Month: February 2024

  • Biləsuvarda silah-sursat aşkarlanıb – FOTO

    Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, doqquz ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

    Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində üç nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • В Тертерском районе убит 43-летний мужчина: есть задержанный

    В полицию поступила информация о том, что 26 февраля примерно в 19:00 на территории села Бурудж Тертерского района режущим предметом убит Эльбрус Шамилов (1981 г.р.).

    Как сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана, в результате мероприятий, осуществленных сотрудниками правоохранительных органов был задержан подозреваемый в совершении преступления Мурадхан Гусейнов (1971 г.р.).

    По данному факту проводится расследование.

  • Tərtərdə kişi qətlə yetirilib: Saxlanılan var – YENİLƏNİB

    Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.

    Baş Prokurorluqdan verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

    ***

    Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Elbrus Cəbrayıl oğlu Şəmilovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Muradxan İsa oğlu Hüseynov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ходжалы: каждому воздано по заслугам! – ВИДЕО

    Сегодня, когда азербайджанское общество и братские нам народы в очередной раз отмечают трагическую дату в нашей новейшей истории – 32-ю годовщину Ходжалинской резни, мир облетела новость об обнаружении в Карабахе еще одного, уже которого по счету массового захоронения, где без всякого сомнения покоятся останки невинных жертв именно этого преступления.

    Об этом говорится в очередном сюжете Youtube-канала Caliber.

    “Не так давно в предместьях Аскерана уже было обнаружено массовое захоронение. До этого были и другие, относящиеся именно к этой конкретной резне ввиду их близкого расположения к Ходжалы и маршруту, по которому в поисках спасения под пулеметными очередями уходили несчастные ходжалинцы”, – говорится в информации.

    Авторы сюжета в заключение напомнили армянам, что нынешняя годовщина учиненной ими бесчеловечной резни впервые проходит в освобожденном от оккупации Ходжалы, куда вернулись настоящие хозяева этих земель.

    Подробнее – в видео:

  • Xocalı: Hər kəs layiqli cəzasını aldı – VİDEO

    Azərbaycan xalqı ən yeni tariximizin ən qanlı hadisələrindən biri – Xocalı faciəsinin 32-ci ildönmünü qeyd etdiyi bir zamanda həmin ərazidə daha bir kütləvi məzarlığın aşkar olunduğu barədə xəbərlər yayılıb.

    Bu barədə “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.

    Qeyd olunur ki, bu və daha öncə tapılan analoji məzarlarda məhz soyqırıma məruz qalan azərbaycanlıların dəfn olunduğu heç bir şübhə doğurmur. Belə ki, ermənilər yalnız nifrət etdikləri azərbaycanlılara qarşı bu cür davrana, onları kütləvi şəkildə heç bir ad və ya nişanlama olmadan basdıra bilərdilər. Bununla yanaşı, cəsəd qalıqları üzərində işgəncə əlamətləri də açıq-aydın müşahidə olunur.

    Daha ətraflı “Caliber”in yeni videomaterialında:

  • UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir

    UFC döyüşçüsü Den Xuker Azərbaycan təmsilçisi Rafael Fiziyevlə qarşılaşmaq istəyir.

    Bunu “Sky Sports”a açıqlamasında yeni zelandiyalı idmançı deyib.

    34 yaşlı döyüşçü özündən 6 yaş böyük olan həmkarına “meydan oxuyub”: “Heç kim Fiziyevlə döyüşmək istəmir. Amma mən ona qarşı çıxmağa hazıram. Renato Moikano kimi başqa maraqlı iddiaçılar da var. Fiziyevlə döyüş maraqlı olar”.

    Qeyd edək ki, hazırda UFC yüngül çəki reytinqində Rafael Fiziyev 8-ci, Den Xuker isə 10-cu sıradadır.

  • Песков: Кремль непричастен к решению о выдаче тела Навального

    Кремль не имеет никакого отношения к решению о выдаче тела Алексея Навального его матери.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил пресс-секретарь президента России Дмитрий Песков в ходе пресс-колла.

    Он назвал абсурдным заявление сторонников политика о причастности Кремля к срокам передачи тела.

    “Кремль не имеет к этому никакого отношения, соответственно Кремль не может оказывать никакого давления. Это очередные абсурдные обвинения этих сторонников, они по-моему все так или иначе находятся в розыске, практически все находятся за границей, поэтому соответствующим образом нужно относиться и к их заявлениям”, – отметил он.

    О смерти Навального в ИК-3 “Полярный волк” 16 февраля сообщило управление ФСИН по Ямало-Ненецкому автономному округу. По данным ведомства, на прогулке он почувствовал себя плохо и потерял сознание, врачам не удалось спасти политика. 24 февраля его тело, которое находилось в морге Салехарда, было передано матери.

  • Peskov: Kremlin Navalnının meyitinin təhvil verilməsi ilə heç bir əlaqəsi yoxdur

    Aleksey Navalnının meyitinin anasına təhvil verilməsi ilə Kremlin heç bir əlaqəsi yoxdur.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    O, siyasətçinin tərəfdarlarının meyitin təhvil verilməsi zamanında Kremlin iştirakı ilə bağlı bəyanatını absurd adlandırıb:

    “Kremlin bununla heç bir əlaqəsi yoxdur, buna görə də Kreml bununla bağlı heç bir təzyiq göstərə bilməz. Bu onların növbəti absurd ittihamlarıdır. Məncə, onların hamısı bu və ya digər şəkildə axtarışdadır, demək olar ki, hamısı xaricdədir, ona görə də onların açıqlamalarına müvafiq qaydada yanaşmaq lazımdır”.

    Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

  • Генсек МИД Армении освобожден от занимаемой должности

    Генеральный секретарь МИД Армении Борис Саакян освобожден от занимаемой должности.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, соответствующий указ подписал премьер-министр Никол Пашинян.

    Саакян занимал этот пост с июля 2021 года.

  • Ermənistan XİN-in baş katibi vəzifəsindən azad edilib

    Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi Boris Saakyan tutduğu vəzifədən azad edilib.

    Bu barədə müvafiq sərəncamı bu ölkənin baş naziri Nikol Paşinyan imzalayıb.

    B.Saakyan bu vəzifəyə 2021-ci ilin iyulunda təyin olunmuşdu.