Month: February 2024

  • Дженифер Морган: COP – это мероприятие, где мы все должны объединиться

    Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP) являются мероприятиями, где все должны объединиться для противодействия климатическим изменениям.

    Как передает Report, об этом заявила специальный посланник по международным действиям в области климата и госсекретарь Министерства иностранных дел Германии Дженифер Морган на круглом столе высокого уровня “Пост-COP28: время объединиться, действовать и реализовать консенсус, достигнутый в ОАЭ”.

    По словам Могран, оглядываясь назад, можно сказать, что нынешний момент – время, когда все “должны по-новому объединиться, чтобы ответить на потрясения, которые происходят в наших странах в результате климатического кризиса, а затем на результаты реагирования на климатический кризис в процессе перехода наших энергетических систем и наших экономик”.

    Морган подчеркнула, что на данный момент почти все страны работают над вопросом обеспечения энергобезопасности для перехода к более справедливому обществу.

    “Для того, чтобы создать условия для реализации договоренностей COP28, а также подготовиться к СОР29 в этом году и СОР30 в следующему году, я лишь вкратце коснусь трех ключевых условий. Это достижение миссии 1,5°С, обеспечение социального компонента, финансирование. Что касается социального компонента – нам нужен переход, ориентированный на людей, это не должны быть только эксперты по энергетике, это касается обычных людей на улице. Речь идет о семьях, о наших гражданах, и мы должны найти способ совместного перехода. Относительно финансирования у нас уже есть план экономических инвестиций и транзита, который нам необходимо объединить, чтобы стратегически использовать имеющиеся финансовые средства, в этом смысле важна роль Международного энергетического агентства”, – добавила она.

  • Almaniya XİN nümayəndəsi: “COP29 hamımızın birləşməli olduğu bir tədbirdir”

    “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər kəsin iqlim dəyişikliyi ilə mübarizə üçün birləşəcəyi tədbirdir”.

    “Report” xəbər verir ki, bunu Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada bildirib.

    Onun sözlərinə görə, keçmişə nəzər salaraq söyləyə bilərik ki, hazırda hər birimiz yenidən birləşməliyik: “Çünki iqlim böhranı nəticəsində ölkələrimizdə baş verən təlatümlərə cavab vermək üçün bir araya gəlməliyik. Biz enerji sistemlərimiz və iqtisadiyyatlarımızın iqlim böhranına reaksiya verməsi üçün birləşməliyik”.

    O vurğulayıb ki, hazırda demək olar ki, bütün ölkələr daha ədalətli cəmiyyətə keçid üçün enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində işləyir: “COP28 sazişlərinin həyata keçirilməsi üçün şərait yaratmaq, eləcə də bu il COP29 və gələn il COP30-a hazırlaşmaq üçün üç əsas şərtə toxunacağam. Bu, 1,5 dərəcə selsi missiyasına nail olmaq, sosial komponenti təmin etmək və maliyyələşdirmədir. Biz birlikdə keçid yolunu tapmalıyıq. Maliyyələşdirməyə gəlincə, bizim artıq iqtisadi investisiya və tranzit planımız var, mövcud vəsaitlərdən strateji istifadə etmək üçün onları birləşdirməliyik, bu mənada Beynəlxalq Enerji Agentliyinin rolu vacibdir”.

  • Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

    Bu il Ramazan ayının martın 11-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 10-da görünəcəyi proqnozlaşdırılır.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib.

    Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 28, 30 mart, 1 və 5 aprel tarixlərinə təsadüf edəcək.

    Eyni zamanda təqvimdə Ramazan bayramı aprel ayının 10-11-nə düşəcək.

  • Dini ekstremizm əleyhinə sanksiyalar ağırlaşdırılır

    Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.

    APA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.

    Qüvvədə olan məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.

  • İlham Əliyev dövlət xidmətinin əməkdaşları ilə bağlı sərəncamlar imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib:

    Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi

    Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

    Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam da imzalayıb.

    Sərəncama görə, Vergi sisteminin inkişafında xidmətlərinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Vəliyev İlkin Etibar oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Musayev Orxan Azad oğlu

    1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Abdullayev Vəli Həsən oğlu

    Kəngərli Cavid Muxtar oğlu

    Musayev Fəxrəddin Binnət oğlu

    Süleymanlı Elxan Süleyman oğlu

    Şahinzadə Fərman İlham oğlu

    2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Mahmudov Fuad Malik oğlu

    Məhərrəmov Ramiz Bulut oğlu

    3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

    Əhmədov Rəşad Kazım oğlu.

  • Prezident külək elektrik stansiyasının tikintisi ilə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bundan başqa, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1.1-ci bəndində göstərilən “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”ndə və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının bu Sərəncamın 1.1-ci bəndində göstərilən “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Bu Sərəncamın 1.1-ci bəndində göstərilən “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməlidir.

  • Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: “Məni zorla maşına oturtmaq istədilər” – VİDEO

    Bakıda ata azyaşlı qızına və həyat yoldaşına şiddət göstərib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atanın azyaşlı qızını döydüyü görünür. Əvvəlcə əlindəki əşya ilə, sonra əli ilə balacanın başından dəfələrlə vurur.

    Videosu yayılan azyaşlının babası Böyükağa Əzizağa oğlu Əliyev Baku TV-yə danışıb.

    Onun sözlərinə görə, qızının ailəsində əvvəllər də problem olub, lakin hər dəfə məsələni yoluna qoymağa çalışıblar.

    “Bu dəfə də gəlib dedi ki, evimdə qalmaq istəyirəm, səhvimi anladım. Qızım etiraz etdi ki, bunların yenə hansısa planı var, qorxuram, bizimlə qalmasın. Dedim ki, qızım, səs eləmə, qoy qalsın, mən də buradayam.

    Söz-söhbətdən əvvəl qızımın telefonunu alıb format etmişdim. Uşaqların atası evə qayıdanda telefonu qızıma qaytarmağımı istədi. Mən də razılaşdım.

    Səhər yuxudan durub işə gedəndə telefon məsələsini yenə dedi. Mən də ona telefonu verəndə öz mobil telefonumla bunu kameraya çəkdim ki, sonra sübut edə bilim. Bu, onun etirazına səbəb oldu. Aramızda mübahisə düşdü. Əlbəyaxa olduq. Sonra qızım ayırdı bizi.

    O, öz maşınına minib getdi. Mən də piyada magistral yola doğru hərəkət etdim. Mağazaya çatanda uşaqların atalarının qohumları mənim qarşımı kəsdilər və məni zorla maşına oturtmaq istədilər. Orada əlbəyaxa olanda qəsəbə sakinləri bizi ayırdılar”, – azyaşlının babası deyib.

    Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

    Avropa İttifaqı (Aİ) onun strukturuna yeni regionların daxil olması ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb. Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2025-ci il tarixinədək qüvvədə olacaq.

    Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub. Qərar dərc edildiyi gündən 1 gün sonra qüvvəyə minəcək.

    Mənbə: RBC

  • Bakıda yeniyetmələr arasındakı bullinqin səbəbi AÇIQLANDI – VİDEO

    “Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər”.

    Bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

    Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir.

    “Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib – red.). Bu səbəbdən də videodakı davranışa əl atıb. Təbii ki, bu yolverilməzdir”.

    G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir:

    “Hazırda bu yöndən də biz araşdırma aparırıq. Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib.

    Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. Onun kənardan dostu olub”.

    Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil.

    Ətraflı videonu təqdim edirik:

  • “Masdar”ın baş icraçı direktoru İlham Əliyevi təbrik etdi

    Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

    Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır. Azərbaycan bərpa olunan enerjinin istehsalında regionda lider olmaqda davam edir.

    Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu.

    Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir.

    Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq.

    “Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin, o cümlədən quruda 1 giqavat gücə malik bərpa olunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək.

    Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”.