Month: February 2024

  • “Nezavisimaya qazeta”: “Azərbaycanlılar İlham Əliyevə təşəkkür ediblər”

    “Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb. Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92%-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Prezidentə səs veriblər”.

    Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqalədə qeyd olunub.

    Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz Prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər.

    “7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində dövlətə qaytarılan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib”, – deyə materialda vurğulanır.

    Diqqətə çatdırılır ki, prezident seçkisində digər namizədlər olsa da, favorit öncədən bəlli idi.

    “Seçki kampaniyası cəmi 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi”, – məqalədə qeyd olunur.

  • Bakıda telefonla yüksək səslə danışan tələbə HƏBS EDİLDİ

    Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

    İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

    Barəsində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

  • Президент Ильхам Алиев принял генсека ОТГ

    8 февраля Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального секретаря Организации тюркских государств Кубанычбека Омуралиева.

    Об этом сообщает President.az.

  • Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

    Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • TBMM sədri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.

    Median.Az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

    “Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin “tək millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”, – o, sosial şəbəkə hesabında qeyd edib.

    Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

    Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

  • İstanbulda məhkəmə qarşısında baş verən terror aktına görə yeni həbslər üçün orderlər verilib

    İstanbulda məhkəmə binası yaxınlığında törədilən terror aktı ilə bağlı saxlanılanların ümumi sayı 90-a çatıb.

    Məlumata görə, polis şübhəlilərin yaşayış yerlərində reydlər keçirib.

    Terror aktı ilə bağlı istintaqın davam etdirilməsi və onu törədən şəxslərin əlaqələrinin müəyyənləşdirilməsi ilə əlaqədar İstanbul Baş Prokurorluğu tərəfindən yeni həbslər üçün orderlər verilib.

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, iş üzrə şübhəli şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdiriləcək.

    Mənbə: A Haber

  • Xızıda “KamAZ” aşıb, ölən var

    Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un yerli bürosunun xəbərinə görə, 1988-ci il təvəllüdlü Amid Sultanağa oğlu Nağıyevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkan idarəetmədən çıxaraq aşıb.

    Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb – YENİLƏNİB + VİDEO

    Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

    Median.Az-ın xəbərinə görə, saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

    Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

    Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80% olub.

  • İsrailin Baş naziri: “HƏMAS-la müharibə bir neçə aya, qələbə ilə başa çatacaq”

    HƏMAS-la müharibə bir neçə aya, qələbə ilə başa çatacaq.

    Median.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

    O deyib ki, İsrail HƏMAS-la atəşkəs razılaşmasını qəbul etməyəcək: “İsrail ordusu sistemli şəkildə işləyir. Biz məqsədimizə çatana qədər dayanmayacaq, geri çəkilməyəcəyik”.

    Baş nazir bildirib ki, HƏMAS-ın bütün yeraltı tunelleri məhv ediləcək: “HƏMAS-ı tamamilə məhv etməkdən başqa çıxış yolu yoxdur. Biz dörd ay ərzində HƏMAS-ın 20 mindən çox üzvünü öldürmüş və ya yaralamışıq. İsrail müdafiə ordusu HƏMAS üzvlərinin gizləndiyi tunelləri sistemli şəkildə məhv edir. Bizim tam qələbə qazanmamağımız növbəti qırğın deməkdir”.

    “Mən ABŞ dövlət katibi Antoni Blinkenə də dedim ki, HƏMAS məhv edildikdən sonra Qəzzanın əbədi olaraq hərbsizləşdirilməsinə əmin olacam”, – hökumət başçısı diqqətə çatdırıb.

    Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.

  • Aleksandar Vuçiç İlham Əliyevə təbrik ünvanlayıb

    Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri, möhtərəm cənab Prezident.

    Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

    Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

    Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

    Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
    Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

    Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”.