Month: February 2024

  • В рамках COP29 в Баку будут определены коммуникационные карты

    В связи с организацией в этом году в Баку 29-й сессии Рамочной конвенции ООН об изменении климата (COP29), 19-й сессии Совещания сторон Киотского протокола и 6-й сессии Совещания сторон Парижского соглашения в 2024 году в Госагентстве автомобильных дорог Азербайджана (AAYDA) состоялся круглый стол.

    Как сообщает АПА, в связи с проведением этих мероприятий в Баку обсуждались вопросы по подготовке планов общих мер, а именно – определение подземных и наземных инженерных коммуникационных линий в связи с проведением капитальных ремонтно-восстановительных работ на ряде улиц и проспектов, скоординированное проведение совместных работ по ремонту и изменению мест, определение коммуникационных карт и представление их госагентству.

  • Bakıda keçiriləcək COP29 çərçivəsində kommunikasiya xəritələri müəyyən ediləcək

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.

    “APA-Economics” xəbər verir ki, tədbirdə AAYDA, Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” ASC, Fövqəladə Hallar Nazirliyinin Rabitə İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, eləcə də “Bakı Telefon Rabitə”, “Azeurotel”, “Aztelekom”, “Delta” Telekom, “ULTEL” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

    AAYDA İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev qonaqları salamlayaraq bildirib ki, beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmətin, möhkəm dəstəyin sübutudur.

    Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi respublikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının ifadəsidir. Bununla yanaşı, dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq və daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsinə şərait yaradacaq.

    Toplantıda sözügedən tədbirlərin Bakı şəhərində keçirilməsi ilə əlaqədar bir sıra küçə və prospektlərdə əsaslı təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar iclasda iştirak edən qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqamətində koordinasiyalı birgə işlərin aparılması, bu çərçivədə kommunikasiyaların xəritəsinin müəyyən edilməsi və AAYDA-ya təqdim edilməsi, qrafiklərin təyin olunması (zaman və küçələr ilə bağlı tədbirlər planı), ümumi tədbirlər planının hazırlanması məsələləri müzakirə olunub.

  • Xankəndidə silah və sursatlar aşkarlandı

    Xankəndidə silah və sursatlar tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-da Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 ədəd alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Keçən il xaricdə təhsil almış 1000-dən çox şəxsin diplomu tanınmayıb

    Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.

    “Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib”.

  • Məktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT: “Şagird həmin hərəkəti zarafat məqsədilə edib” – VİDEO

    11-ci sinif şagirdinin başqa bir yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlər etməsini əks etdirən video ətrafında müzakirələr davam edir.

    Məsələ ilə bağlı Baku TV-yə danışan Bakının 156 nömrəli məktəbinin direktoru Gülər İsmayılova hadisənin iştirakçısı olan şəxsin onun rəhbəri olduğu məktəbdə təhsil aldığını bildirib:

    “Hadisə yanvarın 17-si, məktəbdənkənar zamanda, təxminən günorta saat 3-dən sonra baş verib. Bizim məktəbdə dərslər saat ikiyə qalmışdan bitir. Hadisə zamanı görünən iki nəfərdən yalnız biri bizim şagirdimizdir. Onlardan 11-ci sinif şagirdi bizim məktəbdə oxuyur, digər şəxs isə onun qonşusudur.

    Həmin şagirdin oxuduğu zaman hansısa psixoloji pozuntusu olduğu, həmçinin, onun məktəbdə oxuyan digərlərinə qarşı neqativ hərəkətlər etdiyi nəzərə çarpmayıb.

    Biz fevralın 14-də həmin hadisəni bildikdən sonra valideynlər məktəbə dəvət olunublar. Bildirilib ki, şagird həmin hərəkəti zarafat məqsədilə edib”.

    Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

  • Azərbaycanın Xalq artisti vəfat etdi

    Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şəripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.

    Bu barədə tacik jurnalist Odil Nozir məlumat yayıb.

  • Bank kartından altı min manat oğurlayan şəxslər tutuldular

    Bank kartından oğurluq edən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Агдаме построят семь многоквартирных домов

    В городе Агдам в 9-м квартале жилого массива №2 будут построены семь жилых многоквартирных домов (3,4,5,6,7-этажные).

    Как сообщает ölkə.az, здания будут состоять из 144 квартир с двумя, тремя, четырьмя и пятью комнатами.

    Служба восстановления, строительства и управления в Карабахском экономическом районе уже приступила к реализации проекта.

  • Ağdamda 144 yeni mənzil tikiləcək

    Ağdam şəhəri 2 nömrəli yaşayış massivi 9-cu məhəllədə 7 ədəd yaşayış binası tikiləcək.

    Ölkə.Az-ın məlumatına görə, 3, 4, 5, 6,7 mərtəbəli binalar ümumi olaraq 2, 3, 4, 5 otaqlı 144 mənzildən ibarət olacaq.

    Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq layihə ilə bağlı işlərə başlayıb.

  • Bakıda 8 min manatlıq oğurluq edən şəxslər ələ keçdilər

    Bakıda oğurluq edən şəxslər tutulublar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 19-na keçən gecə Puta qəsəbəsi ərazisində bir nəfərin torpaq sahəsindən 8000 manat dəyərində tikinti materialı oğurlamaqda şübhəli bilinən Elman Muradov və Mürsəl Əhmədov saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.