Month: February 2024

  • Azərbaycanda məktəbdə dəhşət – meyit tapıldı

    Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

    Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

    Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

    Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

    Qeyd olunub ki, istintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb.

    Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib.

  • Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi oldu

    Milli Məclis Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsini təsdiqləyib.

    Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimata baxılıb.

    Səsvermə nəticəsində təqdimat səsə qoyularaq qəbul edilib.

    Qeyd edək ki, F. Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək ədliyyə naziri vəzifəsində çalışıb.

  • Şəhər və rayonlara sərnişin daşıyanların nəzərinə – 50 MANAT CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

    Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    “Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir”, – deyə məlumatda qeyd olunub.

  • Kremldən Paşinyanın KTMT üzvlüyü barədə fikirlərinə REAKSİYA

    Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələlik müzakirə etməyib.

    Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

    O, hələlik belə təmaslar üçün heç bir plan olmadığını vurğulayıb:

    “Xeyr. Hazırda heç bir əlaqə yoxdur və olmayıb”.

    Bununla belə o, işgüzar əlaqələr çərçivəsində İrəvan tərəfindən nəyin nəzərdə tutulduğunu və işlərin necə olduğunu öyrənmək istədiklərini vurğulayıb.

    O, İrəvan tərəfindən bununla bağlı izah gözlədiklərini deyib.

    Mənbə: TASS

  • Əli Məsimli: “10 milyon manat yerli problemlərə kömək edə bilməz”

    “Bələdiyyələr haqqında həmişə mənfi notlarda danışırıq. Amma bələdiyyələri də dinləmək lazımdır. Onlar yerli problemlərə daha yaxındırlar”.

    “Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.

    Deputatın fikrinə görə, bələdiyyələr kənd yerlərində su təchizatlarının yaxşılaşdırılması, qəzalı məktəblərin yenidən qurulması ilə bağlı təkliflər ver bilərlər:

    “Açıq söhbətlər göstərdi ki, ölkədə bələdiyyələrlə bağlı problemlərdə əsas məsələ Konstitusiya ilə tənzimlənən səlahiyyətlərin yerlərdə tam icra edilə bilməməsidir. İslahatlar paketi hazırlanmalıdır. Bələdiyyələrin yerli icra orqanlarından asılılıq məsələsi həll olunmasa, bundan sonra 25 il də onların səmərəli fəaliyyətindən danışmaq olmaz.

    Bələdiyyələrə ayrılan pul əvvəllər 30-35 milyon manat idi, indi 47 milyon manatdır. Bunlardan 55 faizi əməkhaqqına, 10 milyona yaxını isə yerli problemlərin həllinə yönəldilir. Azərbaycan kimi ölkələrdə 10 milyon manat yerli problemlərə kömək edə bilməz. Bələdiyyələrin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində səlahiyyətləri artırılmalıdır”.

  • ВС Армении обстреляли позиции азербайджанской армии в Кельбаджарском направлении

    Вооруженные силы Армении обстреляли позиции азербайджанской армии на кельбаджарском направлении.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    “23 февраля в 05:50 подразделения вооруженных сил Армении с позиций, расположенных в направлении населенного пункта Юхары Шорджа Басаркечярского района, обстреляли из стрелкового оружия позиции азербайджанской армии в направлении села Еллиджа Кельбаджарского района.

    В целях предотвращения обострения ситуации и обеспечения стабильности на условной границе двух стран подразделения азербайджанской армии не приняли ответные меры.

    Призываем военное руководство Армении не допускать подобных провокаций, направленных на дестабилизацию ситуации на условной границе, остававшейся стабильной в последние пять месяцев, требуем выявить и наказать лиц, совершающих эти действия”, – говорится в информации.

  • Şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutulub

    Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

    Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

  • Suraxanı polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

    Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

    Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Bundan başqa, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşnikov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.