Month: February 2024

  • Yolun əks istiqamətinə çıxan sürücü hərəkətini maraqlı səbəblə əsaslandırdı – VİDEO

    Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü yayılıb.

    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, idarə tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bu dəfə sözügedən avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü Xaçmaz rayon sakini Namiq Ağayevdir.

    Törətdiyini əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.

    Baş Dövlət Yol Polisi İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır.

  • Azərbaycan cüdoçusu: “Bürünc medal qazanmaq mənə təsəlli oldu”

    “Burada bizə dəstək böyük idi. Çünki doğma arenada güləşirik. Buna görə də özümüzə inanaraq tatamiyə çıxırıq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanmış Balabəy Ağayev deyib.

    Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal qazana bilməməyinin səbəbini açıqlayıb: “Səhvə yol verdiyim üçün qızıl medal uğrunda yarışa bilmədim. Amma çoxdandır mükafat qazana bilmirdim. Ona görə də üçüncü yeri tutmaq mənə təsəlli oldu”.

    İdmançı apreldə Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq kişi cüdoçular arasında Avropa çempionatında iştirak etmək istədiyini deyib: “Heyət hələ tam dəqiqləşməyib. Bu idmandır, hər şey ola bilər. Amma məndən başqa, mənimlə eyni çəkidə mübarizə aparan Turan Bayramovun iştirakı gözlənilir”.

    Qeyd edək ki, Balabəy Ağayev bürünc medal uğrunda görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib.

  • Ötən ay Bakı ilə Naxçıvan arasında nə qədər sərnişin daşınıb? – AÇIQLAMA

    Bu ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan istiqamətində yeddi mindən artıq sərnişin daşınıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Nəqliyyat Xidmətindən bildirilib.

    Məlumata görə, nazirlik mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir. Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görür. Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı altıya çatdırılıb. Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.

  • İlham Əliyev Münhendə ABŞ Prezidentinin xüsusi koordinatoru ilə görüşüb – FOTO

    Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Əli Əsədov qırğızıstanlı həmkarı ilə telefonla danışıb

    Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.

    Nazirlər Kabinetindən verilən xəbərə görə, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

    Söhbət zamanı Azərbaycan ilə Qırğız arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

    Tərəflər həmçinin Azərbaycan-Qırğız qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

  • Bakıda 61 yaşlı kişi “Sevgililər” parkında qışqırdı, həbs edildi

    Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkında ucadan qışqıran şəxs həbs edilib.

    “Qaynarinfo”nun məlumatına görə, 1963-cü ildə Gəncə şəhərində anadan olmuş Afdandil Səfərov (ad-soyad şərti) əsəbi olduğu üçün “Sevgililər” parkında ucadan qışqıraraq, söyüş söyüb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən 61 yaşlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

  • “X” platforması İranın hökumət mediasına məhdudiyyətlər qoydu

    “X” sosial platforması İran hökumətinə bağlı “Press TV”, “Əl-Aləm”, “Hispan TV”, “Təsnim”, İRNA, “Mizan” kimi bir sıra media qurumlarının hesablarından mavi və qızılı təsdiq nişanlarını silib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Bildirilir ki, İran mediası məlumatı təsdiqləyib və bunun İsrail lobbisinin basqıları nəticəsində meydana gəldiyini iddia edib.

    Qeyd edək ki, adları çəkilən media qurumları ABŞ-nin sanksiyaları siyahısına salınıb.

  • Bakıda 16 yaşlı tələbənin öldürülmə səbəbi məlum olub

    Ötən ilin 8 fevral tarixində saat 02 radələrində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinin yataqxanasında 16 yaşlı Əliəkbər Mərəyevi qətlə yetirən tələbə yoldaşının məhkəməsi başa çatıb.

    Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən həmin təhsil müəssisəsinin tələbəsi, 21 yaşlı Rəşad Muxtarov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib.

    Məlum olub ki, Rəşad Mingəçevir şəhər sakinidir və hərbi xidmətini başa vurandan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinə qəbul olunub. Əliəkbər isə Lənkəranda məktəbi 9-cu sinifdən bitirərək Bakıda təhsil almağa başlayıb və onların hər ikisi mərkəzin birinci kurs tələbəsi olub.

    Əliəkbər və Rəşad digər 2 tələbə yoldaşları ilə birgə liseyin yataqxanasındakı 204 saylı otağı kirayə götürərək birgə qalmağa başlayıblar. Lakin hadisədən bir neçə gün əvvəl Əliəkbərlə Rəşad arasında sözlü mübahisə olub. Həmin gecə isə Rəşad Əliəkbərə telefonunun səsini azaltmasını bildirib və yatmağa mane olduğunu deyib. Lakin Əliəkbər Rəşadın tələbinə əməl etməyib. Nəticədə gecə saat 02 radələrində Rəşad bıçaq götürərək, otaq yoldaşına hücum edib. O, 16 yaşlı tələbəyə ümumilikdə 21 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

    Məhkəmədə Rəşad Muxtarov hadisəyə otaq yoldaşı Əliəkbərin səbəb olduğunu deyib və peşmanlıq hiss yaşadığını bildirib:

    “Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etdim, hadisə haqqında məlumat verdim. Daha sonra atama və anama zəng edərək adam bıçaqladığımı dedim. İşıqları söndürüb həkimlərin gəlməsini gözlədim. Etdiyim əməldən peşmanam”.

    Məhkəmə prosesi fevralın 13-də başa çatıb. Rəşad Muxtarov 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Buna səbəb Gəncə hava limanının ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

    Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

  • Что делать, если деньги за возвращенный товар не вернулись на карту? – ВИДЕО

    Представьте, что вы в магазине делаете покупки по безналичной оплате, но по какой-либо причине вам приходится вернуть товар.

    В соответствии с законом о защите прав потребителей вы имеете на это полное право. Кроме того, магазин предоставляет вам чек.

    Однако, несмотря на возврат товара, уплаченная сумма не возвращается. Хотя вам и заявляют, что на банковскую карту, использованную при покупке товара в магазине, оплата произведена, свои деньги вы получить не можете.

    Куда же следует обращаться покупателю, столкнувшись с такой ситуацией: в магазин или банк?

    Baku TV провел опрос в связи с данной темой.