Month: February 2024

  • İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

    Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

    Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

  • Şuşa şəhərində İlham Əliyevə dəstək yürüşü keçirilir – FOTO/VİDEO

    Növbədənkənar prezident seçkisi ilə əlaqədar “exit poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.

    APA-nın xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.

    Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkisinin “exit poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

  • GUAM PA: “Namizədlərin seçki prosesi tam şəffaf keçirilib”

    GUAM PA Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərin nəticələrinə dair brifinq keçirib.

    Median.Az-ın məlumatına görə, təşkilatın baş katibi Altay Əfəndiyev GUAM PA-nın bəyanatını səsləndirib.

    Onun sözlərinə görə, bu gün keçirilən seçki milli qanunvericiliyə uyğun həyata keçirilib:

    “Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesini düzgün şəkildə təşkil edib. Bizim nümayəndə heyətinin olduğu seçki məntəqələrində hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçicilər lazımi informasiyadan istifadə etmək hüququna malik olublar. Namizədlərin seçki prosesi tam şəffaf keçirilib. Seçicilər öz namizədlərinə səs verən zaman heç bir təsirə məruz qalmayıblar”.

  • İtaliyalı müşahidəçi: “Azərbaycandakı seçki dünya standartlarına cavab verib”

    “Azərbaycandakı prezident seçkisi dünya standartlarına uyğun təşkil olunub”.

    Report xəbər verir ki, bunu İtaliya parlamentindən olan müşahidəçi Andrea di Cuzeppe Azərbaycanda keçirilən prezident seçkisinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

    O qeyd edib ki, İtaliya parlamentinin nümayəndə heyəti 15 seçki məntəqəsində monitorinq keçirib.

    Onun sözlərinə görə, müşahidəçilərdə təkcə seçkinin yüksək səviyyədə təşkili deyil, həm də gənclərin səsvermədə fəal iştirakı dərin təəssürat yaradıb.

  • На АЭС “Фукусима-1” произошла утечка радиоактивной воды

    Сотрудники японской аварийной АЭС “Фукусима-1” зафиксировали утечку радиоактивной воды на территории атомной станции. Об этом говорится в отчете, опубликованном на сайте компании-оператора Tokyo Electric Power (TEPCO).

    “Сотрудники обнаружили утечку воды из трубы, – указано в документе. – Зафиксировано наличие радиоактивных элементов”.

    Объем утекшей с АЭС “Фукусима-1” воды составляет 5,5 тонны, концентрация радиоактивных элементов достигла 22 млрд беккерелей, сообщила газета Asahi. Попадание в океан радиоактивной воды после утечки на АЭС “Фукусима-1” не зафиксировано.

    Источник: ТАСС

  • “Fukusima-1” AES-də radioaktiv suyun sızması qeydə alınıb

    Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında (AES) radioaktiv suyun sızması qeydə alınıb.

    Bu barədə “Tokyo Electric Power” (TEPCO) operatorunun saytında dərc edilmiş hesabatda deyilir.

    Məlumata görə, AES-dən sızan suyun həcmi 5,5 ton, radioaktiv elementlərin konsentrasiyası isə 22 milyard bekkerel olub.

    “Fukusima-1”də sızmadan sonra radioaktiv suyun okeana buraxılması qeydə alınmayıb.

    Mənbə: TASS

  • İlham Əliyevin ünvanına təbriklər gəlir – YENİLƏNİR

    Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

    Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

    * *  * * *

    Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkisində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

  • Российское издание рассказало об очередях на избирательных участках в Азербайджане

    Жители Азербайджана стояли в очередях на избирательных участках из-за большого количества желающих проголосовать на внеочередных выборах президента страны, рассказал российскому изданию NEWS.ru член ЦИК республики Фуад Джавадов.

    По его словам, он сам простоял час в очереди, чтобы отдать свой голос. При этом Ф.Джавадов подчеркнул, что в ЦИК ожидали большой явки.

    “Мы ожидали большого потока избирателей. При открытии на многих избирательных участках было много людей, желавших проголосовать. Я лично, когда голосовал, простоял в очереди где-то час”, – сказал член ЦИК Азербайджана.

    Ф.Джавадов также подчеркнул, что всего в Азербайджане насчитывается около 6,4 млн избирателей, 60% из них уже отдали свой голос на выборах. По его мнению, это хорошие показатели для республики. Отмечается, что в этом году выборы впервые проводятся на территории Карабаха. Там работают 26 участков, на которых могут проголосовать свыше 22 000 человек.

    Генеральный секретарь СНГ Сергей Лебедев ранее заявил, что выборы в Азербайджане проводятся на конкурентной основе и при большой явке избирателей. По его словам, большая явка свидетельствует о высокой заинтересованности жителей республики в выборах. Кроме того, она говорит о том, что граждане Азербайджана готовы подтвердить свое намерение сделать все возможное для поддержания мира, стабильности и спокойствия, подытожил он.

    Источник: NEWS.ru

  • NEWS.ru: “Seçki məntəqələrində növbələr müşahidə olunub”

    Rusiyanın populyar NEWS.ru portalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.

    Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov portala bildirib ki, ölkədə növbədənkənar prezident seçkisində səs vermək istəyənlərin sayı çox olduğuna görə Azərbaycan sakinləri seçki məntəqələrində növbəyə dayanıblar.

    Onun sözlərinə görə, özü səs vermək üçün bir saat növbə gözləyib. Eyni zamanda, Cavadov vurğulayıb ki, seçicilərin çoxluğu Mərkəzi Seçki Komissiyası üçün gözlənilən olub.

    “Biz böyük seçici axını gözləyirdik. Məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Mən şəxsən səs vermək üçün bir saata yaxın növbədə durmuşam”, – deyə Azərbaycan MSK-nın üzvü deyib.

    Cavadov onu da vurğulayıb ki, Azərbaycanda ümumilikdə 6,4 milyona yaxın seçici var, onların 70 faizi artıq seçkidə səs verib. Onun fikrincə, bu, respublika üçün yaxşı göstəricidir.

    Məqalədə qeyd olunub ki, bu il Qarabağda ilk dəfə seçki keçirilir. Bölgədə 22 mindən çox insanın səs verə biləcəyi 26 seçki məntəqəsi fəaliyyət göstərir.

  • Seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib – “Exit poll”

    ABŞ-nin “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, “Oracle Advisory Group”un tərəfdaşı Vlada Qalan bildirib ki, Azərbaycanda artıq 5-ci seçkini müşahidə edirlər.

    Beynəlxalq səviyədə isə 25-ci seçkinin müşahidə edən V.Qalan bu seçkinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

    Təşkilatın tərəfdaşı George Birnbaum bildirib ki, “”exit poll”un nəticələrinə əsasən, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

    Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1,8 faiz, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,9, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,5 faiz, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,4, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,2 faiz, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,3 faiz səs toplayıb.