Month: February 2024

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

    Məlumata görə, yerli vaxtla saat 18:51-də Xəzər dənizində 65 km dərinlikdə maqnitudası üç olan zəlzələ qeydə alınıb.

  • Bakı küçələrində insanların qorxusuna çevrilən şəxslər kimdirlər? – VİDEO

    Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan bir qrup şəxs peyda olub.

    Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

    Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşdıqlarını bildiriblər. Onlar həm də, sürücülərin hərəkətinə mane olublar.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.

  • Брат заслуженной артистки Айбениз Гашимовой заключен под стражу

    Стала известна сумма денежных средств, присвоенная братом заслуженной артистки Азербайджана Айбениз Гашимовой.

    В ответ на запрос Oxu.Az в пресс-службе Министерства внутренних дел сообщили, что в ходе проведенных оперативно-разыскных мероприятий был задержан Шаиг Гашимов.

    Согласно информации, несмотря на то, что мужчина был зарегистрирован в Гяндже, проживал он в съемной квартире в Губе.

    Отмечается, что Ш.Гашимов, пообещав семьям шехидов, ветеранам и лицам с ограниченными физическими возможностями решить их проблемы, присвоил в общей сложности 20 100 манатов.

    По данному факту в Губинском РОП возбуждено уголовное дело, в отношении Ш.Гашимова решением суда избрана мера пресечения в виде заключения под стражу.

  • Aybəniz Həşimovanın qardaşı HƏBS OLUNDU

    Əməkdar artist Aybəniz Həşimovanın qardaşı həbs olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

    O, şəhid ailələrinə, qazilərə və fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 manat ziyan vurub.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Moskvada 122 illik qar rekordu qırılıb

    Rusiyanın paytaxtı Moskvada qar örtüyünün hündürlüyü 63 sm-ə çatıb və 122 il əvvəl qeydə alınan gündəlik rekord yenilənib.

    Bu sözləri “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Alina Kotilevskaya bildirib

    Kotilevskaya qeyd edib ki, fevralın 23-də qeydə alınan qarın maksimal hündürlüyü 60 santimetrdən çox olub.

    Souncu dəfə qarla bağlı bu səviyyə 1902-ci ildə qeydə alınıb.

  • Azərbaycanlı aparıcının canlı efirdə halı pisləşdi – VİDEO

    “Kanal S”də yayımlanan “Xeyirli axşamlar” verilişində gözlənilməz hal yaşanıb.

    Canlı efir zamanı aparıcı Anar Vaqifoğlunun qəfildən halı pişləşib.

    Təzyiqi qalxdığı deyilən aparıcıya ilk yardımın da faydası olmayıb.

    O, efirdən birbaşa xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

    “Qaynarinfo”nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi daxili xidmət mayoru Əli Quliyev gətirilib.

    Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir.

  • МИД РФ ожидает разъяснений от Армении по “заморозке участия” в ОДКБ

    Россия ожидает исчерпывающих разъяснений от Армении по двусторонним каналам по поводу того, что означают слова премьер-министра республики Никола Пашиняна о заморозке участия Еревана в Организации Договора о коллективной безопасности (ОДКБ). Об этом заявили в МИД РФ.

    “Ожидаем исчерпывающих разъяснений по двусторонним каналам на предмет того, что же в действительности стоит за высказываниями Никола Пашиняна по поводу заморозки участия Армении в Договоре о коллективной безопасности и в самой организации”, – заявили в дипведомстве.

    Москва, как отметили в МИД РФ, исходит из того, что Армения продолжает оставаться полноправным членом ОДКБ – со всеми вытекающими из этого статуса правами и обязательствами. “При этом с сожалением констатируем, что динамика участия Еревана в мероприятиях организации снизилась, что явно не отвечает интересам дружественного армянского народа и задачам обеспечения безопасности страны. Надеемся, что в Ереване придут к пониманию того, что имеющиеся озабоченности должны обсуждаться и устраняться в спокойном, доверительном диалоге, а не путем их будирования в публичном пространстве”, – констатировали в министерстве.

    Там подчеркнули, что Россия “категорически не приемлет упреки армянских властей насчет якобы невыполнения ОДКБ своего мандата и обязательств по отношению к Еревану в ходе известных событий в регионе, произошедших в 2021 и 2022 годах”. “Напомним, что в сентябре 2022 года по просьбе армянской стороны была оперативно сформирована и направлена в приграничные районы страны оценочная миссия Секретариата и Объединенного штаба организации. По итогам было подготовлено решение Совета коллективной безопасности ОДКБ о развертывании в Армении мониторинговой миссии. Не наша вина и не вина других членов организации, что данное сбалансированное решение, предусматривавшее также оказание военно-технической помощи республике и ряд других мер, было под надуманными предлогами отвергнуто ее властями. Более того, взамен Ереван демонстративно предпочел пригласить псевдонаблюдателей из ЕС – всем известные факты говорят сами за себя и не оставляют сомнений в нулевой эффективности их работы”, – указали на Смоленской площади.

    Ранее Пашинян заявил, что Армения приостановила свое участие в ОДКБ. При этом в секретариате организации сообщили, что не получали от республики никаких подобных заявлений. Пресс-секретарь российского лидера Дмитрий Песков сообщил, что президент России Владимир Путин еще не обсуждал с Пашиняном его заявления о приостановке членства Еревана в ОДКБ.

    Источник: ТАСС

  • Rusiya XİN Paşinyandan izahat tələb edib

    Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyandan izahat tələb edib.

    Bu barədə qurumdan bildirilib.

    Vurğulanıb ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmaqda davam edir:

    “Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri daşıyır”.

    Qeyd edək ki, N.Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

    Mənbə: TASS

  • Ukrayna və Danimarka təhlükəsizlik sazişi imzalayıb

    Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişi bağlanıb.

    Sənədi Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen imzalayıb.

    Bildirilib ki, Kopenhagen Kiyevə qırıcı təyyarələrin, döyüş sursatlarının, təlimçilərin göndərilməsini dəstəkləyəcək. 2024-cü ildə Danimarkanın hərbi dəstəyi azı 1,8 milyard avro olacaq.

    Danimarka “Böyük Yeddilik” qrupundan kənarda Ukrayna ilə bu sazişi bağlayan ilk ölkədir.

    Qeyd edək ki, fevralın 22-də Danimarka Ukraynaya yeni hərbi yardım paketini elan etmişdi.

    ///Report