Month: February 2024

  • ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir

    ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir.

    Bu barədə “Deathpenaltyinfo.org” portalı məlumat yayıb.

    Belə ki, 1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Cəzaların 1402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir – hər biri 3 halda.

    Təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.

    Edam edilən ştatların sayına görə isə Texas 586 nəfərlə liderlik edir. Qeyd olunub ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

    Eyni zamanda 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.

  • В Агдаше 32-летний мужчина совершил суицид

    В городе Агдаше молодой мужчина покончил жизнь самоубийством.

    Абдуллаев Рашад Кямран оглу (1992 г.р.) совершил суицид в принадлежащей ему дворовой постройке.

    По факту ведется расследование.

  • Ağdaşda 32 yaşlı kişi intihar edib

    Ağdaş şəhərində intihar hadisəsi olub.

    1992-ci il təvəllüdlü Abdullayev Rəşad Kamran oğlu özünə məxsus torpaq sahəsində yerləşən tikilidə intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Германия намерена передать Чехии 15 танков Leopard 2A4

    Прага может получить от Берлина 15 танков Leopard 2A4 в качестве благодарности за военную помощь Украине.

    Об этом сообщил журналистам премьер-министр республики Петр Фиала.

    “Чехия в качестве благодарности за помощь Украине может получить в дар от Германии еще 15 танков Leopard 2A4”, – сказал он.

    Берлин ранее передал республике 14 таких танков как компенсацию за направленную Киеву бронетехнику.

    Чехия передала Украине, в частности, 62 танка, 131 боевую машину пехоты, 6 вертолетов и 16 систем ПВО. За поддержку этой страны республика получила компенсацию на общую сумму 19 млрд крон (около $900 млн). 2 млрд крон (примерно $85 млн) поступило от Евросоюза и 7 млрд крон (около $300 млн) – от США.

  • Almaniya Çexiyaya “Leopard 2A4” tankları vermək niyyətindədir

    Rəsmi Praqa Ukraynaya hərbi yardıma görə təşəkkür olaraq Berlindən 15 ədəd “Leopard 2A4” tankı ala bilər.

    Bu barədə jurnalistlərə Çexiyanın baş naziri Petr Fiala bildirib.

    “Çexiya Ukraynaya kömək etdiyinə görə təşəkkür kimi, Almaniyadan hədiyyə olaraq daha 15 ədəd “Leopard 2A4” tankı ala bilər”,-deyə, o bildirib.

    Qeyd edək ki, rəsmi Berlin əvvəllər də Kiyevə göndərilən zirehli texnikanın əvəzi olaraq 14 ədəd belə tankı Çexiyaya təhvil verib.

    Çexiya Ukraynaya, o cümlədən, 62 tank, 131 piyada döyüş maşını, 6 helikopter və 16 hava hücumundan müdafiə sistemi təhvil verib. Bu ölkəni dəstəklədiyinə görə respublika ümumilikdə 19 milyard kron (təxminən 900 milyon dollar) məbləğində təzminat alıb.

  • Polşanın baş naziri Zelenski ilə görüşdən imtina etdi

    Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə Polşa sərhədində onun blokadası və polşalı fermerlərin etirazları ilə bağlı Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

    Bu barədə barədə yerli KİV baş nazirə istinadən məlumat yayıb.

    “Bizim münasibətlərimizdə simvolizmə ehtiyacımız yoxdur. Çoxdan bəyan etmişik ki, Polşa öz bazarını, o cümlədən kənd təsərrüfatı istehsalçılarını qorumalıdır. Biz Ukrayna ilə ticarətin liberallaşdırılması təhlükəsi barədə xəbərdarlıq etmişik”, –Tusk bildirib.

    Mənbə: onet.pl

  • Naxçıvan Baş Gömrük İdarəsi postlarda yaranan sıxlığa aydınlıq gətirib

    Son günlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa”, “Sədərək” və “Şahtaxtı” dövlət sərhəd-buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb.

    “Report” xəbər verir ki, Culfa Gömrük Postunun əməkdaşı Tural Musayev jurnalistlərə açıqlamasında bildirib ki, son günlər Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının artması səbəbindən “Culfa”, “Şahtaxtı” və “Sədərək” dövlət sərhəd-buraxılış məntəqələrində növbələrin yaradılması müşahidə olunur:

    “Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının kəskin artması Türkiyə Respublikası ilə İran İslam Respublikası arasındakı Gurbulaq-Bəzirgan sərhəd keçid məntəqəsində kilometrlərlə uzanan növbələrin yaranması ilə bağlıdır. Bu səbəbdən daşıyıcı şirkətlər daşımalarını Naxçıvan üzərindən həyata keçirməyə üstünlük verirlər. Sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən nəqliyyat vasitələrinin intensiv və sürətli keçidinin təmin olunması üçün gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yaranmış vəziyyətlə bağlı daşıyıcı şirkətlərdən və sürücülərdən anlayışlı olmağı və təmkinli davranmağı xahiş edirik”.

    Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

  • Peskov Putini təhqir edən Baydenə cavab verdi

    “ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı bəyanatları biabırçı və utancvericidir”.

    Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    D.Peskov əlavə edib ki, bu bəyanatlar Rusiya prezidentinin nüfuzuna hər hansı zərər vura bilməz.

    Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

  • Bakıda restoran yanır – VİDEO

    Bakıda restoranda yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Hazırda hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

    Nazirliyin “112”-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Летевший в Баку самолет сменил курс из-за резкого ухудшения самочувствия пассажира

    Самолет, выполнявший рейс Москва – Баку, совершил вынужденную посадку на запасном аэродроме из-за плохого самочувствия одного из пассажиров.

    Накануне днем лайнер, направлявшийся в столицу Азербайджана, принял решение о необходимости экстренной смены курса после того, как состояние одного из пассажиров резко ухудшилось.

    Командир воздушного судна запросил посадку на запасном аэродроме в Нижнем Новгороде. Как уточняется, к борту была вызвана бригада медиков. Сразу после посадки мужчина был передан в руки врачей и отправлен в реанимацию. Известно, что запланированный рейс продолжился после дозаправки.

    Источник: Telegram-канал Aviaincident