Month: February 2024

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,65% artaraq 87,51 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Əmisi oğlunun və gənc qızın ölümünə səbəb olan sürücü HƏBS EDİLDİ

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Qoşqar Quluzadə məhkəmə iclası zalında həbs edilib.

    Qeyd edək ki, hadisə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər, onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və həmin şəxsin tanışı, 2004-cü il təvəllüdlü Emilla Eminovna Ziyadova hadisə yerində ölüblər. Sürücü isə xəsarət alıb.

    Qoşqar Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

  • В Баку молодой мужчина получил ножевое ранение

    В поселке Мардакян Хазарского района Баку Намиг Гусейнов (2004 г.р.) получил ножевое ранение.

    Как сообщает Report, пострадавшего госпитализировали.

    В ходе осмотра у него диагностировали колото-резаную рану левого предплечья.

    По словам Н.Гусейнова, он нанес себе ранение самостоятельно.

    По данному факту проводится расследование.

  • Bakıda 20 yaşlı gənc bıçaq xəsarəti alıb

    Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb.

    “Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində 2004-cü il təvəllüdlü Namiq Bəhmən oğlu Hüseynov bıçaq xəsarəti alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

    N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • В вузах Азербайджана начался весенний семестр

    С сегодняшнего дня в высших учебных заведениях Азербайджана начался весенний семестр 2023/2024 учебного года.

    Занятия продлятся до 31 мая.

    В начале июня начнется экзаменационная сессия семестра.

    Отметим, что зимние каникулы студентов продолжались с 1 по 16 февраля.

  • Bu gündən universitetlərdə yaz semestri başlayır

    Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestri başlayır.

    Dərslər mayın 31-dək davam edəcək.

    İyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaq.

    Qeyd edək ki, tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib.

  • В Габалинском районе задержаны наркоторговцы

    Сотрудники Габалинского районного отдела полиции задержали лиц, занимавшихся продажей наркотических средств на территории района.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что в результате проведенных на основе поступившей оперативной информации мероприятий задержан подозреваемый в продаже наркотиков Чинар Солтанов.

    При личном досмотре у него была обнаружена и изъята марихуана. В ходе расследования выяснилось, что он приобрел запрещенные вещества у жителя села Тола Габалинского района Мардана Азамедова за 120 манатов.

    М.Азамедов также был задержан сотрудниками полиции в качестве подозреваемого. При личном досмотре, а также осмотре его места жительства была обнаружена и представлена следствию в качестве вещественных доказательств марихуана, которую он хранил с целью продажи.

    По указанным фактам возбуждены уголовные дела, продолжаются оперативно-следственные мероприятия.

  • Qəbələdə narkotik satan şəxslər saxlanılıb

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub.

    Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

    Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bədən qoxusunu dəyişən xəstəliklər AÇIQLANDI

    Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər.

    Bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib.

    Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər.

    “Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir – onlar kəskin qoxuya cavabdehdirlər”, – deyə həkim bildirib.

    Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib.

    “Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız”, – deyə Ulankina izah edib.

    Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər.

    “Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər”, – deyə Ulankina sözlərini yekunlaşdırıb.

    Mənbə: Gazeta.ru

  • Bakıda qrunt suları sakinlərin həyətyanı sahələrini gölə çevirdi – VİDEO

    Bakının Xəzər rayonu, Qala qəsəbəsində qrunt suları sakinlərin həyətyanı sahələrinə dolur.

    İlk baxışdan gölü xatırladan mənzərə ilə bağlı sakinlər bildiriblər ki, ilin dörd fəslində vəziyyət eynidir:

    “Həyətlərə daxil ola bilmirik. Avtomobillər çətinliklə hərəkət edir”.

    Məsələ ilə bağlı dəfələrdə aidiyyəti qurumlara müraciət olunsa da heç bir nəticə əldə olunmayıb.

    “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: