Month: February 2024

  • Prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub

    Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

    “Report”un xəbərinə görə, saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

    Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

  • İran səfirliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

    İranın Azərbaycandakı səfirliyi Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib.

    Median.Az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

    “Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsi və cənab Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Əminik ki, qarşıdakı dövrdə iki qardaş və müsəlman qonşu ölkələr olan və münasibətlərində yeni səhifə açılacaqdır”, – paylaşımda bildirilib.

    Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.//report.az

  • Orban İlham Əliyevə zəng etdi

    Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az xəbər verir ki, Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

  • Prezident seçkilərində seçici fəallığı ilə bağlı YEKUN MƏLUMAT

    Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermədə seçici fəallığı ilə bağlı yekun məlumatı açıqlayıb.

    Median.Az xəbər verir ki, Fərid Orucov saat 19:00-a olan yekun məlumata görə, respublika üzrə seçicilərin 76.73 faizinin (4 milyon 971 min 32 nəfər) səs verdiyini bildirib.

  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

    Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

    Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkisində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkisinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

    Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

    Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

  • Naxçıvanda saat 19:00-dək seçici fəallığı 82.09 faiz olub

    Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb.

    “Report”un yerli bürosu xəbər verir ki, saat 19:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz olub.

    Naxçıvanda ümumillikdə 234 408 nəfər səs verib.

    Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 19:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edir:

    1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 39 572 nəfər, 82.76%

    2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 39 482 nəfər, 82.21%

    3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 39 217 nəfər, 82.36%

    4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 38 800 nəfər, 82.05%

    5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 39 417 nəfər, 82.04%

    6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 37 920 nəfər, 81.14%.

  • Перед Центром Гейдара Алиева в Баку проходит концерт в поддержку Президента Ильхама Алиева – ПРЯМОЙ ЭФИР

    Перед Центром Гейдара Алиева в Баку проходит концерт в поддержку Президента Ильхама Алиева.

    Как сообщает oxu.az, на мероприятие собрались тысячи людей.

    Концертная программа проходит с участием деятелей культуры и искусства.

    Представляем данные кадры:

  • Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında İlham Əliyevə dəstək konserti keçirilir – CANLI YAYIM

    Heydər Əliyev Mərkəzinin qarşısında Prezident İlham Əliyevə dəstək konserti keçirilir.

    Oxu.az xəbər verir ki, konsertə minlərlə insan toplaşıb.

    Konsert proqramında mədəniyyət nümayəndələri iştirak edirlər.

    Həmin görüntüləri təqdim edirik:

  • Lənkəran sakinləri seçkiləri yüksək əhvali-ruhiyyə ilə başa vurublar – FOTO

    Lənkəran sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkisini yüksək əhvali-ruhiyyə ilə başa vurublar.

    “Report”un məlumatına görə, 77 saylı Lənkəran Şəhər Seçki Dairəsində səslər hesablandıqdan və “exit poll” nəticələri elan edildikdən dərhal sonra şəhər sakinləri sevinclərini avtoyürüş keçirməklə bildiriblər.

    Dövlət bayraqları ilə şəhər ərazisində şütüyən avtomobillər siqnallar veriblər. Yolboyu izdihama qoşulmaq istəyən sakinlər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini böyük sevgi və coşqu ilə qarşılayıblar.

  • В адрес Президента Ильхама Алиева поступают поздравления – ОБНОВЛЯЕТСЯ

    7 февраля Президент Республики Узбекистан Шавкат Мирзиеев позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает President.az, глава Узбекистана поздравил Ильхама Алиева с убедительной победой на президентских выборах, пожелал ему новых успехов в президентской деятельности во имя дальнейшего развития страны и процветания нашего народа. Шавкат Мирзиеев еще раз подчеркнул значение достижения нашей страной под руководством Президента Азербайджана больших успехов и возвращения азербайджанских земель.

    Президент Ильхам Алиев поблагодарил Шавката Мирзиеева за проявленное внимание и поздравление.

    В ходе телефонного разговора главы государств выразили уверенность в дальнейшем развитии дружественных и братских связей, а также укреплении сотрудничества между нашими странами, провели обмен мнениями о перспективах двусторонних отношений и будущих контактах.

    Кроме того, 7 февраля Президенту Азербайджанской Республики Ильхаму Алиеву позвонил Президент Республики Беларусь Александр Лукашенко.

    Как сообщает President.az, Александр Лукашенко поздравил Ильхама Алиева с убедительной победой на президентских выборах, пожелал ему успехов в деятельности во имя развития и процветания страны.

    Президент Ильхам Алиев поблагодарил главу Беларуси за оказанное внимание и поздравления.

    Главы государств выразили уверенность в том, что азербайджано-белорусские дружественные отношения будут укрепляться и впредь, провели обмен мнениями о перспективах сотрудничества.