Month: February 2024

  • Bakıda 1 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən davanın görüntüsü – VİDEO

    2021-ci il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyev və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilib. Yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada həyatını itirib.

    Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları Sabunçu qəsəbə sakinləri – Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər.

    Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

    İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib.

    2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Rahib Lətifov 17 il azadlıqdan məhrum edilib. Qorxmaz Lətifov və Ramil Lətifovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onların hər ikisinə şərti cəza verilib.

  • “Biz tramvay çəkilməsindən danışırıq, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər”

    “Şəhər daxilində artıq 3 yol müəyyənləşib, bunlar avtobus, velosiped və avtomobil yoludur”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ikinci oxunuşda müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

    Siyavuş Novruzov deyib ki, bu darısqallıqda bu yolların idarə edilməsi problemlər yaradır: “Əgər avtobus yoludursa, mütəmadi boş saxlanılır, digər maşınlar ora daxil olanda cərimələnir. Bu məsələlərə diqqət yetirməliyik. Bunu elə tənzimləmək lazımdır ki, digər maşınlar avtobus olmayanda yola daxil olursa, cərimə edilməsin. Gələcəkdə tramvayların çəkilməsi barədə danışırıq. Mən hesab edirəm ki, bir az irəli baxmaq lazımdır, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər. Hesab edirəm ki, daha çox yeraltı nəqliyyatdan istifadə etməliyik. Başqa məsələ ödənişli yollardan sui-istifadə edənlərlə bağlıdır. Biri avtomobili 200-lə sürüb sosial şəbəkədə paylaşır. Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Bu məsələdə ictimai qınaq lazımdır”.

    ///APA

  • Türkiyədə Mərmərə dənizində gəmi batıb, altı nəfər itkin düşüb

    Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb.

    Məlumata görə, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.

    Murat Altıntaşa məxsus “Batuhan A.” gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş.

    Hazırda axtarış-xilasetmə tədbirləri görülür.

    Mənbə: cnnturk.com

  • Qazinin qətlə yetirildiyi restoranın diceyi hadisə anını danışdı – VİDEO

    Paytaxtda restoranlardan birində Vətən müharibəsi iştirakçısını öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən İlqar Abdurahmanov və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti prosesdə hadisə zamanı restoranda dicey kimi fəaliyyət göstərən Rüfət Binnətov ifadə verib.

    Hər şeyin onun gözləri qarşısında baş verdiyini deyən dicey həmin vaxt mahnı sifarişinə gərə təzyiqə məruz qaldığını vurğulayıb. Məlum hadisə də məhz bundan sonra qeydə alınıb.

    Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub.

    Ətraflı baku TV-nin videosunu təqdim edirik:

  • Vətəndaşlara üç milyon manatdan çox ziyan vurmaqda ittiham olunan şəxslər saxlanılıblar – VİDEO

    Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara üç milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirib.

    Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb.

    O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurub.

    Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

  • TASS İnformasiya Agentliyinin rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

    Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.

    Seçki Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.

    TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik”.

  • DİN-dən əhaliyə kameralarla bağlı müraciət

    “Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir”.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir.

    Daxili İşlər Nazirliyi tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur: “Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir.

    Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir.

    Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir.

    Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar”.

  • Представители Аппарата военного атташе Азербайджана в России приняли участие в заседании в Москве

    Представители Аппарата военного атташе Азербайджанской Республики в Российской Федерации приняли участие в заседании руководителей органов управления военно-учебных учреждений государств-участников Содружества Независимых Государств (СНГ) в Москве.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Заседание проводилось под председательством секретаря Совета министров обороны СНГ генерал-майора Юрия Дашкина. В ходе заседания были обсуждены мероприятия, состоявшиеся в 2023 году, и меры, запланированные на 2024 год. Также были заслушаны выступления соответствующих лиц на различные темы, состоялся обстоятельный обмен мнениями о возможностях взаимной интеграции систем военного образования на пространстве СНГ на фоне современных вызовов.

    В заключение был подписан протокол о ходе заседания и проведенных дискуссий.

  • Azərbaycanın Rusiyadakı hərbi attaşelik aparatının nümayəndələri Moskvada iclasda iştirak ediblər

    Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Sonda iclasın gedişi və aparılmış müzakirələrə dair protokol imzalanıb.

  • ОАО Azərsığorta обратилось к кредиторам – ОБНОВЛЕНО

    Кредиторы находящегося в процессе ликвидации ОАО Azərsığorta для удовлетворения своих требований должны до 16 апреля текущего года обратиться в головной офис компании по адресу: город Баку, Наримановский район, улица Карабах, 31.

    Об этом в ответ на запрос Report сообщили в компании.

    При этом кредиторам необходимо представить письменное заявление (с указанием содержания и суммы требования).

    * * * * *

    Центральный банк Азербайджана (ЦБА) аннулировал лицензию ОАО Azərsığorta.

    Об этом сообщает ЦБА.

    Напомним, что 31 января был подписан указ об отмене указа “Об организации деятельности Государственной страховой коммерческой компании и Azərsığorta” от 16 июля 2022 года. На основании указа, решением Совета директоров ЦБА от 14 февраля 2024 года аннулирована лицензия №000270 от 14 октября 2009 года, выданная акционерному обществу Azərsığorta на осуществление страховой деятельности.