Month: February 2024

  • “Barselona”nın maraq göstərdiyi futbolçu “Real Madrid”i seçib – FOTO

    “Real Madrid” yay transfer pəncərəsində “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devislə şifahi razılığa gəlib.

    Bu barədə “The Athletic” xəbər yayıb.

    Mənbənin sözlərinə görə, hazırda hadisələrin inkişafı üçün iki variant var: Devis ya bu yay “Real”a keçəcək, ya da bir ildən sonra – “Bavariya” ilə müqaviləsi başa çatdıqda – Madrid klubunun futbolçusu olacaq.

    Bəzi İngiltərə klublarının və “Barselona”nın maraq göstərdiyi futbolçunun özü də “Real Madrid”ə keçmək istəyir.

    Bu mövsüm Alfonso bütün turnirlərdə 27 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.

    “Transfermarkt” portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur (128,7 milyon manat).

  • Zaqatalada yaşayış evi yanıb

    Zaqatalada ikimərtəbəli, doqquz otaqlı fərdi yaşayış evi yanıb.

    Bu barədə  Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kv/m olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində baş verib.

    Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

    Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

    Yanğın məhdudladırılıb, söndürülmə işləri aparılır.

    İlkin məlumata görə, xəsarət alan olmayıb.

  • В результате ДТП в Билясуваре несколько человек получили ранения

    В Билясуварском районе произошло дорожно-транспортное происшествие, в результате которого несколько человек получили ранения.

    Как сообщает муганское бюро Report, инцидент произошел на участке старой магистрали Алят-Астара, проходящей через Билясуварский район.

    Житель Билясуварского района Абышов Векилага Ахмедага оглу, 1965 года рождения, потерял управление легковым автомобилем марки Opel, в результате чего автомобиль перевернулся.

    Водитель и 4 пассажира получили ранения различной степени тяжести.

    Пострадавшие доставлены в центральную больницу Билясуварского района.

    По факту проводится расследование.

  • Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub – YENİLƏNİB

    Biləsuvar rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

    “Report”un Muğan bürosunun məlumatına görə, onlar sürücü Vəkilağa Əbişov, sərnişinlər Adil Abdullayev, Firqət Məmişovdur. Həmçinin qəza zamanı iki sərnişin də yüngül bədən xəsarəti alıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

    Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

    Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə ata və qızı bıçaqlanıb – YENİLƏNİB

    Gəncədə ata və qızı bıçaqlanıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb.

    Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Azərbaycanda bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, 27 yaşlı A.Mirzəyeva və onun atası 50 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

    Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

    Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Beyni yaşlandıran gündəlik hərəkətlər və vərdişlər

    Bütün gündəlik hərəkətlərimiz və vərdişlərimiz bu müəyyən şəkildə beynimizə təsir edir. Bu həyati orqanın sağlamlığını qorumaq üçün bəzi gündəlik amilləri nəzərdən keçirmək vacibdir.

    Median.Az lent.az-a istinadən beyni tez yaşlandıran gündəlik hərəkət və vərdişləri təqdim edir:

    Sosial qarşılıqlı əlaqənin olmaması

    Mütəxəssislər bildirir ki, yeni insanlarla tanış olmaq beyin hüceyrələri arasında yeni əlaqələr yaratmağa kömək edir. Bundan əlavə, yaxşı sosial əlaqələr əhval-ruhiyyəni yaxşılaşdırır, bu da beyin sağlamlığının yaxşılaşmasına səbəb olur. Qeyd edək ki, virtual qarşılıqlı əlaqə də faydalı ola bilər.

    Yeniliyin olmaması və monotonluq

    Yeni insanlarla tanış olmaq və yeni məlumatlar öyrənmək beyin hüceyrələri arasında əlaqə qurur və beyninizi gənc saxlamağa kömək edir.

    Xroniki stressə diqqətsizlik

    Mütəxəssislər tərəfindən qəbul edilən xroniki stress bədənə mənfi təsir göstərə bilər. Stressi tanımaq və idarə etməyi öyrənmək onun mənfi təsirlərinin qarşısını almağa kömək edə bilər. Buna zehinlilik təcrübələri və tənəffüsün tənzimlənməsi ilə nail olmaq olar.

    “Fast food”ların həddindən artıq istehlakı

    Mütəxəssislər bildirirlər ki, həddindən artıq “fast food” istehlakı beyinə uzunmüddətli ziyan vurur və demans inkişaf riskini artıra bilər.

    Yuxu keyfiyyətinin aşağı olması

    Beyin sağlamlığı üçün yuxunun təkcə miqdarı deyil, həm də keyfiyyəti çox vacibdir. Qeyri-kafi və ya keyfiyyətsiz yuxu beynin təmizlənmə proseslərinə mane ola bilər və idrakın zəifləməsinə səbəb ola bilər.

    Fiziki fəaliyyətin olmaması

    Beyin sağlamlığını qorumaq üçün idman vacibdir. Onlar beyin sağlamlığını yaxşılaşdıran hormonların istehsalını stimullaşdıra bilərlər.

  • Bunu etsəniz, övladlarınız faciələrlə üzləşəcək – Valideynlərə XƏBƏRDARLIQ

    Müasir valideynlərin tez-tez “bizim dövrümüzdə şagirdlər belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar.

    Son günlər Azərbaycan məktəblərində baş verən biabırçı hadisələr də göstərir ki, yeniyetməlik dövrü çətindir.

    Bəs psixoloji dəyişikliklər özünü hansı davranışlarda büruzə verir? Yeniyetmələr bu dövrdə nələr hiss edirlər?

    Median.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Könül Əhmədova bildirib ki, bu problemlərin kökü məhz ailələrdədir:

    “Bu gün şagirdlərin kobud davranışı aktual məsələlərdən biridir. Bütün bu problemlər əvvəlcə ailədə, daha sonra tərbiyə ocaqlarında yaranır. Belə halların qarşısını almaq üçün valideynlərin uşaqları üzərində təlim-tərbiyəsi güclü olmalıdır. Valideynlər birinci özlərinə, sonra isə evdəki uşaqlarına qarşı düzgün olmalıdırlar. Yeniyetmələrin üzərinə çox getmək olmaz. Onların yaşam tərzi, geyim tərzi, seçdiyi filmlər, yediyi yeməklər, oturub-durduqları dostları, rəfiqələri düzgün olmalıdır. Bütün bunlara ailədaxili diqqət yetirilməlidir. Bu gün hər iki valideyn işə getməyə, ailə büdcəsinə yardım etməyə məcbur olduğu üçün uşaqlar özbaşına böyüyür. Yeniyetməlik dövrü də keçid dövrü olduğu üçün bu ərəfədə özbaşına böyümək ciddi problemlər yaradır və bu tip hadisələr baş verir. Təbii ki, bu hər ailəyə aid deyil, amma əksəriyyətdə bu cür olur. Mən dəfələrlə demişəm ki, hər ailənin öz psixoloqu olmalıdır. Məktəblərdə imkan verilməlidir ki, psixoloqlar öz işlərini yerinə yetirsinlər, anket sorğuları aparsınlar, valideynlərlə bərabər işləsinlər. Valideynlər də öz uşaqları ilə ailədaxili işləməlidirlər”.

    Psixoloq qeyd edib ki, yeniyetməlik dövründə uşağa sərt reaksiyanın verilməsi dəhşətli hadisələrlə nəticələnə bilər:

    “Ümumiyyətlə, valideynlər öz övladlarında hər hansı narahatlıq gördükdə dərhal uşağın üzərinə getməməlidirlər. Çünki yeniyetməlik keçid dövrüdür və onlar ani qərarlar verə bilirlər. Bu qərara intihar, başqasına təcavüz etmək, həyatdan qisas almaq kimi davranışlar aid ola bilər. Ona görə də valideynlər çox təmkinli olmalı və düşünməldirlər ki, özləri hansı səhvi edib ki, uşaq da bu addımı atıb. Onlar aydınlaşdırmalıdır ki, uşağın nəyi çatmır ki, məhz bu yolu seçib. Onlar psixoloqlara, böyüklərə müraciət etməlidirlər. Dərhal təpki göstərmək olmaz! Belə etdikdə yeniyetmə əks istiqamətdə hərəkət etməyə başlayır”.

  • İsveç artıq NATO ölkəsidir

    Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı çoxdan gözlənilən məsələni bu gün öz gündəliyinə salıb və İsveçin alyansa üzvlüyü 188 səslə qəbul edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

    Beləliklə, NATO-ya üzv olan bütün ölkələr İsveçin iştirakını təsdiqləyib.

    Bildirilib ki, 6 deputat qərarın əleyhinə səs verib.

  • Коротченко: Совершившие чудовищный акт геноцида в Ходжалы понесут ответственность

    Военные преступники, совершившие чудовищный акт геноцида в Ходжалы, понесут ответственность.

    Как сообщает российское бюро Report, об этом заявил генеральный директор Каспийского института стратегических исследований Игорь Коротченко.

    Политолог отметил, что народ разделяет справедливые требования о поиске и наказании армянских военных преступников, жертвами которых в ходе чудовищной резни стало мирное население. “Сегодня друзья Азербайджана, да просто люди доброй воли, те кто не занимает какую-то ангажированную позицию, приносят свои слова сочувствия скорби и разделяет справедливые требования о поиске и наказании армянских военных преступников, жертвами которых в ходе чудовищной резни стало мирное население. Справедливость для Ходжалы – это прежде всего дань памяти невинным гражданским жертвам, ставшим результатом чудовищной политики, тогдашней Армении”, – добавил он.

    Коротченко отметил, что справедливость в вопросе полного восстановления территориальной целостности и суверенитета Азербайджана восторжествовала благодаря итогам второй Карабахской войны, а также антитеррористическим мероприятиям, проведенным в 2023 году: “Сегодня страна эффективно развивается, залечиваются раны войны, принята масштабная программа возвращения вынужденных переселенцев на освобожденные территории”.

  • Korotçenko: Xocalıda dəhşətli soyqırımını törədənlər cavab verəcəklər

    Xocalıda dəhşətli soyqırım aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.

    “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

    Politoloq qeyd edib ki, erməni hərbi cinayətkarlarının cəzalandırılması ilə bağlı ədalətli tələbləri bölüşür.

    “Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”, – İ.Korotçenko vurğulayıb.

    Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.