Month: February 2024

  • Səkkiz il öncə quldurluq edən şəxslər saxlanılıblar

    Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində səkkiz il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub.

    Həmin şəxslərin hazırda cəzaçəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.

    Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus bir ədəd daraq və 27 patron aşkar edilərək götürülüb.

    Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Милли Меджлис одобрил назначение Али Асадова премьер-министром – ОБНОВЛЕНО

    В Милли Меджлисе (ММ) рассмотрен вопрос “О даче согласия на назначение Али Асадова на должность премьер-министра Азербайджанской Республики”.

    После предложений депутатов данный вопрос был вынесен на голосование.

    Согласно Конституции, ММ рассмотрел предложение о кандидатуре, выдвинутой Президентом Азербайджана, и дал согласие на назначение Али Асадова на должность премьер-министра.

    * * * * *

    На сегодняшнем заседании Милли Меджлиса рассматривается вопрос “О даче согласия на назначение Али Асадова на должность премьер-министра Азербайджанской Республики”.

    Его кандидатуру на эту должность выдвинул Президент Азербайджанской Республики Ильхам Алиев.

    Отметим, что Али Асадов является премьер-министром с 8 октября 2019 года.

    * * * * *

    Сегодня состоится заседание Милли Меджлиса Азербайджана.

    Что депутаты парламента рассмотрят представление Президента Ильхама Алиева о назначении премьер-министра страны.

    Согласно статье 118 Конституции, премьер-министр назначается главой государства с согласия Милли Меджлиса.

    Отметим, что 14 февраля 2024 года Кабинет министров подал в отставку. Это связано с соответствующей процедурой после проведения президентских выборов.

  • Azərbaycan Parlamenti baş nazir məsələsinə razılığını verdi – YENİLƏNİB

    Milli Məclis “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb.

    İclasda deputatların təkliflərindən sonra Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq məsələsi səsverməyə qoyulub.

    Milli Məclis Əli Əsədovun baş nazir olmasına razılıq verib.

    Bildirək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

    Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.

    * * * * *

    Milli Məclisin iclasında “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılır.

    Təqdimat Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub.

    Bildirək ki, Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.

    * * * * *

    Bu gün Milli Məclisin iclası keçiriləcək.

    İclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.

    Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

    Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib. Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.

  • Милли Меджлис направил поздравительное письмо Президенту Ильхаму Алиеву

    Милли Меджлис направил Президенту Ильхаму Алиеву поздравительное письмо в связи с победой на президентских выборах.

    Как сообщает Report, об этом сказала председатель Милли Меджлиса Сахиба Гафарова во время выступления на пленарном заседании парламента 16 февраля.

    “От имени всех парламентариев я направила поздравительное письмо Ильхаму Алиеву в связи с переизбранием на пост президента, передала искренние поздравления”, – сказала Гафарова.

    Напомним, что 7 февраля в Азербайджане прошли внеочередные президентские выборы. Кандидат от партии “Ени Азербайджан” Ильхам Алиев победил на выборах, набрав 92,12% голосов.

  • Milli Məclis seçkidə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib

    Milli Məclis prezident seçkisində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

    “Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

    “Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm”, – sədr qeyd edib.

    Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar.

    Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 92,12 faiz səslə qalib gəlib.

  • Baba, nənə və nəvəni öldürmək istədi, Psixiatriya Xəstəxanasına yerləşdirildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Fuad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Fuad Məmmədovun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib, qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub. Eyni zamanda, hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin.

    Hadisə 24 fevral 2023-cü il tarixdə, saat 1 radələrində qeydə alınıb.

    Belə ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, onun arvadı Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar, nəticədə qeyd olunan şəxslərə xəsarətlər yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

    İttihama görə, Fuad Məmmədov “paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olub. O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında həmin xroniki ruhi xəstəlikdən əziyyət çəkməklə dörd yaşında uşaq olduğu vaxtlarda hazırda kirvəlik münasibətində olduğu zərərçəkmiş Natiq Abbasovu və onun digər ailə üzvlərinin onu təhqir etməsini xəyalına gətirərək onlardan qisas alıb öldürmək məqsədilə həmin şəxslərin evinə daxil olub. Nəticədə Fuad xüsusi amansızlıqla onlara bıçaqla xəsarət yetirib.

  • Рейтинг УЕФА: успех “Карабаха” помог Азербайджану обойти Словакию

    “Карабах” одержал победу в плей-офф Лиги Европы УЕФА, принеся Азербайджану очередные очки в рейтинге УЕФА.

    Победа нашего клуба в Португалии над местным ФК “Брага” со счетом 2:4 добавила еще 0,500 коэффициента к рейтингу Азербайджана.

    В результате коэффициент страны в текущем сезоне достиг 5,375. Общее количество коэффициентов за последние 5 сезонов составляет 19 625.

    Таким образом, Азербайджан поднялся на 27-ю строчку в рейтинге УЕФА, опередив Словакию. Обе страны имеют одинаковый коэффициент. Однако тот факт, что наши клубы набрали больше очков в текущем сезоне, помог Азербайджану продвинуться в рейтинге.

    Возглавляет рейтинг Англия с коэффициентом 100 803. Испания (86 364) занимает второе место, а Италия (83 998) – третье.

  • UEFA reytinqi: Azərbaycan “Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyub

    “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

    Ağdam təmsilçisinin Portuqaliyada yerli “Braqa” klubuna 4:2 hesabı ilə qalib gəlməsi ölkəmizin reytinqinə daha 0,500 əmsal əlavə edib.

    Nəticədə ölkənin cari mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Bununla Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər iki ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.

    Baş tutan qarşılaşmalar Azərbaycanla yanaşı, Avstriyanın da irəliləməsinə, Slovakiya və İsveçin isə geriləməsinə səbəb olub.

    Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,364) ikinci, İtaliya (83.998) isə üçüncü pillədə qərarlaşıb.

  • Masallıda narkotacir ələ keçdi – FOTO

    Masallı sakinindən altı kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, bir kiloqram heroin, bir kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,56 доллара (0,65%) и составила 87,51 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).