Month: February 2024

  • Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək

    Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart gələn həftə Azərbaycana səfər edəcək.

    “Report” xəbər verir ki, səfər çərçivəsində o, Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

    Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq.

    Xatırladaq ki, COP26 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilib.

    Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

  • Xankəndidə silah və sursatlar aşkarlanıb

    Fevralın 16-da Xankəndi şəhəri ərazisində yeddi ədəd silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, ötən gün iki ədəd avtomat silahı, dörd tüfəng, bir tapança, bir qumbaraatan, doqquz ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Qaradağda külli miqdarda narkotik aşkar olunub

    Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    E.Vəliyev ondan aşkar olunan narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • İsrail Prezidenti Münhendə Qətərin Baş naziri ilə gizli görüşüb

    İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə gizli görüş keçirib.

    Median.Az 
    xəbər verir ki, bu barədə Axios xəbər portalı məlumatlı mənbələrə istinadən xəbər verir.

    Materialda deyilib ki, görüşün məqsədi Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülmüş girovların azad edilməsi üçün danışıqları müzakirə etmək olub.

    Məsələ ilə bağlı məlumatlı mənbələr təsdiq edir ki, İsrail Prezidenti konfransda bəzi azad edilmiş girovlar və onların ailələri ilə iştirak edib, bu, danışıqların əhəmiyyətini vurğulamaq və onlara daha geniş kontekst vermək məqsədi daşıyır.

    Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi bildirib: “Ümid odur ki, HƏMAS daha konstruktiv danışıqlara hazır olacaq”.

    Qeyd olunub ki, çətinliklərə baxmayaraq, tərəflər kompromis və münaqişənin sülh yolu ilə həlli axtarışında danışıqları davam etdirir.//report.az

  • Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

    Azərbaycan güləşçisi Elis Manolova (65 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə rəqibini üstələyib.

    Avropa çempionu həlledici görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri məğlubiyyətə uğradıb. Ondan fərqli olaraq, Birgül Soltanova (62 kq) bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.

    Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.

    Qeyd edək ki, yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.

  • Türkiyə vasitəsilə Azərbaycandan təbii qaz nəqlinə apreldə başlanılanacaq – Peter Siyarto

    Türkiyə vasitəsilə Azərbaycandan qaz nəqlinə apreldə başlanılanacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

    O qeyd edib ki, Türkiyə ilk dəfə olaraq birbaşa qonşu olmayan bir ölkəyə qaz ixrac edəcək.

    “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə ticarəti xeyli artırmışıq. Bu il biz Azərbaycan və Türkiyədən qaz almağa başlayacağıq” – deyə o əlavə edib.

    Macarıstanın Türkiyə üzərindən Azərbaycandan təbii qaz tədarükü haqqında danışan P.Siyarto 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı müqavilə imzaladığını bildirib.

  • İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

    İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

    President.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri.

    Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək.

    İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.

    Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

    Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.

  • Bu bürclər asan pul qazana bilir

    Hansı bürc işarəsi altında doğulan şəxslər daha asan pul qazana bilir?

    Bunu öyrənmək üçün aşağıdakı bürclər haqqında məlumatı oxuyaq.

    Qoç

    Qoç riski sevir. Gələcəyini və həyatını qumar oynayacaq qədər sevir. Sahibkar olduğu üçün yeni sərmayələr qoymaq və riskli yollarla pul qazanmaq imkanlarına sahibdirlər.

    Buğa

    Bürcün bankir arxetipi kimi tanınan Buğa, maliyyə məsələlərində çox ehtiyatlı, səbirli və planlıdır. Borc almağı sevməyən Buğadan borc istənilməsi də narahat olur. Heç kimə borc verməz. Buğa bürcü nə qədər pul qazansa da, özünü göstərməyi sevmir.

    Əkizlər:

    Əkizlər həyatlarının digər sahələrində olduğu kimi uzun-uzadı düşünməyi və pulla bağlı planlar qurmağı sevmirlər. Uyğunlaşma qabiliyyəti çox yüksək olduğundan, dəyişən maliyyə vəziyyətlərinə asanlıqla uyğunlaşa bilirlər. Əkizlər, istəsələr, büdcələrini çox yaxşı idarə edə bilərlər. Əkizlər bürcünün büdcə dalğalanmaları gərgindir, çünki onlar kor-koranə qəfil xərclər edə bilərlər.

    Xərçəng

    Xərçəngin intuisiyası və instinktləri çox güclü olduğundan, iqtisadi meyllərdəki dəyişiklikləri əvvəlcədən hiss etmək potensialına malikdir. Həyatının maliyyə sahəsində planlaşdırma və həyata keçirməkdə həmişə uğur qazanır. Xərçəngin ən tipik investisiya vasitəsi daşınmaz əmlakdır.

    Tərəzi:

    Balans elementi olan Tərəzi, həyatında maliyyə sabitliyinə də ehtiyac duyur. Tərəzilər qiymətli daşlara, metallara, sənət əsərlərinə və əntiq əşyalara investisiya qoymağa üstünlük verir. Pul qazanmaqda mahirdirlər. Özlərinə istənilən sahədə iş qura və pul qazana bilərlər.

    Əqrəb:

    Qətiyyətli bürc olan Əqrəb, qarşısına məqsəd qoyanda heç vaxt geri dönməz. Bürcün maliyyə məsələləri ilə bağlı təzadlı məqamlar yaşayırlar. Əqrəb heç bir şeydə olmadığı kimi, maddi məsələlərdə də həyatın rahatlığını gözləmək lüksünə malikdirlər. Pul qazanmaqda onlar da ustadırlar.

  • Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

    Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, N. Ağayev idarə etdiyi “Honda” markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.

    Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В США заявили, что российские власти ответственны за смерть Алексея Навального

    Находящийся в Мюнхене госсекретарь США Энтони Блинкен заявил в пятницу, что российские власти ответственны за смерть лидера оппозиции Алексея Навального в тюрьме.

    “Его смерть в российской тюрьме и страх одного человека только подчеркивают слабость и гниль в самом сердце системы, которую построил Путин”, – сказал Блинкен на полях Мюнхенской конференции по безопасности в Германии.

    “Мы будем вести переговоры со многими другими странами, обеспокоенными ситуацией с Алексеем Навальным, особенно если эти сообщения подтвердятся”, – сказал Блинкен.

    Соединенные Штаты считают, что Россия несет ответственность за смерть Алексея Навального. Об этом заявила вице-президент США Камала Харрис на Мюнхенской конференции по безопасности. “Какую бы историю они ни рассказывали, давайте проясним: ответственность [за это] несет Россия”, – утверждала она. Харрис также добавила, что США в настоящее время работают над тем, чтобы точно подтвердить сообщения о смерти Навального.

    Белый дом пока воздерживается от комментариев по поводу смерти Навального. Как заявил помощник президента США по национальной безопасности Джейк Салливан в эфире радиостанции National Public Radio (NPR), американская администрация хочет узнать больше о произошедшем.

    “Появляются реальные и очевидные вопросы о том, что произошло, но мы воздержимся от дальнейших комментариев, пока не узнаем больше, и будем активно искать подтверждения”, – сказал Салливан.

    16 февраля Управление ФСИН РФ по Ямало-Ненецкому автономному округу сообщило о смерти в колонии Алексея Навального. По данным ведомства, Навальный после прогулки почувствовал себя плохо и потерял сознание. Незамедлительно прибыли медицинские работники учреждения. Врачи скорой медицинской помощи констатировали смерть осужденного.

    Источники: ТАСС, “Голос Америки”