də qabağında əyilmərəm. Nə ada görə, nə də şan-şöhrətə görə. Heç vaxt bunu etmərəm. Sağ olsunlar, “Əməkdar artist” adını veriblər mənə. Məni elə xalqın artisti kimi hamı tanıyır”, – deyə müğənni bildirib.

  • Президент Франции предупредил Килиана Мбаппе о проблемах

    Президент Франции Эммануэль Макрон обратился к нападающему ПСЖ и сборной Франции Килиану Мбаппе, который побывал в Елисейском дворце на званом ужине по случаю визита эмира Катара Тамима бен Хамада Аль Тани.

    Футболист пожал руку Макрону, который произнес: “Ты создашь нам еще много проблем”. После этого Мбаппе поприветствовал эмира Катара, выслушал его и прошел дальше. Касались ли слова Макрона возможного перехода Мбаппе в “Реал”, неизвестно.

    Ранее СМИ сообщили, что президент Франции, Аль Тани и президент ПСЖ Нассер Аль-Хелаифи не собираются убеждать Мбаппе отказаться от перехода в испанский “Реал Мадрид” по окончании текущего сезона.

    На счету Килиана Мбаппе 32 гола в 32 матчах за ПСЖ во всех клубных турнирах и 7 результативных передач.

    Источник: sport24.ru

  • Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq

    Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib.

    Futbolçu Makronla görüşəndə prezident ona: “Bizim üçün daha çox problemlər yaradacaqsan”, – deyib.

    Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib.

    Makronun Mbappenin “Real Madrid”ə mümkün keçidinə işarə edib-etmədiyi bilinmir.

    Bundan öncə mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti, Qətər əmiri və PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Mbappeni cari mövsümün sonunda İspaniyanın “Real Madrid” klubuna keçməkdən imtina etməyə razı salmaq niyyətində deyillər.

    Qeyd edək ki, Kilian Mbappe bütün klub yarışlarında PSJ-nin heyətində 32 matçda 32 qol vurub və yeddi məhsuldar ötürmə edib.

    Mənbə: Sports.kz

  • Azərbaycan Prezidenti: Bizdə Ermənistana hücum etmək planları yoxdur

    Prezident İlham Əliyev Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı qeyd edib ki, Cozef Borrelin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib.

    “Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, – Prezident deyib.

    İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır.

    “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

    Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir.

    “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?! Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”, – Azərbaycan Prezidenti deyib.

  • Bakı-Sumqayıt qatarına minənlərin təmassız ödənişləri 2 dəfədən çox artıb

    2023-cü ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 1,1 milyon manat dəyərində 1,2 milyon dəfə ödəniş edilib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

    Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.

    Xatırladaq ki, AMB, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.

    Hesabat dövründə Bakı şəhəri üzrə ictimai nəqliyyatda gedişhaqlarının ödənilməsində istifadə olunan kartların balansının artırılması üzrə həyata keçirilən nağdsız əməliyyatların sayı 2,5 milyon, məbləği isə 8,7 milyon manat olub. İl ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə daxilolmaların məbləği 2,5 milyard manat ekvivalentində, xaricolmaların məbləği isə 616,4 milyon manat ekvivalentində olub.

  • İlham Əliyev: Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir

    Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərin müzakirə olunduğunu qeyd edib.

    Eyni zamanda dövlət başçısı kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.

    Bununla yanaşı, İlham Əliyev Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

  • Almaniyanın səfiri: COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yaranıb

    Aımaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yarandığını deyib.

    “Report”un məlumatına görə, bunu səfir fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

    Nümayəndə heyətinin adından çıxış edən səfir qeyd edib ki, sülh müqaviləsinin imzalanması sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.

    Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır.

  • Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 2 dəfədən çox artıb

    2023-cü ildə Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) ilə 766,4 milyard manatlıq əməliyyat aparılıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

    Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

    Ötən il MÖS-lə aparılmış əməliyyatların sayı isə 147,7 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 51,3 % çoxdur.

  • Nazirlik rəsmisi: Qızılca orqanizmdə müxtəlif fəsadlar yarada bilər

    Qızılca da orqanizmdə müxtəlif fəsadlar yarada bilər.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova qızılca ilə bağlı danışarkən deyib.

    Onun sözlərinə görə, buraya sətəlcəm, orta qulağın iltihabı, miningit və s. aiddir: “Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir. Bununla da orqanizmdə başqa infeksiyalara həssaslıq artır. Həmçinin bədənə ikincili bakteriyalı infeksiyaların qoşulması nəticəsində ağırlaşmalar baş verə bilər”.

  • Sumqayıtda ata oğluna ağır xəsarət yetirib

    Sumqayıt şəhərində Arzuman Əhmədov oğlu Məhəmmədəli Əhmədova kəsici-deşici alətlə xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən faktı “Report”a təsdiqləyiblər.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.