Month: February 2024

  • Binanın damında heyvanlara işgəncə verəni hansı cəza gözləyir? – VİDEO

    İti təpikləyir, ona yemək, su vermir, bu azmış kimi yağışda, qarda saxladığı bildirilir.

    Xezerxeber.az-ın məlumatına görə, görüntülər yaxınlıqda yerləşən binanın sakinləri tərəfindən çəkilib. Onlar iddia edirlər ki, videodakı şəxs itləri binanın damına çıxarır və orada heyvanlara işgəncə verir.

    Hadisə şahidlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, həmin şəxs hər dəfə binanın damına müxtəlif cins itlər çıxarır. Birinə işgəncə verib öldürdükdən sonra, başqa bir it gətirib eyni əməlləri ona qarşı tətbiq etdiyi iddia edilir.

    Hüquqşünas Emil Aslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən məsuliyyət nəzərdə tutulub.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra məsələ dərhal polis tərəfindən nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • В Баку 34-летний мужчина скончался от передозировки наркотиками

    В Баку 34-летний мужчина скончался от передозировки наркотиками.

    Как передает lent.az, случай произошел в Сабунчинском районе столицы.

    Согласно информации, от передозировки наркотическим веществом скончался местный житель Алескер Джалилов.

  • Bakıda 34 yaşlı kişi narkotikdən öldü

    Bakı sakini narkotikdən zəhərlənərək ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Rayon sakini, 34 yaşlı Ələsgər Rəhimbala oğlu Cəlilov qəbul etdiyi narkotikdən zəhərlənərək ölüb.

  • Сегодня в Азербайджане отмечается “Су чершенбеси”

    Сегодня в Азербайджане отмечается “Су чершенбеси”, первый из четырех священных вторников месяца “Боз ай”, предшествующего Новруз байрамы. Таким образом, с этой недели начинаются приготовления к празднику весны.

    Согласно народным поверьям, Всевышний сначала создал воду, поэтому первый вторник отмечается как “водный день”. Некоторые источники также называют его “изначальным” или “цветочным” вторником. По древним преданиям, “Су чершенбеси” считается днем поклонения воде. С восходом солнца принято собирать “новую воду”, которая считается лекарством от тысячи болезней.

    Новруз байрамы считается началом года. Поэтому люди просят, чтобы их год был таким же прозрачным и светлым, как сама вода. В этот день зажигаются первые костры, что свидетельствует о том, что льды растаяли, а зима осталась позади.

    В Азербайджане 5 марта будет отмечаться “Од чершенбеси”, 12-го – “Йел чершенбеси”, 19 марта – “Торпаг чершенбеси”. Весна в нашей стране в этом году наступит 20 марта в 07:06:21 по бакинскому времени.

  • Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir

    Bu gün Novruzun ilk çərşənbəsidir.

    Fevral ayının 27-i ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunacaq.

    İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.

    Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

    Qeyd edək ki, Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

    Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

  • В Азербайджане скоропостижно скончалась школьница – ФОТО

    В Сальянском районе скоропостижно скончалась школьница.

    Соответствующую информацию распространила средняя школа-интернат имени Азера Сафарова города Сальян.

    Сообщается, что ученица VII класса данного учебного заведения Фатима Джавадова умерла от почечной недостаточности.

  • Məktəbli qız qəfil vəfat etdi – FOTO

    Salyan rayonunda məktəbli qız dünyasını dəyişib.

    Bu barədə Salyan şəhər Azər Səfərov adına İnternat ümumi orta məktəbi məlumat yayıb.

    Bildirilib ki, məktəbin 7-ci sinif şagirdi Fatimə Cavadova qəfil böyrək çatışmazlığından vəfat edib.

  • Bakıda həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü

    Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.

    Median.Az “Unikal”a istinadla bildirir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

    Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

    Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

    Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

    Faktla bağlı araşdırma aparılır.

  • Rumıniyada Xocalı soyqırımı anılıb

    Rumıniyada Xocalı soyqırımı anılıb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən paytaxt Buxarestdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

    Tədbirdə Rumıniya parlamentinin deputatları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Türkiyə Respublikasının və Türkmənistanın Rumıniyadakı səfirləri, ümumilikdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ziyalılar, iş adamları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

    Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bu il Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd etdiyini vurğulayıb. İlk dəfə olaraq bütün ölkə ərazisində suverenliyin bərpa olunduğu və Xocalıda da üçrəngli bayrağımızın dalğalandığını söyləyən səfir, Azərbaycan dövlətinin cinayətkarların cəzasız qalmaması istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdırıb.

    “Xocalı cinayətkarlarının artıq bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediləcəklər”, – diplomat əlavə edib.

    Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək, dünya ictimaiyyətinin uzun illər Xocalı soyqırımına səssiz qaldığını söyləyib. Azərbaycanın öz problemini hər zaman öz gücünə həll etdiyini və bütün bu müddət ərzində Türkiyənin hər daim qardaş Azərbaycanın yanında olduğunu, bundan sonra da “iki dövlət, bir millət” şüarı altında hər zaman bir-birinə dəstək olacağını söyləyib.

    Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir çərçivəsində Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib, eyni zamanda, soyqırımı barədə fotosərgi təşkil olunub.

  • Arıqlamaq üçün səhər yeməyinin FAYDALARI

    Endokrinoloq Zuxra Pavlova səhər yeməyinin faydalarından danışıb.

    Median.Az lent.az-a istinadən bildirir ki, səhər yeməyi iki səbəbə görə günün ən vacib yeməyi hesab olunur.

    Həkimin sözlərinə görə, səhərlər orqanizm zülalla zəngin qidalara ehtiyac duyur. O, 18-30 yaşlı 30 obez qadınları əhatə edən tədqiqatın nəticələrini misal çəkərək səhər yeməyinin nəinki daha yaxşı doyurduğunu, həm də konsentrasiyanı artırdığını vurğulayıb.

    “Qablardakı eyni miqdarda kalori ilə, zülalla zəngin səhər yeməyi sizi daha tez doyurur. Bu, arıqlamaq və formada qalmaq üçün faydalıdır”, – Pavlova bildirib.

    Mütəxəssis onu da qeyd edib ki, yüksək proteinli səhər yeməyinin başqa bir üstünlüyü sizi bir neçə saat tox saxlamasıdır.

    Eyni zamanda, o, özünüzü yalnız zülallarla məhdudlaşdırmamağa, tarazlığı qorumağa çağırıb. Bunun üçün yağlar və karbohidratlar da vacibdir.