Month: February 2024

  • В Баку наказан родитель, позволивший подростку управлять автобусом – ВИДЕО

    В социальных сетях опубликовано видео, на котором запечатлен несовершеннолетний, управляющий автобусом Isuzu.

    Как сообщили в Главном управлении Государственной дорожной полиции (ГДП) МВД, в результате расследования было установлено, что кадры сняты в Хазарском районе столицы, а за рулем транспортного средства находился 15-летний подросток.

    Сотрудники управления провели с подростком и его отцом профилактическую беседу. В отношении родителя, признавшего, что допустил халатность, были приняты соответствующие правовые меры.

    Обращаясь к родителям, позволяющим несовершеннолетним садиться за руль, ГУГДП еще раз напоминает, что подобный подход в большинстве случаев приводит к трагедии, и призывает воспитывать молодое поколение в духе уважения к законам и общественным ценностям.

  • Bakıda yeniyetməyə avtobus sürməyə icazə verən valideyn cəzalandırıldı – VİDEO

    Sosial şəbəkələrdə “Isuzu” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib.

    Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.

  • В Азербайджане арестованное имущество экс-генерала выставлено на аукцион, его семья подала жалобу

    Члены семьи бывшего начальника Главного следственного управления упраздненного Министерства национальной безопасности Мовлама Шихалиева обратились в суд.

    Как сообщает АПА, супруга бывшего начальника управления Айбениз Шихалиева, их дети Эльгюн Шихалиев и Самира Алиева обратились в Наримановский районный суд с жалобой на действия исполнителя.

    Так, члены семьи Мовлама Шихалиева жалуются на то, что арестованное имущество выставлено на аукцион.

    Иски всех трех лиц переданы в отдельное производство судьям Наримановского районного суда.

    Вопрос будет рассмотрен в ближайшие дни.

    Напомним, что в сентябре 2021 года в Генеральной прокуратуре Азербайджана завершилось расследование по уголовному делу, возбужденному по фактам незаконных действий экс-начальника Главного следственного управления Министерства национальной безопасности (ныне упраздненного) генерал-майора Мовлама Шихалиева и других.

    Дело, возбужденное по фактам незаконных действий бывшего главы Главного управления военной контрразведки МНБ Низами Ширинова, экс-начальника отдела Вюсала Алекберова, экс-замначальника управления предварительного следствия Ясина Мамедова, экс-замначальника отдела Сахиба Алекберова, выделено в отдельное производство. Указанные лица обвиняются в вымогательстве денег и взяточничестве в крупном размере, совершенных в составе организованной группировки.

    Следствием установлено, что М.Шихалиев вместе со своими сообщниками получил взятки в размере 14 292 000 манатов, а также присвоил чужое имущество стоимостью 5 077 000 манатов. При этом он превысил свои полномочия и фальсифицировал доказательства.

    М.Шихалиеву были предъявлены обвинения по статьям 182.3.1, 182.3.2 (вымогательство, совершенное организованной группой с целью получения имущества в крупном размере), 294.3 (фальсификация доказательств по уголовному делу о тяжких или особо тяжких преступлениях), 311.3.1 (получение взятки группой лиц по предварительному сговору или организованной группой) УК АР. Решением суда в его отношении была избрана мера пресечения в виде заключения под стражу.

    В.Алекберов, Я.Мамедов и С.Алекберов привлечены к следствию в качестве обвиняемых по статьям 311.3.1, 341.2.1, 341.2.3 (злоупотребление властью, превышение или бездействие власти) УК АР. В их отношении также избраны соответствующие меры пресечения.

    По данному уголовному делу потерпевшими признаны 32 человека.

    Бакинский военный суд приговорил М.Шихалиева к лишению свободы сроком на 12 лет, Я.Мамедова – 10 лет и 6 месяцев, В.Алекберова – 12 лет и 6 месяцев и С.Алекберова – 8 лет.

    Кроме того, было конфисковано имущество, оформленное на имя М.Шихалиева и членов его семьи. Суд вынес решение о передаче этого имущества государству.

    Согласно приговору, также было конфисковано имущество Я.Мамедова на общую сумму 278 600 манатов, включая квартиры на улице М.Мушфига на 102 200 манатов и К.Рагимова – 104 400.

  • Həbsdə olan generalın üzərinə həbs qoyulan əmlakları hərraca çıxarılıb, ailəsi şikayətçidir

    Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin ailə üzvləri məhkəməyə müraciət ediblər.

    APA xəbər verir ki, sabiq idarə rəisinin həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev və qızı Samirə Əliyeva Nərimanov Rayon Məhkəməsinə müraciət edərək icra məmurunun hərəkətlərindən etiraz ediblər.

    Belə ki, Mövlan Şıxəliyevin ailə üzvləri üzərilərində həbs edilmiş əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından şikayətçidirlər.

    Hər üç şəxsin müraciətləri ayrı icraatda Nərimanov Rayon Məhkəməsi hakimlərinin icraatına verilib.

    İşlərə yaxın günlərdə baxılacaq.

    İttihama görə, Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

    Hökmə əsasən, Mövlam Şıxəliyevin müsadirə olunan əmlaklar aşağıdakı kimidir:

    Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:

    – Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)

    – Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)

    – Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)

    – Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)

    – Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)

    – Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)

    – Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak (39 min 528 manat)

    Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:

    – Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)

    – Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)

    – Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak (37 min 600 manat)

    – Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21-2 ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)

    – Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)

    – Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)

    – Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)

    Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:

    – Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)

    – Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)

    – Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)

    Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:

    – Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)

    – Səbail rayonu, ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)

    Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

    Hökmə əsasən Mövlam Şıxəliyev və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş əmlakların əksəriyyəti müsadirə olunub.

  • Стоимость биткоина превысила 56 000 долларов впервые с 2 декабря 2021 года

    Стоимость биткоина в ходе торговой сессии поднималась на 9,68%, до 56 467 долларов, свидетельствуют данные площадки Coindesk на 06:23 по бакинскому времени.

    По состоянию на 06:33 по Баку биткоин замедлил рост до 56 142 долларов (+9,12%).

    В последний раз стоимость биткоина поднималась выше 56 000 долларов 2 декабря 2021 года.

    Источник: ТАСС

  • “Bitkoin” bahalaşmaqda davam edir

    “Coindesk” platformasının Bakı vaxtı ilə saat 6:23-ə olan məlumatına görə, ticarət sessiyası zamanı “bitkoin”in dəyəri 9,68% artaraq 56 467 dollara çatıb.

    Cəmi 10 dəqiqə sonra “bitkoin” 56 142 dollar (+9,12%) olub.

    Qeyd edək, “bitkoin”in qiyməti sonuncu dəfə 2021-ci il dekabrın 2-də 56 000 dolları keçib. Dünən, fevralın 26-da isə 53 318 dollar olub.

    Mənbə: TASS

  • В Ханкенди в подвале детского сада обнаружены оружие и боеприпасы

    В Ханкенди в подвале детского сада обнаружен дрон, 29 автоматов и 416 гранат.

    Об этом сообщили в пресс-службе МВД.

    В ходе мероприятий сотрудниками полиции в подвале детсада обнаружены 1 дрон, 1 трипод для дрона, 29 автоматов различных марок, 4 пистолета, 27 ружей, 416 гранат, 113 запалов, 113 взрывчатых веществ, 1 178 магазинов, 8 508 снарядов, 24 320 патронов различных калибров, 30 капсюлей, 3 оптических прицела, 10 приборов ночного видения, 50 средств связи, 57 противогазов, 4 бинокля и другие боеприпасы.

  • Xankəndidə uşaq bağçasının zirzəmisində xeyli silah-sursat tapılıb

    Xankəndidə uşaq bağçasının zirzəmisində xeyli silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən bir ədəd dron, bir ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, dörd tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Школьница из Азербайджана избрана членом Молодежного консультативного совета ООН

    Ученица 11-го класса лицея с химико-биологическим уклоном города Шеки Дениз Мамедзаде избрана членом Молодежного консультативного совета ООН (UNYAC).

    Об этом сообщили в лицее.

    Было отмечено, что она будет консультировать в направлении включения голосов молодежи в программы ООН в Азербайджане и расширения сотрудничества, диалога и партнерства местной структуры организации с молодежью страны.

    Члены UNYAC примут участие во встречах и мероприятиях, организованных ООН и ее азербайджанским представительством на региональном и глобальном уровнях и связанных с молодежью, а также будут участвовать в дискуссиях с различными молодежными группами по вопросам, согласованным со страновой командой ООН, в том числе по планированию и анализу Рамочного документа о сотрудничестве в области устойчивого развития между ООН и Азербайджаном на 2021-2025 годы.

  • Azərbaycanlı şagird BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilib

    Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.

    Bu barədə Şəki şəhər Kimya-biologiya təmayüllü liseydən məlumat verilib.

    Bildirilib ki, o, BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığını, dialoq və tərəfdaşlığı genişləndirməsi istiqamətində məsləhətlər verəcək.

    UNYAC üzvləri BMT Azərbaycan və BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edərək 2021-25-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin planlaşdırılması və təhlili ilə bağlı müzakirələrin bir parçası olacaq, BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə razılaşdırılmış məsələlər üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaqlar.