Month: February 2024

  • Prezident seçkisi ilə bağlı bülletenlərin sayılmasına başlanıldı

    Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.

    Bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.

    Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

    Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti yeddi il olacaq.

    Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

  • Gəncədə bu gün 18 yaşı tamam olan iki tələbə səs verib

    Bu gün Gəncədə 18 yaşı tamam olan iki nəfər prezident seçkisində iştirak edib.

    APA-nın məlumatına görə, bu gün 18 yaşı tamam olan Tacirə Həsənova 38 saylı Gəncə 1-ci seçki dairəsinin 24 saylı məntəqəsində səs verib. Gəncə Tibb Kollecinin birinci kurs tələbəsi olan Tacirə Həsənovaya 24 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən gül və hədiyyə təqdim olunub.

    18 yaşı bu gün tamam olan BDU-nun Qazax filialının Tarix fakültəsinin 1-ci kurs tələbəsi Leyla Mahir qızı Vəliyeva isə 40 saylı Gəncə 3-cü seçki dairəsinin 31 saylı məntəqəsində səsvermədə iştirak edib. Leyla Vəliyevaya doğum günü münasibəti ilə seçki komissiyası tərəfindən hədiyyə təqdim edilib.

  • Rusiya Kiyevə raket zərbələri endirib, ölən və yaralananlar var

    Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməsi nəticəsində 2 mülki şəxs ölüb, 10-dan çoxu yaralanıb.

    Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb.

    O bildirib ki, fevralın 7-də Ukraynanın 6 bölgəsi Rusiyanın atəşinə məruz qalıb.

    Dövlət başçısının sözlərinə görə, raket zərbələri nəticəsində yaşayış binaları dağılıb. Sakinlər dağıntılar altında qalıb.

  • Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi

    Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib.

    Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

    Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.

    Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.

    AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Röya Ayxan Türkiyədə səsverməyə qatıldı – VİDEO

    Xalq artisti Röya Ayxan növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştirak edib.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, hazırda Türkiyədə olan sənətçi İstanbul şəhərində seçdiyi namizədə səs verib.

    Röyanın səs verdiyi zaman çəkilən görüntülərini təqdim edirik:

    Milli.Az

    XəbərlərimiziWhatsApp kanalımızdanda oxuyun

  • Azərbaycan qazının qiyməti bu il artacaq – PROQNOZ

    Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının min kubmetrinin orta qiyməti üzrə proqnozunu açıqlayıb.

    APA xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.

    Proqnoza əsasən, bu il Azərbaycan qazının min kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.

    Qeyd olunub ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.

    Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.

    Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

  • Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə görüşüb

    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan MSK-larının nümayəndələri ilə görüşüb.

    MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb.

    Bildirilib ki, ilk dəfədir, seçki bütöv Azərbaycan ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb.

    M.Pənahov qeyd edib ki, seçki ilə əlaqədar ümumilikdə 6 537 məntəqə yaradılıb.

    MSK rəhbəri, həmçinin, seçkidə yeddi namizədin iştirak etdiyini, onlardan beşinin siyasi partiya təmsilçisi olduğunu xatırladıb. Deyib ki, seçkini izləmək üçün 90 mindən çox müşahidəçi qeydə alınıb.

    Nümayəndə heyətinin üzvləri öz növbələrində seçki prosesini izləməyə dəvətə görə təşəkkürlərini bildiriblər.

    Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

  • Находящиеся за рубежом сотрудники AZAL принимают участие в выборах

    Сотрудники Национального авиаперевозчика Азербайджана, работающие или временно пребывающие за рубежом, также принимают участие во внеочередных президентских выборах.

    Об этом сообщает пресс-служба ЗАО “Азербайджанские авиалинии”.

    Внеочередные президентские выборы в Азербайджане проходят сегодня, 7 февраля.

    Отмечается, что сотрудники авиакомпании AZAL, находящиеся за пределами страны, проявляют активную гражданскую ответственность. В избирательный процесс также вовлечен летный экипаж, после длительных перелетов отдыхающий в Пекине, Лондоне, Париже и других городах мира.

    “Участие в выборах, независимо от их местонахождения, является важным аспектом выражения гражданского долга сотрудников AZAL”, – говорится в сообщении.

  • AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər

    Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti olan əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Azərbaycanda növbədənkənar prezident seçkisi bu gün, fevralın 7-də keçirilir.

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir.

    Harada olmasından asılı olmayaraq, seçkidə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir.

  • Bakıda BMW 528-i marixuananın təsiri altında sürdü, qəza törətdi

    Bakıda narkotik vasitələrin təsiri altında “Rent a car”a məxsus lüks avtomobil idarə edən şəxs həbs edilib.

    1995-ci ildə Bakı şəhərində anadan olmuş Səlim (şərti ad) polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. O, Nizami rayonu, H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında BMW 528 markalı *-KP-** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, o cümlədən narkotik vasitələrin təsiri ilə idarə edib.

    Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərib ki, BMW markalı *-KP-** dövlət qeydiyyat nişanlı avtomobil “Rent a Car”a aiddir, onu dostu Seymur götürüb. H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında avtomobili park etdiyi vaxt maneələri əzib. Buna görə də polis tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı onun qanında marixuana aşkarlanıb. Araşdırma zamanı bəlli olub ki, o, marixuananı Mərdəkanda tanımadığı şəxsdən alıb. Qaydaları pozan sürücü əməlindən peşman olduğunu bildirib.

    Məhkəminin hökmü ilə təqsirləndirilən şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilib.
    //qaynarinfo.az