Month: February 2024

  • FHN-dən Novruz çərşənbələri ilə bağlı əhaliyə MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda ağır fəsadlara yol açır.

    Odur ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır:

    – bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

    – tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

    – tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

    – tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

    – süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”

  • Prezidentin yeni təyin etdiyi nazir kimdir? – DOSYE

    Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az yeni nazirin dosyesini təqdim edir:

    Fərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

    2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini, 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

    2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

    Karyerasına 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində başlayıb. Daha sonra 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

    2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

    Ailəlidir.

  • Назначен новый министр юстиции Азербайджана – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Фарида Ахмедова министром юстиции Азербайджанской Республики.

    Как сообщает President.az, в документе говорится:

    “Руководствуясь пунктом 5 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Назначить Фарида Тураб оглу Ахмедова министром юстиции Азербайджанской Республики”.

  • İlham Əliyev yeni nazir təyin etdi

    Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,1 доллара (0,12%) и составила 86,01 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti necə dəyişib?

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,10 ABŞ dolları, yaxud 0,12% azalaraq 86,01 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 82,52 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.

  • Проведены учебные тренировки с морским спецназом ВМС – ВИДЕО

    В соответствии с планом боевой подготовки на 2024 год с морским спецназом ВМС проведены тренировки по выполнению разведывательных задач.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    В ходе учебных тренировок, адаптированных к условиям реального боя, спецназ выполнил задачи по ведению антитеррористических операций с применением передовых технологий и современной боевой тактики, в том числе по нейтрализации террористической группировки условного противника, укрывающейся на объектах инфраструктуры в населенных пунктах.

    Спецназ с применением ударных БПЛА вывел из строя наблюдательные пункты и долговременные огневые точки условного противника, выполнив учебно-боевые задачи по внезапному проникновению на позиции мобильными группами с использованием аэрозольной завесы и защитных свойств местности, устройству засад и совершению налетов.

    Был продемонстрирован высокий профессионализм и при выполнении задач по освобождению судна, захваченного условной террористической группой, и безопасной эвакуации экипажа.

    Задачи, поставленные в ходе учебных тренировок, были успешно выполнены морским спецназом.

  • Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıblar – VİDEO

    2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarında, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər.

    Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

    Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.

    Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.

  • В Ярдымлы жителей соседнего района задержали с крупной партией наркотика

    В Ярдымлы жителей соседнего района задержали с крупной партией наркотиков.

    Об этом сообщили в лянкяранской региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    На основании поступившей информации сотрудники Ярдымлинского районного отдела полиции (РОП) провели на 39-м километре дороги Масаллы – Ярдымлы операцию, в ходе которой были задержаны подозреваемые в незаконном обороте наркотических средств жители Лянкяранского района Хаял Ализаде и ранее судимый Валех Ахмедов, следовавшие на автомобиле ВАЗ-2106.

    При досмотре транспортного средства был обнаружен и изъят мешок с более чем 15 кг марихуаны.

    В.Ахмедов и Х.Ализаде были арестованы.

    По данному факту ведется расследование.