Month: February 2024

  • Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

  • Bakı həbsxanasında ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Sahib Sabir oğlu Məmmədov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • “Bandotdel”dən ƏMƏLİYYAT – Silahlı şəxslər ələ keçdilər (VİDEO)

    Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.

    DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

    Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • В Баку 16-летний подросток разгуливал обнаженным по улице – ВИДЕО

    В Баку 16-летний подросток разгуливал обнаженным по улице.

    В поселке Говсан Сураханского района сотрудники полиции задержали подростка с психическим расстройством, состоящего на учете в психоневрологическом диспансере.

    Учитывая состояние его здоровья, он был помещен в диспансер.

  • Bakıda 16 yaşlı oğlan küçədə çılpaq gəzdi – VİDEO

    Bakıda 16 yaşlı oğlan küçədə çılpaq gəzib.

    Ruhi əsəb dispanserində qeydiyyatda olan 2008-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində müəyyən olunaraq saxlanılıb.

    Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.
    //oxu.az

  • Bakıda 29 yaşlı kişi itkin düşdü

    Bakıda kişi itkin düşüb.

    Lent.az xəbər verir ki, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan 29 yaşlı Taleh Firdovsi oğlu Əliyev fevralın 25-i axşam saatlarında evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Hazırda T.Əliyevin tapılması üçün ərazi üzrə polis orqanında axtarış işləri keçirilir.

  • Novruz Bayramında 7 gün iş olmayacaq

    Novruz Bayramında 7 gün iş olmayacaq.

    Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

    Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.

  • Ağdam, Laçın, Cəbrayıl və Füzulidə qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var – HESABAT

    Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası və Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.

    “Report”un xəbərinə görə, bununla bağlı məlumat “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən hazırlanan “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat”da əksini tapıb.

    Hesabata əsasən, təşkilatın monitorinqləri zamanı müəyyən edilib ki, Yusifcanlı və Suarası məzarlıqlarında baş vermiş mina partlayışları nəticəsində üç nəfər həlak olub, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Laçın rayonunun Zabux, Sus kəndlərinin yaşayış məntəqələrində həyətyanı evlərdə quraşdırılmış improvizə olunmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər xəsarət alıb.

    Bundan başqa, hesabatda qeyd olunub ki, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

  • Paşinyan: “Ümidvaram ki, Berlində Bakı ilə İrəvan arasında sülh sazişi üzrə irəliləyiş əldə olunacaq”

    Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümidvar olduğunu bildirib.

    O, bu barədə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşdə deyib.

    “Siz bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, – deyə Paşinyan qeyd edib.

    Mənbə: TASS

  • Ədliyyə Nazirliyi “Elektron məhkəmə” sistemində yaranmış problemə aydınlıq gətirdi

    Son bir neçə gündə “Elektron məhkəmə” informasiya sisteminin işində problem yaranması ilə bağlı şikayətlərə rast gəlinir. Vəkillər sistemin işləmədiyini, lazımi sənədləri sistemə yükləyə bilmədiklərini deyirlər.

    Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

    O bildirib ki, yalnız sistemə “Asan İmza” ilə daxil olan şəxslər sözügedən problemlə qarşılaşırlar.

    “Elektron məhkəmə” sisteminin fəaliyyətində hər hansı problem yoxdur, sözügedən problem “Asan İmza” xidmətindən qaynaqlanır. Biz aidiyyəti qurumla əlaqəli şəkildə ötən gün axşam bu problemi aradan qaldırdıq. Lakin bu gün yenidən eyni problem yaranıb. Hazırda məsələ diqqətimizdədir, bununla bağlı iş gedir, problemi aradan qaldırmağa çalışırıq”, – deyə A.Səmədzadə qeyd edib.