Month: February 2024

  • Kartla alınan məhsulların pulu geri qaytarılmır? – VİDEO

    Təsəvvür edin, hər hansı mağazadan nağdsız alış-veriş edirsiniz, ancaq müəyyən səbəbdən məhsulu geri qaytarmalı olursunuz.

    İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, buna tam ixtiyarınız çatır. Həmçinin mağaza da buna görə sizə qəbz təqdim edir. Amma aldığınız malı qaytarmağınıza baxmayaraq, ödədiyiniz məbləğ geri qaytarılmır. Mağazadan məhsulu alarkən istifadə etdiyiniz bank kartına ödənişin olunduğu bildirilsə də, pulunuzu ala bilmirsiniz.

    Bəs görəsən, belə halla qarşılaşanda müştəri hara müraciət etməlidir, mağazaya, yoxsa banka?

    Baku TV mövzu ilə bağlı sorğu keçirib. Sorğunu təqdim edirik:

  • На Солнце произошла вспышка самого высокого класса

    Вспышка самого высокого класса X произошла на Солнце в пятницу, 16 февраля.

    Данные об этом привела гелиогеофизическая служба Института прикладной геофизики (ИПГ) России.

    “В 09:53 мск (10:53 по Баку – ред.) в рентгеновском диапазоне зарегистрирована вспышка X2.5 (S16W85) продолжительностью 16 минут, сопровождавшаяся всплеском радиоизлучения II спектрального типа со скоростью 2 674 км/с и нарушением КВ-радиосвязи”, – сказано в сообщении.

    После случившейся вспышки влияние солнечных рентгеновских всплесков на ионосферу Земли установилось на третьем уровне из пяти, что является высоким показателем. На данный момент он понизился до R1 (слабого).

    Кроме того, в этот день в 05:51 (06:51 по бакинскому времени – ред.) в рентгеновском диапазоне в группе пятен 3576 (S13W88) была зафиксирована еще одна вспышка класса M1.5. Она продолжалась 18 минут.

    Вспышка класса X является самой мощной из пяти (A, B, C, M и X). В большинстве случаев она вызывает выбросы плазмы на Солнце, что может спровоцировать магнитную бурю на Земле.

    Источник: “Известия”

  • Günəşdə güclü partlayış baş verib

    Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

    Bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib.

    “Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib.

    Bundan başqa, bu gün saat 05:51-də (Bakı vaxtı ilə 06:51) 3576 (S13W88) günəş ləkələri qrupunda rentgen diapazonunda daha bir M1.5 sinifli alışma qeydə alınıb və 18 dəqiqə davam edib.

    “X” sinfinə aid partlayış mümkün beş səviyyədən ən güclüsüdür (A, B, C, M və X). O, əksər hallarda Günəşdə plazma emissiyalarına səbəb olur ki, bu da Yerdə maqnit qasırğasına səbəb ola bilər.

    Mənbə: iz.ru

  • Abşeronda FACİƏ: Gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb

    Abşeronda gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Abşeron şəhərciyi”ndə baş verib.

    Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Gözəl Qafar qızı Abdullayeva yaşadığı ünvanda səhvən sirkə turşusu içib.

    G.Abdullayeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Михаил Мишустин позвонил Али Асадову

    16 февраля исполняющий обязанности премьер-министра Азербайджанской Республики (АР) Али Асадов провел телефонный разговор с председателем Правительства Российской Федерации Михаилом Мишустиным.

    Об этом сообщили в пресс-службе Кабинета министров АР.

    Отмечается, что М.Мишустин поздравил А.Асадова с назначением на пост премьер-министра Азербайджана.

    “В ходе разговора стороны высоко оценили развитие дружеских отношений и взаимовыгодного сотрудничества между Азербайджаном и Россией, выразили надежду на дальнейшее укрепление стратегического партнерства”, – говорится в сообщении.

  • Mixail Mişustin Əli Əsədova zəng edib

    Əli Əsədov fevralın 16-da Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.

    Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Əli Əsədova zəng edib.

    M.Mişustin Ə.Əsədovu parlament tərəfindən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

    Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.

  • Əməkdar artist xəstəxanalıq oldu

    Əməkdar artist Gövhər Rzayeva xəstəxanalıq olub.

    “Olay”ın əldə etdiyi məlumata görə, qarmon ifaçısı yıxılaraq ayağını sındırıb.

    O, şəhər xəstəxanalarının birində əməliyyat olunub. Hazırda sənətçinin vəziyyəti yaxşıdır.

  • Президент Ильхам Алиев назначил премьер-министра – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Али Асадова премьер-министром Азербайджана.

    Как сообщает President.az, в документе говорится:

    “Руководствуясь пунктом 4 статьи 109 Конституции Азербайджанской Республики постановляю:

    Назначить Али Идаят оглу Асадова премьер-министром Азербайджанской Республики”.

  • Prezident İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM – FOTO

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının baş nazirinin təyin edilməsi barədə sərəncam imzalayıb.

    President.az xəbər verir ki, sərəncamla Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

  • Sabah sulu qar yağacaq – PROQNOZ

    Fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.